QƏLBİMİN QONAĞI OLSAN BİRCƏ GÜN -İLDIRIM ƏKBƏROĞLU.

 

13187895_209168449468957_190028440_n (1)

QƏLBİMİN QONAĞI OLSAN BİRCƏ GÜN

Yenə həsrətinlə üzbə-uzəm mən,
Əlim yeməz sənə,gərək dözəm mən.
Qoymazsan dünyada sənsiz bezəm mən,
Qəlbimin qonağı olsan bircə gün.

Vüsala,birliyə sən dost olarsan,
Həsrətə,hicrana,lap,qəst olarsan.
Açıb qapısını,bil,məst olarsan,
Qəlbimin qonağı olsan bircə gün.

Çeşmə görərsən ki,safdır,durudur,
O yuyub,gözümdən yaşı qurudur.
Düşən nur görərsən,sənin nurundur,
Qəlbimin qonağı olsan bircə gün.

Sinəmdə açılan gülü görərsən,
Dərib saçlarına çələng hörərsən.
Həsrtin çəkdiyi dağı görərsən,
Qəlbimin qonağı olsan bircə gün.

Keçılməz yolları aşa bilərsən,
Yüyrək xəyallardan tutub gələrsən.
Həsrəti,hicranı silə bilərsən,
Qəlbimin qonağı olsan bircə gün.

İldırım ,könlünü almağa bəssən,
Saçını oxşarsan meh olub əssən.
Sən də ayrılığa dözə bilməzsən,
Qəlbimin qonağı olsan bircə gün.

Müəllif: Ildırım Akberoğlu

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma