Kişilər var, çoxdu qağa – Nəcibə İlkin.

 

coban

(Bir nəfər  “kişilər yoxdu” deyənə…)

Kişilər var, çoxdu qağa,
Meydan gədəyə verilib.
Yaxşı çəkiilibdi yoxa,
Tükləri bir-bir dərilib.

Ulağımız arpa yeyib,
Sonra dönüb olur qatır.
Şir dovşanın ümidində,
At samanla başın qatır.

Pələngin ağzı göydədi,
Özünə bir yal axtarır.
Çaqqal daha leş bəyənmir,
Göylərdə qartal axtarır.

Tısbağa qınından çıxıb,
Lüt-üryan gəzir ortada,
Qurbağadan bala tutub,
Sonra gedir “Məşdibada”.

Dovşanın kələyin kəsib,
Meşənin şiş tazıları.
Canavar libasın geyib,
Yırtıb, deşir quzuları.

Qarğaların qarıltısı,
Götürübdü düz-dünyanı.
Bülbüllərin səsi batıb,
Yoxdu daha bir amanı!

Pişik itə sığınıbdı,
Sülh istəyir, sülh ay aman.
At cilova gəlməyəndə,
Dərsinə təpilir saman.

Dərdimiz qurtaran deyil,
Səbr kasam dolub daha.
Yazdıqca da çoxalır, bil,
Amanımız yoxdu qağa.

Əyilib, əyilməz başlar,
Bir ucdan çəkilir dara.
Yuvasın tanımır quşlar,
Yem olubdu bayquşlara.

 

Müəllif:  Necibe Ilkin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma