Sona Abbasəliqızı “Sükut haray çəkir…” adlı yeni kitabını təqdim edib.

Sona Abbasəliqızı müasir xanım şairlərimiz arasında öz deyim tərzi olan çox az saylı söz sahiblərindən biridir. Onu və yaradıcılığını bir cümlə ilə belə ifadə etmək olar: “Sonaın özü el qızı, sözü el sözüdür…”  Mərd insanları sevirəm. Xüsusi ilə bu şəxs xanım olduqda ona qarşı rəğbətim birə min artır. Sizə tutduğunuz düzgün yolda mətin addımlar, yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirik, Sona xanım. Heç nəyə baxmayaraq həyat devam edir və Sona xanım uğurları bir-birinin ardınca sıralayır. Çox kövrək misraları ilə qəlbləri fəth edən, könüllərdə taxt quran Sona Abbasəliqızı bu günlərdə “Sükut haray çəkir…” adlı yeni kitabını təqdim edib:

43604507_697785307260276_674785404251013120_n

Söhbətin bu yerində Sizi Sona xanımın söz sarayına  səyahət edir və bu ananın, bu xanımın, bu el qızının könül dünyası ilə baş-başa buraxıram. Var olun…

 

 

Daha

Həsrətin sinəmə baş qoyub yatır,
Sükutdan səbrimin qulağı batır.
Ayrılıq qırovu saçlarımdadı,
Qalmayıb nə ahım, amanım daha.

Ruhuma çən kimi çöküb intizar,
Arzumu yumaq tək büküb intizar.
Ömrü ilmə-ilmə söküb intizar,
Qalmayıb getməyə gümanım daha.

Dərdin ürəyimdə ucaldıb saray,
Kövrəlib içimdə sənsiz bir haray.
Fələk qapı döyür anlarımı say,
Bilmir çoxdan bitib zamanım daha.

Ocağım qaralır, közüm ağlayır,
Dağım təpələnir, düzüm ağlayır.
Yıxılıb səbrimdən dözüm ağlayır,
Dərdin qucağıdır ünvanım daha.

 

============================================================================

Heyif

Gəzirəm sinəmin dərd dağlarında,
Ayrılıq yurd salıb yaylaqlarımda.
Adın quruyubdu dodaqlarımda,
Mən səni unuda bilmirəm, heyif.

Acı taleyimdən küsüb gedirəm,
Əlimi bəxtimdən üzüb gedirəm.
Qurumuş çeşmə tək susub gedirəm,
Mən səni unuda bilmirəm, heyif.

Sonayam,yarpaq tək əsir ürəyim,
Bir bağlı boxçadır bu sirr ürəyim.
Düşüb həsrətinə əsir ürəyim,
Mən səni unuda bilmirəm, heyif.

============================================================================

Bivəfa dünya

Bir əlində cəfa, birində səfa,
Heç kim ölümünə tapmayıb şəfa.
Ulu peyğəmbərə qılmayıb vəfa,
Əzəldən yaranıb bivəfa dünya.

Dağlar bu dünyanın alın qırışı,
Dəryalar,dənizlər gözümün yaşı.
Qəlbində bu uca hikməti daşı,
Əzəldən yaranıb bivəfa dünya.

Soruş lalələrin qara xalından,
İbrət al həyatın qeylü-qalından.
Tutma iki əlli haram malından,
Əzəldən yaranıb bivəfa dünya.

Əzəldən dərdləri təzədi,-tərdi:
Min ildi gözlərdən göz yaşı dərdi:
Sona,milyon ili torpağa sərdi:
Əzəldən yaranıb bivəfa dünya.

============================================================================

 

Allah sevgisi
(Minacat)

Sən, ey ucalardan uca Allahım,
Sənsən müşkülləri açan, Allahım!
Sənin dərgahına açlıb əlim,
Adınla bağlıdır hər bir əməlim.

Tək sənin eşqindir könlümün varı,
Bu eşqlə çiçəklər arzu baharı.
Sözün bağçasıdır sinəmdə ürək,
Adınla açılır o çiçək-çiçək.

Müqəddəs,qüdrətli ey ulu Tanrı,
Çırp mənim ömrümdən qaranlıqları.
Ilahi,kimim var səndən savayı?!
Adlnla nurlanır könül sarayı.

Bu ağlar qəlbimin eşit ahını,
Açıq et üzümə öz dərgahını.
Geyindir sözümə sən hikmət donu,
Sənsən düşüncəmin əvvəli,sonu.

Tükənməz qudrətin,min bir adın var,
Sənin hər adına etiqadım var.
Bütün hökmlərin hökmdarısan,
Haqqın,ədalətin vəfadarısan!

Əvvəlim də torpaq,sonum da torpaq,
Sən verən mübarək donumdu torpaq.
Mənim bu ömrümdən ötən hər anın ,
Boynundan asılıb sənin fərmanın.

Can da,can alan da sənin əsirin,
Gizlidir,mubhəmdir həmişə sirrin.
Hökmünü vermisən əbədiyyətin,
Muradı səndədir hər bir niyyətin.

Qəlbimə həyan ol,ey Pərvərdigar,
Sənə tükənməyən məhəbbətim var!
Dərdin çeşməsinə dönsə də gözüm,
Sənin səfqətinlə isinir sözüm!

43632624_697785337260273_2492009122573058048_n

 

YAZARLAR.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma