Qəlbimin nəğməsi – Sona Abbasəliqızı.

33709773_592629094442565_7091358642011635712_n

 

Qəlbimin nəğməsi.

(28 may günü münasibetile)

Vüsal nəğməsidir amalım mənim,
Yox özgə istəyim,gümanım mənim.
Bütövlük eşqidir ünvanım mənim,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Ürəyə işıqdır,ruha qidadır,
İçimdə hər misra doğmalıq dadır.
Milyon -milyon qəlbdə coşan nidadır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Tozludur tarixin döyüş yolları,
Talanıb yurdumun sərvəti, varı,
Mən uca sanmışam namusu, arı,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Hikmət dastanının əlifbasıyam,
Cahanı dolaşan saz havasıyam.
Xətai ruhunun pak aynasıysm,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Vətən intizarı yollara yağır,
Ruhum qərib-qərib boylanır, baxır.
Çoxdan ürəyimdə bir Araz axır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.
28.05.2017

Müəllif:  Sona İsmayılova

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma