ƏJDƏR ƏLİZADƏ – ÇATDIRDI MƏNƏ…

42314507_1411820478951087_3080467848837988352_n.jpg

ÇATDIRDI MƏNƏ…

Əsdi bir badi-səba ətrini çatdırdı mənə,
Səni mən çox sevirəm, xətrini çatdırdı mənə.

Yağış altında durub yollara baxdıqda gözün,
Səni islatdı külək, çətrini çatdırdı mənə.

O zərif əllərinin qüvvəsi yetmir küləyə,
Gülüşün san ki, şeir, sətrini çatdırdı mənə.

Yel vurur, süstdü donun, lap yapışıbdır bədənə,
Qamətin bir yaraşıq, qəddini çatdırdı mənə.

Məni çox sevdiyini san ki, bilirmiş rüzgar,
Sevginin ölçüsünü, həddini çatdırdı mənə.

Niyə bəs gəlmədin ey yar, yenə təkdir Əjdər,
Həsrətin həm qəmi, həm dərdini çatdırdı mənə.

19.10.2018

Müəllif:  Əjdər Əlizadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma