BİR ZAMANA GƏLMİŞİK – AQİL KƏNGƏRLİ

 

15400958_1165991460159281_4995971033318303598_n

BİR ZAMANA GƏLMİŞİK

Aman, Allah bir zamana gəlmişik,
Deyəmmirik ərənlərin dövrüdür.
Haram yolla yığıb dövlət, ev-eşik,
Keflə ömür sürənlərin dövrüdür.

Zərrəcə yox iman üzü,din üzü,
Aşkardadır şeytan üzü, cin üzü.
Buqələmun kimi alıb min üzü,
Sabunlanıb girənlərin dövrüdür.

Kişi adın daşıyammır hər kişi,
Mərd, qeyrətli, halal olar nər kişi.
Arvad hesabına olub “ər”, “kişi”,
Gözləriylə görənlərin dövrüdür.

Hey içində üzə-üzə bal,yağın,
Harınlayıb, boyun yoğun, bel yoğun.
Zülm edərək, söydürərək var-yoxun,
Peysərinə verənlərin dövrüdür.

Ürək dözmür, qəlb qırılır sim kimi,
Minhamindir, minən minir, kim kimi?
Layka, Toplan, qaraqulaq Bim kimi,
Arxamızca hürənlərin dövrüdür.

Macal verməz bir kasıb da gün görə,
“Əl tut”desən, azca qalır hönkürə.
Yağmasa da, guruldayıb min kərə,
Boşboğazın, çərənlərin dövrüdür.

Bu dövrana nəzər edin, baxın ha,
Kim məhv olur, kim qoşulur axına.
Aqil, səni kimdir qoyan yaxına?
Ağlı kərən-kərənlərin dövrüdür.

6.10.2018

Müəllif:  Aqil Kengerli

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma