Elburus Qəmgin – Ellər hara köçüb?

meadnflag-15

 

Ellər hara köçüb?

(İşğalda olan bir kəndi seyr edərkən)

Dayanıb uzaqda,gendə
Göz dikirəm viran kəndə.
Oyanır bir sual məndə
Ellər hara köçüb Allah?

Fərmansız ,heç bir yazısız ,
Çəmən qoyunsuz , quzusuz
Düşmən zoruyla arzusuz,
Ellər hara köçüb Allah?

Başın əyib uca dağlar,
Göy dərələr qalıb ağlar.
Viran olub bağça , bağlar
Ellər hara köçüb Allah?

Quruyub çayların suyu,
Tikan bitib sahil boyu.
Tərk eyləyib düyün , toyu
Ellər hara köşüb Allah?

Bulaqların gözü yaşlı,
Zəmilərin köksü daşlı,
İsti kabab , xəngəl aşl
Ellər hara köçüb Allah?

Binələri uçuq , qara,
Sükut çöküb yaylaqlara.
Sinələri para-para
Ellər hara köçüb Allah?

Böyükdən alıb öyüdlər ,
Hanı at çapan igidlər?
Quruyub salxım söyüdlər
Ellər hara köçüb Allah?

Quşların yox olub səsi,
Hanı Xanın zümzüməsi.
Zərbi -məsəl hər kəlməsi
Ellər hara köçüb Allah?

Neçə arzu darmadağın,
Hisli evlər yığın -yığın.
Bir görəydim qayıymağın
Ellər hara köçüb Allah?

Ağdam . 22. 07. 2001 ci il.

Müəllif:  Elburus Qemgin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma