VƏTƏN DƏ QÜRBƏT OLUR – ƏZİZ MUSA.

13187895_209168449468957_190028440_n (1)

VƏTƏN DƏ QÜRBƏT OLUR

Vətən də qürbət olur,
Adam yurddan köçəndə,
Qərib diyarda insan,
Azır dumanda, çəndə.

Bulud tutan gözlərim,
Öyrənibdi yağışa,
Axı sel, su neyləsin,
Yağışda islanmışa.

Yurdan ayrılan gündən,
Ürəyim qan ağlayır,
Günahım nədi Allah,
Fələk yolu bağlayır.

Vətən küsübdü məndən,
Özgə nağıl danışır,
Qürbətdə doğulanlar,
Ayrılıqla barışır.

Quruyubdu göz yaşım,
Bəxt falçı qarısında,
Ümidim itib qalıb,
Bu get-gəl arasında.

Ruhum hələ oyaqdı,
Şuşada laylay çalır,
Vətənsiz yaşayanın,
Qəbri qürbətdə qalır,

Müəllif: Eziz Musa

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma