Xatirələr qalaq-qalaq… – Mayıl Dostu.

 

12715534_125429874511204_3639035300141250702_n

GƏL, UŞAQ OLAQ

Xatirələr qalaq-qalaq,
Bəlkə, dönüb uşaq olaq?
Olanları yada salaq,
Yaddaşları silə-silə.

Sən atlı ol,mən piyada,
Sən çəməndə,mən qayada,
Bala bənzər bu dünyada,
Süz qəlbimə gilə-gilə.

Əllərini ver əlimə,
Düşək təzə bir çəhlimə,
Yanağın dəysin telimə,
Pambıq kimi pilə-pilə.

Mən tel olum,sən də kaman,
Aşiq olum, sən də canan,
Səndən ötrü pörtüb yanan,
Könlümə gir gülə – gülə.

Qanadlanaq, göyə uçaq,
Buludları minib çapaq,
Axırda… üç alma tapaq,
Nağıllaşaq bilə – bilə.

============================================================================

VÜQARLI DAĞLAR

Yaranışdan əzəmətli, vüqarlı,
Yaşı bilinmir ki, uca dağların.
Ətəyi dumanlı, zirvəsi qarlı,
Sifəti yaylaqdı qoca dağların.
***
“Ahınız dağlara”– dedi nənələr,
Dağlar bu qarğışa cavab tapmadı.
Tarixlə çarpışıb çəksə də nələr,
Sinəsindən bircə ahı qopmadı.
***
Bütöv asimanın,yeddi qatın da,
Dağlardı dirəyi, sütun — dayağı.
Bu ağır şələnin, yükün altında,
Dağların giribdi yerə ayağı.

============================================================================

İLHAM PƏRİM

Göy üzündə bulud olub,xallanan,
Gül-çiçəkdə şirə olub, ballanan,
Bir baxışdan meyxoş kimi hallanan,
Dumduru təbimsən,ay ilham Pərim.
***
Sən olmasan,günüm dönər zəhərə,
Gecəm heç açılmaz nurlu səhərə,
Məni mindirən sən, köhlən kəhərə,
Dərmanım,həbimsən,ay ilham Pərim.
***
Mənəm bu dünyanı anlayıb,görən,
Sözü kəlmə – kəlmə misraya hörən,
Alağı qoparıb, məhsulu dərən,
Halalca zəmimsən,ay ilham Pərim.
***
Yaz gəlməmiş qar altından boylanan,
Erkən yaz çiçəyi kimi allanan,
Baharın ilkinə baxıb tullanan,
Kosam, Keçəlimsən, ay ilham Pərim.

============================================================================

GÖZLƏRİN GÜLSÜN

Birinci görüşdə, sehirli axşam,
səni evə qədər ötürüb getdim.
Şirin duyğularla tənha qalmışam,
qəlbimi özünlə götürüb getdin.
***
Ürəkdən vurmusan,oxun düz dəyib
yaramın gözündən məhəbbət axır.
İşə bax, qarşımda başını əyib,
gözləri gözümdə, yarama baxır.
***
Sevgimi qəlbinin başında saxla,
ağlama, həmişə gözlərin gülsün,
Didən içində, göz yaşında saxla,
bal dilin oynasın, sözlərin gülsün.

Müəllif: Mayil Dostu

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma