KÖÇKÜNLÜK DƏRDİ – MAYIL DOSTU

 

 

35332504_1306899926109810_2671989005557432320_n

KÖÇKÜNLÜK DƏRDİ

Ay köçkün qardaşım,ay köçkün bacım,
Siz çəkən acının başqadır dadı.
Ağrıların bitmir, qurtarmır acın,
Ümidlər yol gəlir, hələ yoldadı.

İnamın azalıb, qurtarıb sözün,
Göylərin açılmır, duman,çən alıb.
Yetirən dedi ki, bir az da dözün,
Dözməkdən gözünün kökü saralıb.

Ümidlisən, yurddan əlin üzülmür,
Arzuna, bəxtinə güllə dəyibdi.
Dərdin yurdun dərdi,qəddin düzəlmir,
Düşüb qəribliyə, yükün əyibdi.

Qurduğun,tikdiyin göyə sovrulub,
Bir daş qalmayıb daşının üstə.
İçin dərd bağlayıb,öfkən qovrulub,
Köçkünlük damğası başının üstə.

Dərdlərin tükənmir, acılar bitmir,
Taleyin çəkibdi sınağa səni.
Yurdlu xatirələr silinmir, itmir,
Bəxtin tuş edibdi qınağa səni.

Yurdun əsir qalıb yağı əlində,
Ümidin ölməyib, diridir hələ.
Qisasın içində, Amin dilində,
Düşmənin kəfənin güllədən bələ.

Müəllif:  Mayil Dostu

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma