Elçinin Əfəndiyevin ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimatı oldu.

34133065_1762300330532431_756634514406506496_n

Bu gün Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanası birgə görkəmli dramaturq, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirilmişdir.

34201280_1762300273865770_793220141050494976_n

Təqdimat mərasimi  yazarın həyat və fəaliyyəti  haqqında qısa filmin nümayişi ilə başladı.  34064695_1762301843865613_1746789359928999936_n

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamladı və Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığı və bu gün təqdimatı keçirilən Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanı haqqında məclis iştirakçılarına bir daha qısa məlumat verdi.

34268640_1762302520532212_6150423769513984000_n

Sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev tədbirdə çıxış edərək,  Elçin Əfəndiyevin bir insan kimi, alim kimi, ictimai-siyasi xadim kimi yüksək keyfiyyətlərə sahib olduğunu, ədəbiyyatımızda özünəməxsus yolu ilə çeçilə yazarlardan biri olduğunu bildirdi. “Baş” romanının ərəb dilinə tərcümə olunaraq Misirdə nəşr edilməsinə görə Misirin Azərbaycandakı səfirinə öz dərin təşəkkürlərini çatdırdı.

34268486_1762300433865754_7358240883218579456_n

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xalq yazıçısı Elçin Əfəndiyevə “Şöhrət” ordenini təqdim etdi.
Ardıcıl olaraq, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim, (Səfir Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin medalını Xalq yazıçısı Elçin Əfəndiyevə təqdim etdi) ,Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət, Fələstinin Azərbaycandakı Səfiri Nasser Abdul Karim A.Rahim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, yazıçı, tənqidçi Əsəd Cahangir çıxış etmişlər. Əsəd Cahangir “Baş” romanı haqqında, onun məziyyətləri, müasir Azərbaycan və dünya ədəbiyyatında yeri, çəkisi barədə  tam-bitkin məruzə etdi. Romanı Ərəb dilinə tərcümə edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri doktor Əhməd Sami Xalq yazıçısı Elçinin “Baş” romanının mükəmməl sənət əsəri olduğunu vurğulayaraq,  müasir dünyamız üçün vacib əsərlərdən olduğunu bildirdi. Sonda yeni kitabların işıq üzü görməsi münasibəti ilə verilən   “YAZARLAR”-IN YAZARI “ZİYADAR” diplomu Zaur Ustac tərəfindən sevimli yazarımıza təqdim olundu. Tədbirdən fotolar:

34308304_1762301887198942_5158328633860816896_n

34069128_1762301927198938_261435020084772864_n

34121277_1762302000532264_5129301144635441152_n

34086017_1762300370532427_1771845202701451264_n

34070949_1762302043865593_8510192085993783296_n

34316952_1762302473865550_3227293079673241600_n

Sonda  Xalq yazıçısı Elçin Əfəndiyev  tədbir  iştirakçılarına, təşkilatçılarına və  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təltifə görə öz minnətdarlığını bildirdi. Tədbir xoş notlarla yekunlaşdı.

YAZARLAR.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma