TARİXDƏ BU GÜN – görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin ANIM GÜNÜDÜR.

15781405_972632536203219_7014756619955310754_n

 

Bu gün görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anım gündür… Ruhu şad olsun….

YEDDİNCİ FƏSİL
BÖYÜK KNYAZIN HİYLƏSİ
Ya orda, bəlkə də ondan çox əvvəl,
Knyazın vədini daladı zaval…
Şübhə toxumları düşdü qəlbinə,
Qorxdu tay tikilə onun “Kremli”-nə…
Düşünüb, daşınıb verdi qərarı,
Dedi: – “Sabah yola, salaq memarı”
Tapşırdı bir gözəl məclis qurulsun,
Sonunda memarın boynu vurulsun…

Zaur Ustac “Əliş və Anna” poemasından bir parça. Poemanı tam pulsuz və təhlükəsiz buradan oxumaq olar:

Advertisements

ZAUR USTAC “ƏLİŞ VƏ ANNA” POEMASI

kremlc

Bildiyiniz kimi 2022 – ci ildə, təxminən Aprelin 20-21- də Əliş bəy Kərəmlinin (onu Avropada Alis kimi tanıyırlar) anadan olmasının 700 ili tamam olur. Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır. Ümumilikdə bu kitab Əliş bəyin əziz xatirəsinə ithaf olunur. Ruhu şad olsun… Elektron  Kitab  (Y-30-EK-21-ZU) Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur.   PDF :  ALİSVEANNA-ZU

YAZARLAR.AZ

ADİL CƏFAKEŞLƏ GÖRÜŞ – ZAUR USTAC

 

ACZU.

Zaur Ustac “ZİYADAR”-ı  Adil Cefakes -ə təqdim edərkən. 18.06.2018. Badamdar.

Bu gün tanınmış söz adamı, ustad Adil Cəfakeşin qonağı oldum. Görüşümün iki məqsədi var idi. Birinci şairlə görüşüb arxayın söhbət etmək. İkinci “Ağam Alıdı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə layiq görüldüyü “YAZARLAR”-IN YAZARI  “ZİYADAR” MÜKAFATINI təqdim etmək. Hər iki arzum düşümndüyümdən də yaxşı gerçəkləşdi. Bir neçə saat davam edən çox maraqlı söhbətimiz alındı. Sonda mükafatı təqdim edib, xatirə üçün bir foto çəkdirib ayrıldıq. Adil müəllim, uca Yaradan Sizə uzun ömür, can sağlığı  versin. Yazın, yaradın. Uğurlarınız bol olsun.

Müəllif: Zaur Ustac

ZAUR USTAC – “BAYATILAR – بایاتیلار ” kitabından.

KE

 

Mən aşiq beləsinə,
Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.

===============================================
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟

* * *

مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.

* * *

مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“BAYATILAR – بایاتیلار ” kitabından.

 

Sona Abbasəliqızı – Gələrəm.

20429828_495462250790131_8873437534117002038_n
Gələrəm.
Sən həmişə məni axtar,məni an,
Harda olsan qaça-qaça gələrəm.
Bu həsrətə,bu möhnətə darıxma,
Ruh quşunam uça-uça gələrəm.

Sən əzəldən qədr-qiymət bilənsən,
Qəmimizi parçalayıb bölənsən.
Hiss etsəm ki,mənə sarı gələn sən,
Qollarımı aça-aça gələrəm.

Mən Sonayam,səni anmaq istərəm,
Elinizdə qonaq qalmaq istərəm.
Barmağında üzük olmaq istərəm,
Qağı-daşı quca-quca gələrəm.

Müəllif: Sona İsmayılova

M ə n – Məzahir İsgəndər

 

35550000_574860599581091_191702120045477888_n

M ə n

Ey kəs,məni hesablamaz sayğacın,
Min qeyzlən,min söy,min döy,min acın.
Qayalıqda bitən bir tək ağacın
Gövdəsi mən,budağı mən,barı mən!

Kim sındırıb,qamətimi əydi ki?
Min şah gəldi,min şah getdi,nəydi ki?
Şeir-sənət aləminin hələ ki
Həm sazı mən,kamanı mən,tarı mən!

Zülmün gördüm çox ölünün,dirinin,
Dəymədim qəlbinə nə də birinin,
Şahsənəmin,Xan Əslinin,Şirinin
Sirdaşı mən,qardaşı mən,yarı mən!

Nəfəsiyəm hər sabah dan çağının,
Haqq səsiyəm Haqqın həm sol-sağının,
Day,nə deyim,vallah,İrəm bağının
Alması mən,heyvası mən,narı mən!

Bir tuşlayıb,min daş yığma ətəyə,
Əyilmərəm,sınmaram hər hədəyə,
Məzahirəm,bir bal dolu pətəyə
Arıçı mən,ayrıcı mən,arı mən!

Müəllif: Məzahir İsgəndər

DÜNYAYA – Təvəkkül Goruslu

 

15027787_943084145824725_6516646943584642547_n

DÜNYAYA

Toplayaq üst – üstə iki mərəzi,
Növbəylə daşıyaq, növbəylə çəkək.
Bir dağı aşırar bunun hərəsi, 
Bir təhər aparıb dənizə tökək.

Qurtulaq əzabdan , acı kədərdən,
Bir eşqin, sevginin xəstəsi olaq.
Həsrətli notları olsa da hərdən,
Dillərdə məhəbbət bəstəsi olaq!

Ya da ki, birlikdə əlvida deyək,
Zülmətlə, zillətlə dolu dünyaya.
Əl – ələ, qəlb – qəlbə qapısın döyək,
Adlayaq dünyadan ulu ” dünya “ya!

17. 06. 2018

 

Müəllif: Təvəkkül Goruslu Məmmədov