“DAĞLAR” adlı almanax nəşr olunacaq.

40281893_1392583767541425_9115219456056885248_n

 

Salam, əziz dostlar və ziyarətçilər bildiyiniz kimi qarşıdan Dədə Ələsgərin 200 illik yubiley tədbirləri gəlir bu münasibətlə “DAĞLAR” adlı şeir toplusu nəşr olunacaq. Almanaxdakı bütün poeziya nümunələrinin Dağlar adlı olması əsas şərtdir. Çox hörmətli yazarlarımızdan qatılmaq istəyənlər indiyə qədər yazmış olduqları Dağlar adlı şeirlərini və yeni yazacaqlarını paylaşdıqları zamanı   #daglar200  haştağından istifadə etməkləri və ya inboxa göndərməyi yaxud da mənim səhifəmdə paylaşmaqları kifayətdir. Heç bir ödəniş nəzərdə tutulmur və limit yoxdur. Dağlar adlı istənilən nümunə göndərilə bilər. Toplama müddəti 07.10.2018-dən 07.10.2019-dək nəzərdə tutulur. İştirakçı və şeir sayı barədə heç bir məhduddiyyət yoxdur. Xeyirli – uğurlu olsun. Bütün iştirakçılara uğurlar arzu edirəm.

DAĞLAR
(Ruhuna min rəhmət dədə Ələsgər…)

Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
De, çoxmu çəkərik zülüm-zilləti????
Mövcud hal -vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

Müəllif: Zaur Ustac

 

Qüvvədə  olacaq haştaq  ( hash  tag ) :

 #daglar200

İLKİN  MƏNBƏ:

 

 

Şeirləri göndərmək üçün əlaqə:  Zaur Ustac

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma