Rahim Ucoglanli – AĞDAMNAMƏ

10338724_1503294469955187_8656631993359454308_n

Rahim Ucoglanli

AĞDAMNAMƏ
(Ağdamın işğalının 4-illiyinə ürək ağrısı ilə Ağdamlılar və Ağdamsevərlər üçün)

Deyim dərlərindən xəbərin olsun,
Qalmayıb əvvəlki çağların Ağdam!
Düşmən ağlar qalsın gözü kor olsun,
Çəkibdir dağ üstən dağların Ağdam.
**
Məscidin göylərə qalxıb naləsi,
Qəmdən əyilibdir cüt minarəsi,
Boş qalıb minbəri yox azan səsi,
Quran ayələri oxunmur Ağdam!
**
Batıb muğamatın səsi xəstədir,
Çahargah süst qalıb,Şur qəfəsdədir,
Zabulla,Mirzəhüseyn son nəfəsdədir,
Kamança inləmir,tar susub Ağdam!
**
Gülablıda Damcı Bulaq qan damır,
Daşların üstünü basıb çil,mamır.
Səxavət məzarda rahatlıq tapmır,
Ruhu vətən mülkün dolanır Ağdam!
**
Ərşə qalxıb Beşbulağın harayı,
İçən yoxdur suyu axır havayı.
Pozulubdur Nənə-qızlar halayı,
Yallıya daha rəqs edilmir Ağdam!
**
Daha Qozlu Bağ,qoz da gətirmir,
Şelli bağlarında meyvə bitirmir.
Kötəl incik düşüb elsiz dözəmmir,
Qurudub suyunu axmayır Ağdam!
**
Lazım Ağa Çəmənliyə gəlibdir,
Şıxbabalı pir seyidsiz qalıbdır.
Yusfcanlı çiçək kimi solubdur,
Bağbanlar xəyala dalıbdır Ağdam!
**
Novruzlunun tor gəlibdir gözünə,
Yalqız qalıb baxan yoxdur üzünə,
Mərzili köç edib Ergi düzünə,
Talanıb sərvəti qalmayıb Ağdam!
**
Xeyli vaxtdır gələn yoxdur Qullara,
Qəm səpilib,dərd əkilib yollara,
Sarcalı yurd olub tikan,kollara,
Ağdamkənd bələnib qanlara Ağdam!
**
Yoxdur Seyidlinin üzüm bağları,
Xıdırlının quruyubdur tağları.
Dəvəbatranın pendir,qaymaq,yagları,
Daha bazarında satılmır Ağdam!
**
Qıyaslının yoxdur əzəl çağları,
Çox şəhid olubdur mərd oğulları.
Sarhacılının qəlbini düşmən oxları,
Deşib parçalayıb,qan gedir Ağdam!
**
Əhmədavar düşmənlərlə yan-yana,
Əsir düşüb qəsd eləyibdir cana.
Qaracıda ruhlar qalxıb üsyana,
Qohum,qardaş deyib gəzirlər Ağdam!
**
Ətyeməzli dözə bilmir dərdlərə,
Həsrət qalıb ətrafdakı kəndlərə,
Öz yolunu bağlayıb Uzun dərə,
Qoynundan bir kəs də keçməyir Ağdam!
**
Göytəpənin bitməz olub otları,
Konzavodun köçüb gedib atları.
Güllücənin mələs şirin narları,
Dərdlərə dərman tək dadılmır Ağdam!
**
Qərvənddə torpaqlar yanıb.əkilmir,
Sarı buğda xırmanlara tökülmür.
Nəmirlinin köçən elləri dönmür,
Ot alaq basıbdır yolların Ağdam!
**
Şah Bulaq ağ başa qara bağlayır,
Koroğlu Qalası qəmdən ağlayır,
Maqsudlu,Kəngərli matəm saxlayır,
Sönüb ocaqları,yanmayır Ağdam!
**
Papravəndin ağ daşları qaralıb,
Qartal yuvasını gəlib sar alıb.!
Qaraman dağı da dərddən saralıb,
Solub çiçəkləri,gülləri Ağdam!
**
Kolanıya gələn yoxdur şəhərdən,
Bağ bostanı solub düşüb bəhərdən.
Əliağalının gözləri dolub qəhərdən,
Kimsə yox göz yaşın silməyə Ağdam!
**
Əlimədədli,Çinli kəndi yanıbdır,
Boyəhmədli dərd içində qalıbdır.
Qabartı çay göz yaşıyla dolubdur,
Qəm axır suyuyla düzlərə Ağdam!
**
Tərnefiyin qalmayıbdır təzəsi,
Kül olubdur hər bir meyi,məzəsi.
Kim görsə qol atıb olar üzəsi,
Xaçının “dərd” adlı gölündə Ağdam!
**
Mindim xəyal atım keçdim sədləri,
Qarqardan-Xaçına gəzdim kəndləri.
Kaman tək inlədi könlüm telləri,
Baxdıqca kimsəsiz yurdlara Ağdam!
**
Səbrim Üçoğlanda tutmayır qərar,
Qəlbim həsrətindən eyləyir qübar,
De nə vaxt dadacam sevincdən nübar?
Çoxdandır ürəkdən gülmürəm Ağdam!
**
Rahiməm,dərdlərin dilə gətirdim,
Yazdım bu şerimlə Sənə yetirdim.
Suvardım göz yaşlarımla bitirdim,
Məni sarmaşıq tək aldılar Ağdam!
Kök atıb qəlbimdə qaldılar Ağdam!
Rahim Üçoğlanlı.(Rzayev)
23.07.1997.

Advertisements

SAYĞACLAR NİYƏ İKİQAT ARTIQ YAZIR ???- ARTIQ ÖDƏDİYİMİZ PULLARI KİM QAYTARTACAQ ???

SAYĞACLAR NİYƏ İKİQAT ARTIQ YAZIR ???- ARTIQ ÖDƏDİYİMİZ PULLARI KİM QAYTARTACAQ ???   və   yaxud  da “YEMƏ  MƏZLUMUN  AHINI  ÇIXAR AHƏTƏ -AHƏSTƏ….”

saygac

► Sarsıntıdan iki dəfə sürətli işləyir

Təsadüfən aşkar edilib ki, ev elektrik sayğacı öz elektron rəqəmlərinin impulslarını səhv hesablamasına görə iki qat artıq yazır. Fotoda — adi elektrik sayğacının nümunəsi. “A=3200imp/ (kw*h)” rəqəmləri yaşıl çərçivəylə dairələnib.
Bu o mənanı verir ki, sayğacda «A=3200imp/(kw*h)» hansı ki, fotoda qırmızı oxla qeyd edilmişdir (qeyd-:”A” müxtəlif sayğaclarda müxtəlif olur).
Məhz bu elektron impulslar sayğacın mexaniki təkərləriylə hesablanırlar. Başqa sözlə, hər 3200 impuls bir kilovatt*saat hesablayır.
Lakin əvvəlcədən qeyri-düzgün quraşdırılma nəticəsində impulsların sayı azalar və nəticədə artıq hesablanma qeydə alınar.
Mütəxəssislərin fikrincə, həmin sayğacları laboratoriya şəraiti olmadan belə, peşəkar mütəxəssis tərəfindən ikiqat yazmaya ayarlamaq olur.

İLKİN  MƏNBƏ:

http://deryaz.az/?p=4879

 

Yevlax rayonu Hacımahmudlu kənd X.Əhmədov adına ümumi orta məktəbdə vakant yerlər gizlədilir…

meadnflag-15

 

Salam.Yevlax rayonu Hacımahmudlu kənd X.Əhmədov adına ümumi orta məktəbdə ixtisaslı informatika müəllimi yoxdur və bir neçə ildir ki, həmin məktəbdə 9 saat informatika dərsi üzrə vakant yer vermirlər, gizlədirlər. Gizlədilmiş vakant yer hakkında bir neçə dəfə TN – ə , İnsan Resursları Mərkəzinə , Azad Hesenova müraciət elədim,dedilər ki,müraciətiniz qeydə alındı.Ama hələ də bir nəticəsi yoxdu.O atır bunun üstünə,bu da atır onun üstünə.Elə yalannan araşdırırıq deyib yola verirlər adamı..Belə olmaz axı,köməy edəcəyik deyib aldatmıyın .

Mənbə:

 

 

https://www.facebook.com/profile.php?id=100010280703061&fref=ufi&rc=p

 

Qeyd:

İddia doğrudursa, olduqca maraqlı hadisədir…

 

YAZARLAR.AZ

 

Sərvər Məsum – DƏRDİM MƏNİM….

 

40228905_1067809706712191_8072528244152205312_n

DƏRDİM MƏNİM….

Yenə də dolmuşam buludam sanki,
Dərdim var içimdə biri bir paşa.
Dərdim çox ağırdı , mən bilirəm ki,
Daşlar da çatlayar söyləsəm daşa.

İrəvan , Göyçədi , Kərkük , Dərbənddi,
Bəzzdi , Savalandı , Təbriz , Səhənddi,
İşğalda qəhr olan şəhərdi , kənddi ,
Dərd çəkmə , oğulsan gəl indi yaşa.

Əgər olacaqsa güclü bir ordu,
Azad edəcəyik ulusu , yurdu,
Simvol seçəcəyik yenə bozqurdu,
Arxa duracaqdır qardaş qardaşa.

Müəllif: Sərvər Məsum

Xanım İsmayılqızı — şairə, tərcüməçi.

37199669_1744018025694039_5837033479237271552_n

 

Xanım İsmayılqızı — şairə, tərcüməçi.

1956-cı il aprelin 10-da Bakıda doğulub. 1979-cu ildə BDU-nun filologiya fakültəsini bitirib. 1972–1984-cü illərdə “Gənclik” Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq işləyib. Bir müddət Efiopiyada yaşayıb. 1987–1989-cu illərdə BDU-nun nəşriyyatında şöbə müdiri, 1989–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini vəzifələrində çalışıb. 1995-1998-ci illərdə “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini, direktor, 2014–2016-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.

37687041_1967812969919340_4787455523496656896_n

İLKİN MƏNBƏ:

http://aydinyol.az/newsview/1166/Xanim-Ismayilqizi

 

YAZARLAR.AZ

Təranə Məmməd: – Əgər sevirsənsə…

 

40211723_662998120766309_4445678338366767104_n

Əgər sevirsənsə…

Bir gün mənsizliklə barışa bilsən,
Məndən üz döndərib ayrıla bilsən,
Ömrümü ömrünə peşkaş edərəm,
Ömründən sakitcə çıxıb gedərəm.

Gedərəm həyatın sonuna qədər,
Gedərəm məhəbbət solana gədər,
Gedərəm gözlərim dolana gədər,
Ömründən sakitcə çıxıb gedərəm.

Əgər sevirsənsə buraxma gedim,
Bu addım yalnışsa, goyma səhv edim.
Ömrümdən, günümdən artıq bildiyim!
Qaytar, bu hicrana əlvida deyim.

Özüm sənsizlikdə, sən mənsizlikdə,
Qoyma ayrılığa bizi qərq edim,
Qoyma həyatından sakitcə gedim,
Ömrümü ömrünə qoyma pay edim.
Əgər sevirsənsə…

 

Müəllif: Terane Memmed

2018 – ci il MİQ-də İbtidai Sinif Müəllimləri üçün ikinci turun vakant yerləri və nəticələri

letter-b

2018 – 19 – cu  tədris  ili  MİQ-də  İbtidai  Sinif  Müəllimliyi  ixtisası  üzrə  ikinci  tur  üçün vakant  yerlər və  nəticələr:

YAZARLAR.AZ

Hardasa bir ünvan mənə gəl deyir… – Vasif ZÖHRABOĞLU.

13187895_209168449468957_190028440_n (1)

 

Hardasa bir ünvan mənə gəl deyir…

Adam ölməyə də darıxır hərdən,
Bir ucuz ölümün möhtacı olur.
Həyatı dünyaya gəldiyi yerdən,
Getdiyi yerəcən tapmaca olur.

Bu kasıb ömrümdən kimdir pay uman?
Bu uçuq daxmamın qonağı olsun.
Mən ölüm eşqiylə alışan, yanan,
O mənim eşqimin çırağı olsun.

Göylərin həsrəti başıma döyür,
Evimin damından yağış, qar keçir.
Hardasa bir ünvan mənə gəl deyir,
Hardasa könlümdən intihar keçir.

Anam, dərd eləmə, daha qəm yemə,
Bu ömür olmadı səbirdən sonra.
Dur məni yola sal oldüyüm günə,
Deyirlər həyat var qəbirdən sonra…

Müəllif: Vasif Zöhraboğlu

2018 – ci il MİQ-də İbtidai Sinif Müəllimləri üçün vakant yerlər və birinci turun nəticələri

letter-a

2018 – 19 – cu  tədris ili üçün  MİQ-də İbtidai Sinif Müəllimliyi ixtisası üzrə vakant yerlər və birinci turun nəticələri:

YAZARLAR.AZ

ZAUR USTAC: – “MƏN”-Ə GƏL ŞEİRİ.

13187895_209168449468957_190028440_n (1)

“MƏN”-Ə GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,
Diri-diri tən üzülmüş, Sultanadır biətim,
Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,
Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Təkər dönər,  mil  tutanı, döndərəni dən-dənə,
Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,
“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,
“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Ustac tutub söz mayasaın, Tanrı verən payından,
Taylı gərək, əzəl gündən, yarımalı tayından,
“Toydan sonra nağara” tək, fayda görməz hayından,
Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…

24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz