Mayıl Dostu – MİLLƏTİM.

10492474_515384861927991_1935368515370670425_n

MİLLƏTİM

Gözümün işığı deyimmi sənə,
Ağlıma nur verdin,qəlbimə ülfət.
İstəkdən, ərkdəndi gileyim sənə,
Əbədi mənimsən, ey uca millət!

Odlar ayaqladın, alovdan keçdin,
Boş tarix yazmadın, tarix yaratdın.
Qeyrəti, namusu, Vətəni seçdin,
Namərdin, nakəsin gözünə batdın.

Arxadan vurdular həmişə səni,
Qucaq açdıqların qənimin oldu.
Hərdən başa keçirdin baş kəsəni,
Dostun bildiklərin düşmənin oldu.

Millətim, başımın üstədi yerin,
Sənsiz bircə günüm,anım olmasın.
Varlığın vüqarım, fəxrim dəyərin,
Səni sevməyən can,canım olmasın.

Nanəcib, yaramaz yolunda əngəl,
Heyif ki, adına ləkə vuran var.
Varlığın heç vədə tükənən deyil,
Yüz yıxan olsa da,milyon quran var.

Ulusan millətim, adınla yaşa,
Cılızlar, bədxahlar ayaq tozundur.
İgidlik, dəyanət səninlə qoşa,
Qədrini bilməyən çürük qozundur.

Müəllif:  Mayil Dostu

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma