İKİ SÖHBƏT – Aygün SADİQ.

34134722_232567057326235_6230296047957049344_n

 

İKİ SÖHBƏT

Ya Rəbb, qəbahətim boyumdan hündür,
Zaman da yetmədi, möhlət istəyəm.
Bir baxdım: dünyaya gəldiyim gündür,
Bir baxdım: ölümdən o tərəfdəyəm.

Ömür sarayımı buraxıb viran,
Əcəl taleyimin içindən keçdi.
İllər göz önündə əriyən zaman
Ürək fərq etməmiş, üzülməmişdi.

Qapımı zamansız döyəndə əcəl
Qalxıb təbəssümlə açdım üzünə.
Dedim: “Xoş gəlmisən, buyur, evə gəl,
Çox böyük yaxşılıq edirsən mənə”.

Öncə, amiranə, qaba səs ilə:
“Səni aparmağa gəlmişəm, -dedi,
– Qaçmağı düşünmə, keçmisən ələ!”…
(Sonuncu cümləni çox ötkəm dedi)

Dedim: “Yanılırsan bu cür gümanda,
Çoxdan soyuyubdur dünyadan əlim.
Elə istəyirdim, yaxın zamanda
Həyatdan tam qopub Rəbbimə gəlim”.

Həqiqət aradı mənim sözümdə,
Gözümə şübhəylə baxdı, dayandı.
Mən heyrət oxudum onun gözündə,
O da rəftarımı bir oyun sandı.

Soruşdu: “Bəs niyə bu fikirdəsən?
İnsanlar əcəlin əleyhinədir.
Sən adi adamdan uca yerdəsən,
Bunca soyuqluğun səbəbi nədir?”

Dedim: “Sorma bunu, yorğunam, inan…
Taleyim üzümə heç diş qıcadı.
Cavabım bəllidir yaşantılardan…
Mənim həyatımın zülümdür adı”.

– Getdiyim evlərdə sevilmirəm heç,
Ömründən qovmağa çalışır hamı.
Yaman duyğulandım, Günahımdan keç…
İlk dəfə görürəm səntək adamı.

Dedim: “Vaxt itirmə, arzuma yetir,
Artıq sevincimin səbəbi aydın.
Məni Aləmlərin Rəbbinə götür”….
Bircə an keçmədən səmalardaydım….

İndi qarşındayam (Həyəcan bir az)….
Ölü sayılıram digər dünyada .
Nə olar, burdakı ömrümü xoş yaz,
Burda da zamanım getməsin bada…

Müəllif: Aygun Sadiq

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma