A dünya – Xanım İsmayılqızı.

15027787_943084145824725_6516646943584642547_n

A dünya

A dünya, sənin nə gözəl oynatmağın var adamı,
Bu havaların qoynunda aldatmağın var adamı.

Türlü-türlü məzələrin içində bihuş edərək,
Məsti-xumar ocağında qaynatmağın var adamı.

Buruq-buruq saçlarına düyün düşür qoca, cavan,
Nəfəsləri təngidərək fırlatmağın var adamı.

Verib almağın olmaya, alıb satmağın olmaya,
Satanlara aldıraraq cırnatmağın var adamı.

Meyin də var, zəhərin də, sevincin də, kədərin də,
Şəkər tozunda bişirib xarlatmağın var adamı.

Yol da sənin, əl də sənin, od da sənin, kül də sənin,
Bu bolluğun arasında ağlatmağın var adamı.

A dünya, sənin nə gözəl aldatmağın var adamı,
Öz havanı çaldıraraq oynatmağın var adamı.

Müəllif: Xanim Ismayilqizi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma