Yol gedirəm – Qələndər Xaçınçaylı.

13187895_209168449468957_190028440_n (1)

Yol gedirəm
Yol gedirəm neçə ildir,
Bir soruşan, deyən yoxdur
Hara gedir yolun qardaş,
Hardan gəlir yolun qardaş,
Varmı sənə yolçu, yoldaş?!

Yolun uzaq, yaxındırmı,
Yol gedirsən bütün günü.
Neçə ünvanlardan keçib,
Çiskin, dumanlardan keçib,
Keçirirsən sən ömrünü.

İlan kimi qıvrım-qıvrım,
Bu yol uzanıb gedir hey!
Heyim də çıxmır hay verəm.
Yolun dilənçiləri çox,
Yol boyu kimə pay verəm?

Bu yollda nələr baş verir,
Qardaş sən onu bilirsən?
Borc alırsan, borc verirsən,
Qoymur rahat gedim yolu,
Borcun içində ölürsən.

Neçə ildir yol gedirəm,
Neçə ildir yol gəlirəm,
Mənzil uzaq, çatamıram.
Bu yol boyu həyat acı,
Yuxu şirin, yatamıram.

Yol gedirəm neçə ildir,
İşilərm başımdan aşır,
Daşır, daşımdan aşır…
Yollarım dolam-dolam,
Sap kimi necə dolaşır.

1.09.2018.

 

Müəllif: Qələndər Xaçınçaylı