TANIŞ QONAQ – AYGÜN SADİQ.

34503503_234005490515725_4002367580898590720_n

 

TANIŞ QONAQ

Daha məhəbbətin mənim üçün yad…
Bütün olanları olmamış sanaq.
Axı edə bilməz ürəyimi şad
Könül qapısını döyməyən qonaq.

Əhdinə vəfanı unudan gündən
Qəlbdən misra-misra qovulmusan sən.
Sənli tənhalığı istəmirəm mən,
Məni sənsizliklə baş-başa burax.

Silək hafizədən gözəl anları,
Rəngli dünyamızda yaşananları,
Unudaq ürəyə yük salanları,
Eşqi inkar edək, sevgini danaq.

Niyə saxlayırsan rəsmimi hələ?
Ya baxma bir daha, ya alma ələ,
Ya cır at, ya yandır, qalmasın belə…
Daha şəkillə yox, dərdlə ovunaq.

Tale çox oyuna gətirdi bizi,
Fırtınaya saldı bəxt gəmimizi,
Düşmür imtahana “xöşbəxtlik” sözü,
Olsa da həyatın hər üzü sınaq.
Aygun Sadiq 2016

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma