ƏBÜLFƏZ ÜLVİ – BELƏ YAZARLAR

42314507_1411820478951087_3080467848837988352_n

BELƏ YAZARLAR
Şeir həsr etmisən dedin, mənə sən,
Gül şeir yazmaz ki, gülə yazarlar.
Utancaq zamanı üzünə düşən,
Qırmızı bəzənmiş tülə yazarlar.

Yuxum ərşə qaçıb görəndən səni,
Barı qov sevdanı bürüyən çəni,
Bu qədər yuxusuz qoyarsan məni,
Yatmaram, adıma lələ yazarlar.

Olmaq istərsənsə şeirə sakin,
Söylə, mən də sənə söz qoşum, lakin,
Nə olar telinə qoy tumar çəkim,
Şeiri tumarlı telə yazarlar.

Elə yaz, dil tapsın həriflər, səslər,
Oxusun, məst olsun, şeirə məstlər,
Əgər irad tapsa tənqidçi kəslər,
Desən tənqid yazma, ölə, yazarlar.

Səni də Rəbb yazıb mənə şeir tək,
Yazıb həm ruh verib, həm can, həm ürək,
Canım, yaradanı necə sevməyək?
Bax şeir yazanda, belə yazarlar.
28.10.2018.

Müəllif:  ƏBÜLFƏZ ÜLVİ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma