MƏMMƏD QƏDİR – DƏYMİR

 

 

17457708_110165616194582_4091402301327705885_n

Dəymir

Bu ulu nizamı yazana şükür,
Qaş gözü qoruyur, göz qaşa dəymir!
Anlamaq çətindir fəzilətini, 
Gilas cüt yetişir, nar qoşa dəymir!

==========================

Dərdlər var leysana, yağışa sığmır,

Bəzəyi göydəndi, naxışa sığmır,

Adam var tərifə, alqışa sığmır,

Adam var bir ağız qarğışa dəymir!

===========================

Ölən bir gecədən doğulur sabah,

Bir kəniz önündə qula donür şah,

Soyuq da soyuğu qoruyur, Allah!

Çiçəyi soldurur, qar daşa dəymir!

============================

İçimdə min qala qurdum səbirdən,

Cəbrimi basdırdım, çıxmaz qəbirdən, 

Dostlar, daşmı keçər Məmməd Qədirdən,

Elə məndə qalır, qardaşa dəymir!

 

MÜƏLLİF:  Memmed Qedir

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma