TOFİQ QƏBUL – NAXIŞLI SÖZLƏR…

 

yaz

 

MÜSTƏQİL AZƏRBAYCAN 

Əlli milyonluq xalqa bir ümıddır yurdumuz,
Mın illərın izi var onun hər qarışında.
Atropaten, Midiya yaradan əcdadımız
Bilib, bu xalq uduzmaz millətlər yarışında.

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi döğulub müstəqil Azərbaycan !

Atabəylər dövləti, Səfəvilər dövləti
Gücümüz, qüdrətimiz, fəxrimiz, qürurumuz.
Atabəy Eldənizlə Şah İsmayıl Xətai
Azadlıq aşiqimiz, həm dövlət qurucumuz.

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi doğulub müstəqil Azərbaycan !

Dövlətçilik millətin qəlbində, amalında,
Azadlıq şölələnir Atəşgah ocağında.
Kür, Araz axır, axır xalqın qan damarında,
Azadlığın al rəngi Babəkin bayrağında.

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi doğulub müstəqqil Azərbaycan !

Paramparça etdilər dönmədi inamından,
‘Gülüstan’ sülh sazişi yadların toy-növrağı.
Min-min oğul qorxmadı bu savaş meydanından,
Yenə göyə ucaldı Azərbaycan bayrağı.

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi doğulub müstəqil Azərbaycan !

Bir bax Azərbaycana dünya xəritəsində
Millətlərin içində onun da imzası var.
Bir qartaldır dolanır daim Yer kürəsində
Beynəlxalq təşkilatda onun da gur səsi var.

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi doğulub müstəqil Azərbaycan !

Üçrəngli bayrağımız Xəzərin sahilində,
Necə qürur duymayım, necə sevinməyim mən?!
Nəğmələr qanadlanır Azərbaycan dilində,
Heç bilmirəm, bu şeir necə axdı dilimdən

Döyüşlərdən yoğrulub müstəqil Azərbaycan,
Günəş kimi doğulub müstəqil Azərbaycan !
15.01.2016.

====================================================================

100 İL.

BİR ƏSRLİK SINAQDAN
POLAD OLUB ÇIXDIQ BİZ.
İSTİQLAL AMALINI
SİNƏMİZƏ SIXDIQ BİZ.

DÜZ YÜZ IL BUNDAN ƏVVƏL
AXAR ÇAYLAR DURULDU.
YOXDAN VAR OLAN DÖVLƏT-
CÜMHURRİYYƏT QURULDU.

YETMİŞ İL QOPARDILAR
XALQI ÖZ BAYRAĞINDAN.
QARA KÜLƏKLƏR ƏSDİ
ATƏŞGAH OCAĞINDAN.

CÜMHURRİYYƏT ÇINQISI
YETMİŞ İLDƏ KÖZ OLDU.
DOLDU ÜRƏYİMİZƏ,
HƏR BİR ÇINQI GÖZ OLDU.

YENƏ BOYLANDI GÜNƏŞ
DALĞALI XƏZƏRİMDƏ.
BAYRRAĞIMIN ÜÇ RƏNGİ
ÇAĞLADI XƏZƏRİMDƏ.

DÖYÜŞDƏN QALİB ÇIXDIQ,
İSTİQLALIM VAR MƏNİM.
XƏTAİ NƏFƏSLİDİR
YÜZ MIN ILLIK DÜNƏNİM.

DÜNYA XƏRİTƏSİNDƏ
YANARDAĞIQ BİZ HƏR AN.
YAŞAYACAQ MİN İLLƏR
MÜSTƏQİL AZƏRBAYCAN !
MÜSTƏQİL AZƏRBAYCAN !
28.05.2018.

==================================================================

BULUD 

BULUDA BAX, BULUDA,
GÖR BİR NƏYƏ OXŞAYIR.
GAH QUZUYA, KEÇİYƏ,
GAH DƏVƏYƏ OXŞAYIR.
BİRDƏN GÖRÜRSƏN, PİŞİK,
BİRDƏN DƏ DOVŞAN OLUR.
BİRDƏN GÖRÜRSİN, TÜLKÜ,
BİRDƏN DƏ ASLAN OLUR.
GAH DA DÖNÜB EYNƏKLİ
BİR ADAMA BƏNZƏYİR.
NƏ QƏRİBƏ İŞDİR BU,
LAP ATAMA BƏNZƏYİR.
SANKİ TARLADIR BULUD
PAMBIQ FARAŞ-FARAŞDIR.
BU BULUDA SÖZÜM YOX,
ƏSİL HEYKƏLTARAŞDIR.

23.05.2016.

=================================================================

MƏKTƏB İLLƏRİ.

Şirin xatirədir məktəb illəri,
Bir çiskin yağış tək ruha çilənir.
Xəyal o illərə qanadlandıqca
Hardasa bir həzin kaman dillənir.

İlıq bir təbəssüm qonur üzümə
Hər dəfə müəllim yada düşəndə.
Xatirə buiaq tək hey axır, axır
Sinif yoldaşımla hər görüşəndə.

Siz, ey məktəblilər, siz, ey şagirdlər,
Mənim sözlərimi dinləyin bir az.
On bir il ömrün bir parçasıdır,
Bu qızıl illəri itirmək olmaz.

Müəllimə əyilin, ucaltsın sizi,
Sinif otaqları çağlayan dəniz.
Məktəb illərini elə yaşayın,
Sonra o illəri ana biləsiz,
Sonra o illəri ana biləsiz.

4.09.2015

Müəllif: Tofiq Qəbul

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma