Rizvan FİKRƏTOĞLUNUN   ” Ayaq səsləri” kitabının təqdimatı keçiriləcək.

 

rizvan

 

23 iyun, saat 14:00-da “Akademkitab” kitab evində Jurnalist, yazıçı, təlimçi, blogger Rizvan FİKRƏTOĞLUNUN   ” Ayaq səsləri” kitabının təqdimatı  keçiriləcək.  “Akademkitab” kitab evi Elmlər metrosunun yeni çıxışında, Bakı Dövlət Universitetinin yanında yerləşir. Necə deyərlər, gəlin, görün… Çox maraqlı olacaq…. Kitabsevərlər hamısı dəvətlidir…

YAZARLAR.AZ

 

Advertisements

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK (Zaur Ustaca) – İLDIRIM ƏKBƏROĞLU

 

ev

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK
(Zaur Ustaca)

Taparam o yeri,gəzib,lap,şamla
Sel olar gözümdən düşən hər damla.
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur,ömür-gün gödək
Ağdama gedəndə yoldaşlı gedək.

“Gələrəm!” dediyim neçə il çəkib,
Hənrimi duyacaq,avaz-dil çəkib.
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini,bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək.

Qaçqında gün ağır,köçkündə qara,
Dönüb ürəkləri kül altda qora.
Tay yerdən havadan yol çəkək ora
Xəyal yollarımız qabar,döyənək
Ağdama gedəndə yoldaşlı gedək

İldırım sülh belə olmaz ərzi gəz,
Yumuruq görməsə yağı baş əyməz!
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əllərdə çiçək
Ağdama gedəndə yoldaşlı gedək.

 

Müəllif: Ildırım Akberoğlu

Y U R D U M – MAYIL DOSTU

ev

 

Y U R D U M

Bir udum havana tamarzı qaldım,
Düşmənin əlində ağlayan yurdum.
Qoxunu gəldiyin yuxumda aldım,
Könlümdə dərd, qübar bağlayan yurdum.
***
Nankorun,namərdin yağlı yemisən,
Ömrümün qırılan sarı simisən,
Oğlunu itirmiş ana kimisən,
Naləsi qəlbimi dağlayan yurdum.
***
Xəyalın bir an da tərk etmir məni,
Qəlbi daş olanlar dərk etmir məni,
Köçkünlük, yurdsuzluq bərk etmir məni,
Göz yaşı mənim tək çağlayan yurdum.
***
Qismət ola bir də gələk üz – üzə,
Kaş, Mayıl səninlə dura diz – dizə,
Kəlmə kəsib danışaydıq göz – gözə,
Həsrəti qəlbimdə tağlayan yurdum.

16. 06. 2018

Müəllif:Mayil Dostu

ZAUR USTAC – DÜŞÜB

 

13754220_573656716127240_6950948114086678956_n

DÜŞÜB
Sayı itib ayın, günün, saatın,
Ürəyimə atəş düşüb, od düşüb…
Haçan gəlim ağ əlini  öpməyə?
Ürəyimə nabat düşüb, qənd düşüb…
* * *
Əl öpənin çox olmasın, tək olum,
Məcnun kimdi, Kərəm kimdi yek olum,
Qoy həmişə nübar olum, ilk olum,
Ürəyimə gilas düşüb, tut düşüb…
* * *
Ustacın qibləsi çöhri-qəməri,
O da istər desin zikri-qəməri,
Niqabın gizlədib fitri-qəməri,
Bir zeh göstər, ürəyimə mət düşüb…

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ADİL CƏFAKEŞ “ZİYADAR” MÜKAFATINA LAYİB GÖRÜLÜB

TANINMIŞ  SÖZ ADAMI, USTAD  ADİL  CƏFAKEŞ  “AĞAM  ALIDI” ADLI  YENİ  KİTABINA GÖRƏ  “YAZARLAR” -IN  YAZARI   “ZİYADAR”  MÜKAFATINA  LAYİQ  GÖRÜLÜB.

adil5

XƏBƏR  VERDİYİMİZ KİMİ ADİL CƏFAKEŞİN PROFESSOR  MƏHƏRRƏM QASIMLININ REDAKTORU OLDUĞU “AĞAM ALIDI” ADLI YENİ TƏCNİSLƏR  KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR.  BU MÜNASİBƏTLƏ   MÜƏLLİF  YENİ NƏŞRLƏRƏ GÖRƏ VERİLƏN   “YAZARLAR” -IN YAZARI   “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB.  YAZARLAR.AZ  OLARAQ BİR DAHA ADİL MÜƏLLİMİ TƏBRİK EDİR, YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, ADİL MÜƏLLİM, VAR OLUN!!!

YAZARLAR.AZ