Minlərlə azərbaycanlının öz doğma torpaqlarından-qərbi Azərbaycandan qaçqın düşməsi və hələ də bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmaması Azərbaycanın haqq səsinin eşidilməməsi amillərindəndir.Tarixi ərazilərimizə qayıdış adlı böyük missiyanı boynuna götürmüş Qərbi Azərbaycana Qayıdış birliyinin 30.06.2018-ci il tarixdə ll qurultayı keçirildi.Qurultay Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin anılması ilə başlandı.Qurultayın sədri və katibləri seçildikdən sonra,Irəvan,Göyçə ,Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz hökmən tarixi torpaqlarımıza qayıdacayıq fikirləri yer almış ,eyni zamanda Qərbi Azərbaycan mahalları haqqında məlumatlar əks olunmuş vidio-rolikin nümayişi oldu.Sonda açıq səsvermə ilə Rizvan Talıbov yenidən Qərbi Azərbaycana Qayıdış birliyinin sədri seçildi.Qurultayın Respublika Prezidentinə müraciəti qəbul olundu. Tədbirdən fotolar:
Mənbə: Mehriban Sadiqova