İLDIRIM ƏKBƏROĞLU – BİRİ GÖZÜMÜN.

 

13709828_868281526638321_2286484615479056850_n — копия

BİRİ GÖZÜMÜN 

(Müsabiqə çərçivəsində N 3)

Görmürəm dünyanı əvvəlki kimi,
Demirəm azalıb nuru gözümün.
Neynirəm loğmanı,ya da həkimi,
Sənsən qığılcımı,qoru gözümün.

Ruhum qəlb oxşayan sözündə qalıb,
Fikrim gül ləçəyi üzündə qalıb
Neynəyim,vurulub gözündə qalıb,
Məhəbbət nurunu qoru gözümün.

Hər zaman oxşaram səni qəlbimdə,
Görməz qeyrisini gözüm bu dəmdə.
Qoy,baxım gözünə doyunca,həm də,
Silinsin həsrəti,toru gözümün.

İldırım ,istəsə ulduzu,Ayı,
Ver,ancaq,neynir o,əlçatmaz payı.
Səni görməyimə bəsdir bir tayı,
Götür,sənin olsun biri gözümün.

 

Müəllif: Ildırım Akberoğlu

Advertisements

MÖVLUD AĞAMMƏD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

31400941_2122304867981812_6407462379470192640_n

Çox hörmətli pedaqoq, imazasını kifayət qədər tanıtmış, sevimli müəllimimiz, dəyərli şairimiz Mövlud Ağəmməd “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı yeni – ilk kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” – IN  YAZARI  “ZİYADAR”  MÜKAFATINA layiq görülüb. Yazarlar adına mükafatı Zaur Ustac təqdim edib.

MÖVLUD A

YAZARLAR.AZ  olaraq, bir daha Mövlud müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Var olun, Mövlud müəllim!!!

YAZARLAR.AZ

ZAUR İLHAMOĞLU – OLMADI.

13709828_868281526638321_2286484615479056850_n — копия

Olmadı

Nəyinə güvənim mən bu dövranın?
Axı istədiyim dövran olmadı.
Min rəngə bəzəmək istədim onu,
Sonda bir rəng oldu,əlvan olmadı.

Çox oldu çətində,darda qaldığım.
Bir xəbər almadı xəbər aldıgım.
Xəstə günlərində dərman olduğum
Mən xəstə düşəndə dərman olmadı.

Adın dindar qoyub mey içən gördüm.
Yaxşını yamana diz çökən gördüm.
Kimi ki vicdandan dərs keçən gördüm.
Özündə heç namus,vicdan olmadı.

Kimə yaxşı dedim,sonu oldu pis,
Düzgün gördüklərim sonunda naqis,
Mələk bildiklərim iblismiş,iblis!
İnsan sandıqlarım insan olmadı.

Müəllif: Zaur IlhamogluZaur Ilhamoglu

MÖVLUD AĞAMMƏD YENİ KİTABINI TƏQDİM EDİB.

 

37881318_1844716375584703_8841613039821127680_n

Bu günlərdə daha bir şairimiz yeni – ilk kitabı ilə oxucuların görüşünə gəlib. İlk kitabı olsa da Mövlud Ağamməd imzası oxuculara yaxşı tanışdır.  Şairin təqdim etdiyi “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Şair Mövlud Ağəmməd yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layiq görülüb.

37600737_2186180478260917_2693256257678082048_n

 

Şair öz hislərini belə ifadə edib: “Anamla bölüşdüm ilk kitabımın sevincini.Evə çatar-çatmaz bağlamadan bir kitab götürüb birnəfəsə qaçdım anamgilə.Həyətdə idi anam…Əı ağacına söykənib dayanmışdı.
Yaxınlaşdım…Həyəcanlı idim.Titrəyən əllərimlə kitabı uzatdım:
-İlk kitabımın sevincini ilk olaraq səninlə bölüşürəm,ana,-dedim.
Kitabı aldı,o üzünə, bu üzünə baxdı.Kitabqarışıq bağrına basdı məni,üzümdən öpüb titrək səslə dedi:
-Heyif ki,oxuya bilmirəm,balam.
Sol əlinin arxası ilə göz yaşlarını sildi:
-Ancaq sənin taleyini əzbər biıirəm…Allah həmişə səni sevindirsin..
Bu,anamın sevinc hisləri idi,kədərqarışıq sevinc…Anam mənim üçün sevinirdi.Həmişə qüssəli görünən oğlu üçün…”

13230248_1767723440106625_6601448581445216433_n

Uğurlarınız bol olsun, Mövlud müəllim. Bir daha təbriklər, xeyirli-uğurlu olsun!!!

YAZARLAR.AZ

 

TOFİQ QƏBUL “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

13912499_103015143478878_8023942242719031226_n

Xəbər verdiyimiz kimi  Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, gözəl insan, sevimli şairimiz Tofiq Qəbulun  bu günlərdə sayca yeddinci kitabı  işıq üzü görüb.  Ədəbi camiyə bu hadisəyə biganə qalmayıb. Beləki, şair  Tofiq Qəbul ‘‘ŞEİR ÖZÜ ÇINQIDIR” adlı yeni  kitabının nəşr olunması münasibəti ilə “YZARLAR’-IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb. Yazarlar adından mükafatı Zaur Ustac təqdim edib.

TOFİQ QƏBUL

YAZARLAR.AZ olaraq, bir daha Tofiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tofiq müəllim!!! Var olun!!!

YAZARLAR.AZ

ADİL CƏFAKEŞ – KEÇİB.

gagcicek.jpg

KEÇİB

Od tutmuşam yanıram,
Alovum səndən keçib.
Kipriklərim şehlənib, 
Gözlərim çəndən keçib.

Yazdırmaqdan naləmi,
Bezdirmişəm qələmi.
Hər günümün ələmi,
Saçımdan dən – dən keçib.

Üzüb məni yoxların,
Hədələrin, xoxların.
Bütün hicran oxların,
Tuşlanıb məndən keçib.

Ağlım itib, huş gəlmir,
Sevinc mənə tuş gəlmir.
Xırmanıma quş gəlmir,
Mənimki dəndən keçib.

 

Müəllif:  Adil Cefakes

TOFİQ QƏBULDAN YENİ KİTAB

Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, gözəl insan, sevimli şairimiz Tofiq Qəbulun sayca yeddinci kitabı bu günlərdə işıq üzü görüb. ‘‘ŞEİR ÖZÜ ÇINQIDIR” ADLANAN  KİTAB 7 ÇAP VƏRƏQİNDƏDİR. KİTAB NAXÇIVANIN ”ƏCƏMİ” DÖVLƏT NƏŞRİYYATINDA NƏŞR  OLUNUB.  Tofiq Qəbul  bu  yeni kitabının nəşr olunması münasibəti ilə “YZARLAR’-IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb.

 

37946310_495715320875523_2799364425453142016_n

 

 

Tofiq Qəbulun söz çələngindən nümunələr:

 

S E V G İ.

 

Sevgi ucalıqdır, ucalıq sevgi,
Sevgidir qəlbləri asiman edən.
Bu odu, bu suyu, torpağı sev ki,
Onlardır cahanı gülüstan edən.

Ağ paltar bir ləkə götürərmi, de?
Ülvi məhəbbət də belə bəmbəyaz.
Saxta eşq ucalıq gətirərmi, de?
Əgər qış bitməsə, qayıdarmı yaz?

Qulaq ver sevgiyə, sevgi ümmandır,
Yumub gözlərini səmaya yüksəl.
Qəlbi sevgi dolu insan cahandır,
Sevgi köz kimidir, yox ondan gözəl.

Xəyalım oyanmış xatirələrdə,
Gənclik yaddaşımın sadiq əksidir.
Dünyaya göz açan bu al səhər də
Sevgi havasıdır, eşq nəfəsidir
TOFİQ QƏBUL.
20.07.2018

 

============================================================================

 

 

SEVGİ ƏKİLSƏ.

 

Şər demə, şər özü düşmən işidir.
Sən mələk kimisən, uzaq dur şərdən.
İnsan var, bir sözü dartır, şişirdir.
İnsan var, saxtanı ayırır zərdən.

Böhtan sınıq sazdır, dınqıldayacaq,
Yalan gülməşəkər iblis kimidir.
Qazan boşsa əgər, danqıldayacaq
Süfrəsi açıq ev uşaq kiridir.

Açılar dünyanın qaşı-qabağı,
Yalan, hiylə, böhtan göyə çəkilsə.
İnsanın hər zaman qaçar dodağı,
Çarpan ürəklərə sevgi əkilsə.
TOFİQ QƏBUL.
12.07.2018.

TOFİQ QƏBUL

YAZARLAR.AZ olaraq, bir daha Tofiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tofiq müəllim!!!

YAZARLAR.AZ