SALAM, QARDAŞIM – ADİL CƏFAKEŞ.

 

adil6

 

SALAM, QARDAŞIM

Gəl görüşüb dərdləşək,
Salam, qardaşım salam.
Ehtiyacdan susmuşam, 
Lalam, qardaşım, lalam.

Dərdimə bax, o tərdi,
Əgər əksəm bitərdi.
Özümdən də betərdi,
Balam, qardaşım, balam.

Qaxma, başıma qaxma,
Qəsrim, evim bu daxma.
Çıx get, dadıma baxma,
Kalam, qardaşım, kalam.

İkidən birə çəkir,
Cızığa, zirə çəkir.
Qəm məndən şirə çəkir,
Balam, qardaşım, balam.

Yurdu, yuvası itən,
Ürəyini ah didən.
Mən sınıb əyri bitən,
Qolam, qardaşım, qolam.

 

Müəllif: Adil Cefakes

Advertisements

ADİL CƏFAKEŞİN “AĞAM ALIDI” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

adil6

ADİL CƏFAKEŞİN “AĞAM ALIDI” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB:

“NƏRGİZ” NƏŞRİYYATINDA ÇAP OLUNAN KİTABIN REDAKTORU AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR MƏHƏRRƏM QASIMLIDIR. BU BAYRAM GÜNÜNDƏ ADİLİ MÜƏLLİMİ TƏBRİK EDİR VƏ UĞURLARININ BOL OLMASINI ARZU EDİRİK. XEYİRLİ, UĞURLU OLSUN!!!

QEYD:

KİTABI ƏLDƏ ETMƏK İSTƏYƏNLƏR METRONUN  “ELMLƏR AKADEMİYASI”  STANSİYASININ ÇIXIŞINDAKI “REBUS” KİTAB MAĞAZASINA MÜRACİƏT EDƏ BİLƏR.

YAZARLAR.AZ

GƏRƏK – ZAUR USTAC.

gerek

GƏRƏK
Gədadan bəy olmaz, geysə zər-xara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əbcəddə nəsə,
Məharət hesabın təkində gərək…

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

AZƏRBAYCAN – TUNC AY.

ev

AZƏRBAYCAN

Müəllif: Tuncay MUSTAFAYEV

BİZ MÜSTƏQİL DÖVLƏTİK

BİZİM  BAYRAĞIMIZ   VAR

BABALARDAN  ƏMANƏT

QALAN  TORPAĞIMIZ  VAR.

BORCLUYUQ QORUMAĞA,

QULUĞUNDA  DURMAĞA,

ƏKMƏYƏ, SUVARMAĞA,

DƏDƏ  TÖVSİYƏMİZ VAR.

TUNCAYAM, ELİM AĞDAM,

İNANA BİLMİR ADAM,

VƏTƏN EDİLİB EDAM,

DÖRD YANDA TİKƏMİZ VAR…

14.04.2018. (İLK ŞEİR) BAKI Ş.

Mənbə: Tuncay Sensey

 

 

 

ZAUR USTAC HAQQINDA İKİNCİ KİTAB

QTFS

Redaktor və rəssam: Şəhin Senayi Fərd.

رئداکتـــور و رســـام :  شهین ثنایی فرد

 

Hacıxanım AİDA

“OTUZ ŞEİR, OTUZ FİKİR(Zaur Ustac və şeirləri haqqında)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-004-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının   30   illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-04-ZU) – Şairin   tərtibçilər  tərəfindən  əsasən “OTUZ  İLDİR, ƏLDƏ QƏLƏM” adlı  kitabından təsadüfi  qaydada  simvolik  olaraq  seçilmiş  otuz  şeiri  və tanınmış  ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların,  həkimlərin, daimi  oxucuların  fikirləri  yer almışdır.

KİTAB PDF FORMATDA BURADA:  HXA-OTUZFİKİR

 

Hacıxanım AİDA