Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir… – İldırım Əkbəroğlu.

35082891_139802596890004_6003989324868091904_n

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir. Ona görə də şeri oxuyarkən o, oxucunun qəlbini çırpındırmalıdır, ürəyini şirin-şirin döyündürməlidir. Bununla bərabər, şerin sevilə-sevilə oxunması üçün, bu şerdə yeni fikir olmalıdır, oxucunun başqa şerlərdə oxumadığı yeni mənalar olmalalıdır. Son zamanlar oxuduğum şerlərin içərisində, yuxarıda dediyim fikirlərə, yüksək dəyərli mənalara Zaur müəllimin poeziyasında tez-tez rast gəlmək olur ki, bu da, tanınmış şairimiz Zaur Ustacı öz oxucularına sevdirir. Zaur müəllimin “Dünya” şeri onun oxucuları tərəfindən bəyənilmiş yeni fikirli şerlərindən biridir. Belə ki, dünya adına yazılmış bir çox şerlərdə günahkar kimi dünya tanınır, qınaq yeri dünyadır. Lakin, Zaur müəllimin bu şerində, haqlı olaraq günahgar dünyanın deyil, özünü apara bilməyən insanlarda olduğunu poetik şəkildə oxucunun diqqətinə çatdırır. Doğurdan da,  axı dünya neyləsin? – imkan verir ki, insan yaradıb qursun, təbii sərvət verir ki, dolansın.İnsanın da, mini yaradıb qurur biri yandan çıxıb, illərlə yaradılanları məhv edir, dağıdır. Dünya neyləsin axı, gözləri dünyanın ona verdiyi tükənməz maldan doymur,gedib özgəsinin də əlində olanını tutub alır. Ancaq, sonunda insan özü ilə heç nə aparmır və əli boş dünyadan köçüb gedir. Yenə də dünyanın malı dünyanın özünə qalır. Bütün bu dediklərim Zaur müəllimin üç bəndlik şerindən çıxan mənalardır ki, bu möhtəşəm fikirləri , bu böyük mənaları kiçik bir şerdə ifadə etmək Zaur Ustac kimi böyük şair bacarar. Bu gözəl şerə görə Zaur müəllimə oxucular adından təşəkkür edirəm və həmişə olduğu kimi, yenə də, onun gözəl şerlərini oxumaq üçün səbirsizliklə gözləyirəm!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Bir şərh yazın