ƏJDƏR ƏLİZADƏ – GÖYDƏN ENIB ŞAİRLƏR…

20429828_495462250790131_8873437534117002038_n

 

GÖYDƏN ENIB ŞAİRLƏR…

Qurban etmək gərəkirsə canı cananımıza,
Şairik, qıymalıyıq, candan əziz canımıza.

Min dənə canım ola, saxlamaram bir dənəsin,
Mən fəda eyləyərəm gözləri ceyranımıza.

Eşq(i) sərgəşdəsiyik, hiss eliyər hər tanıyan,
Sevgi nüffuz eləyib damardakı qanımıza.

Sözlə mən qəlbinə dəyməm, məni incitsə belə,
Lə`bi şəkkər, dili bal, kipriyi peykanımıza.

Şairə sən göz ucu baxma, a qare, dinə gəl,
Hamı qibtə eləyir ədəb və ərkanımıza.

Hazırıq yazmağa biz, təşrif edəndə Pərimiz,
Baxmayır çün Pərimiz, sübhümüzə, danımıza.

Əjdəra, dedin ki, sən, göydən enib şairlər,
Biz gərək sadiq olaq əhdilə peymanımıza.

27.06.2018

Müəllif:  Əjdər Əlizadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma