Qələndər Xaçınçaylı -Obam qaldı…

24993637_1549296738499459_1987073738013257772_n

 

Obam qaldı
Yurdum bizdən uzaq düşüb,
Biz ellərə çatammırıq.
İçimizə sazaq düşüb,
Gecələri yatammırıq.

Qan ağlayır içim, çölüm,
Ahım qalxıb şahə mənim.
Bağrım yanır göyüm-göyüm,
Haqq kəsilib mənə qənim.

Ədalət də dəbdən düşüb,
Yalan minib köhlən ata.
Qeyrət özü təbdən düşüb,
Kölgələrdə yata-yata…

Ağdam kimi yuvam talan,
Kolanı tək obam qaldı.
Deyilən vəd tamam yalan,
Susub ağzım.. dilim laldı.

Qocalmışam qərib eldə,
Ağ caçlarım dümmağ qardı.
Həsrət çəkən gözlərimdə
Mənim doğma yuvam qaldı…

18.10.2018.

Müəllif:  Qələndər Xaçınçaylı

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma