ZAUR USTAC: – “MƏN”-Ə GƏL ŞEİRİ.

13187895_209168449468957_190028440_n (1)

“MƏN”-Ə GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,
Diri-diri tən üzülmüş, Sultanadır biətim,
Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,
Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Təkər dönər,  mil  tutanı, döndərəni dən-dənə,
Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,
“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,
“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Ustac tutub söz mayasaın, Tanrı verən payından,
Taylı gərək, əzəl gündən, yarımalı tayından,
“Toydan sonra nağara” tək, fayda görməz hayından,
Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…

24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

İLDIRIM ƏKBƏROĞLU “QARABAĞ ATI” ŞEİRİ HAQQINDA

 

Şeriniz, həmişəki kimi, oxucunun qəlbini oxşayan, həsrətində olduğumuz Qarabağımızı öz adı ilə dünyada tanıdan Qarabağ atından bəhs edən oxunaqlı bir şerdir/ Zaur, əzizim! Siz şerinizlə bərabər Qarabağ haqqında elə əsas bir obyektlər tapırsınız ki, düşmənlərimizin özlərinin də danışmağa dilləri olmur. Qarabağ atına xarici bir ölkədə qoyulan heykəl buna canlı bir misaldırdır ki,siz onun da fakt kimi şəklini nümayiş etdirirsiniz. Son vaxt düşmənlər muğamımızın da onlara aid olduqlarını gülünc bir şəkildə təbliq edirlər. Bir misal var, deyirlər ki,-“sözləri qurtarıb,indi də daley-daley deyirlər” Zaur, əzizim, sizin əksər şerlərinzin məzmununda vətənimiz, vətənimizin cəsurları və qəhrəmanları, vətənimizin tarixi durur. Bunula yanaşı şerinizdə yüksək lirika, çox-çox cəlbedici olan, oxucunu valeh edən məzmunu ilə bərabər şerinizin bədiiliyi durur. Bu şeriniz də oxucuya xüsusi bir bədii ləzzət verməklə yanaşı, həm də, onlara Qarabağımızın qürurverici, dillərdə gəzən bir faktını deyirsiniz, həm də,göstərirsiniz. Zaur, əzizim, əlləriniz var olsun, təbiniz çeşmə kimi həmişə çağlasın. Yeni və gözəl şerilərinizi gözləyirik!

Hörmətlə: İldırım Əkbəroğlu.

İLKİN MƏNBƏ:

 

HAŞİYƏ:

QARABAĞ ATI

(Belçikanın Ham şəhərində Qarabağ Atına heykəl qoyulub.)


Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!!
Tanrı ərmağanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!
* * *
Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!
* * *
Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!!!!
* * *
Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır təbir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) . Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

 

1490534464_at-1

YAZARLAR.AZ

Qeyd:

İldırım Əkbəroğlu  ən sadiq oxucularımızdan eyni zamanda ən fəal müəlliflərimizdən biridir.  Müntəzəm olaraq şeirləri dərc olunur. Təşəkkürlər, İldırım müəllim. Var olun…

ŞƏHİN SENAYİ FƏRD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

Zaur Ustacın müəllifi olduğu “Əliş və Anna” (poema) kitabının  ərsəyə gəlməsində göstərdiyi xidmətlərə görə gözəl insan, pedaqoq – rəssam – yazar Şəhin Senayi Fərd xanım “YAZARLAR” – IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb:

A

B

C

 

YAZARLAR.AZ olaraq, Şəhin xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

YAZARLAR.AZ – 24.08.2018. – BAKI -TƏBRİZ.