Vahid Çəmənli -Vətən dərdi ağırdı…

36675542_1812988142130316_59716760

 

Vətən dərdi ağırdı…

(Cəfakeş İnsan, Ağdam torpağının mərd oğlu, əsil vətəndaş alim
Zaur Aliyev Qarabağıyə həsr edirəm.)

Vahid Çəmənli

Vətən dərdi ağırdı,
Əritdi bu dərd bizi,
Düşmən yumşaq tanıdı,
Heç görmədi sərt bizi…
Qınadı lağa qoyub
Nə qədər namərd bizi,
Bu ağır qınaq ilə
Böyüdük, yaşa dolduq…

Düşmənlər dost adıyla
Gəldilər, dillənmədik,
“Baran” deyib, “xər” deyib,
Güldqülər dillənmədik,
Oba-oba, kəndbəkənd
böldülər, dillənmədik,
Zalımlara baş əydik,
Qatillərə qul olduq.

Başbilənlər yaxşıca
Piylədi başımızı,
Üstümüzə uçurdu,
Olan dam-daşımızı.
Taladılar quldur tək,
Çatmadıq qaşımızı,
Sonuncu köynəyəcən
Soğan kimi soyulduq.

Axışdıq küçələrə,
“Hüriyyət” deyə-deyə
Xain kommunistlərin
Kölgəsin döyə-döyə…
Sonra tutulub qaldıq:
“Bizə kim dursun yiyə?”
Elə bildik oyandıq,
Elə bildik ayıldıq…

Sinə gərə bilmədik
Tufanlara, sellərə.
Çörək dərdi dərd oldu,
Oğullara, ərlərə…
Vətəni tərk eləyib
Üz tutduq yad ellərə,
Neçə – neçə ölkəyə
Qərib kimi yayıldıq…

Nazir, fəhlə, müəllim…
Yumruq kimi birləşək.
Bu yumruqla düşmənin,
Acgöz gözünü deşək.
Vətən üçün, yurd üçün
İgid kimi döyüşək,
Bəlkə biz də axırda,
Böyük millət sayıldıq!!!

Müəllif: Vahid Çəmənli.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma