Bakı şəhəri 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Xəyalə Hüseynlinin uğur hekayəsi:

45182037_2223488384564004_2619144767329533952_n

 

“Müəllim olmaq sinfə daxil olduğun andan yox, bu peşəni qarşıya məqsəd qoyduğun andan başlayır.”

 

Hər birimizin xatirəsində unudulmaz insanlar vardır. Məncə onlardan biri də ibtidai sinif müəllimimizdir. İlk həyat addımlarımızda yanımızda olan, yerişinə, duruşuna, hərəkətlərinə heyran olduğumuz və oxşamaq istədiyimiz o əvəzedilməz insan. Yazdıqlarımdan da göründüyü kimi mənim bu peşəyə olan marağım öz ibtidai sinif müəllimimdən başlayır. Böyüdükcə bu marağım hədəfimə çevrildi. Bakalavr və magistr təhsili aldığım illərdə, xüsusilə də, pedaqoji təcrübədə olarkən uşaqlara elmin sirlərini öyrətdikcə onların gözlərində yaranan işıq, üzlərindəki təbəssüm məni bu peşəyə daha da bağladı. Daha sonra müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və məzun olduğum məktəbdə – H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışdım. Lakin hədəfimə çatmamışdım. Universitet illərində qarşısından keçərkən xəyalını qurduğum məktəbə – 20 nömrəli məktəb-liseyə qəbul olmalı idim. Beləliklə, məqsədimə nail olmaq üçün yenidən müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşmağa başladım. Çünki bilirdim ki, müəllim olmaq sinfə daxil olduğum andan yox, bu peşəni qarşıya məqsəd qoyduğum andan başlayır. Nəhayət, tamamilə şəffaf şəkildə keçirildiyinə əmin olduğum müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və 59 bal topladım. Nəticəni ekranda gördüyüm anda keçirdiyim sevinc hissini sözlərlə ifadə etmək mümkün deyil. Artıq hədəfimə bir addım çatmışdım. Qarşıda məni müsahibə mərhələsi gözləyirdi. Doğrusu, bu mərhələ məni daha çox düşündürürdü. Lakin bütün qayğılarım komissiya üzvlərinin qarşısında əyləşənə kimi oldu. Mənfi düşüncələrim tamamilə yox oldu. Beləliklə, artıq məqsədimə çatdım, xəyalını qurduğum o məktəbdə müəllim işləyəcəkdim. İlk gündən etibarən 20 nömrəli məktəb-liseyin kollektivi məni çox isti münasibətlə qarşıladı. Bu doğma hiss məni qərarımdan bir daha əmin etdi. Sinfimə gəldikdə isə, onlar mənim incilərim, qarşıya qoyduğum yeni hədəflərimin baş qəhrəmanlarıdırlar.
Zaman keçdikcə sadəcə rəqəmlərdən ibarət olan bal mənim üçün “şirin bal”a çevrildi. İmtahanın ilk mərhələsindən etibarən Təhsil Nazirliyi tərəfindən hiss etdiyim diqqət daha da artdı. Bu diqqət məni və ətrafımdakıları yeni uğurlar əldə etməyə daha da sövq edir. Hazırda bu yazını oxumağınız bunun ən bariz nümunələrindəndir.
Əziz müəllim olmaq istəyən namizədlər, müəllimlərin builki işə qəbulu imtahanında iştirak etmiş müəllim kimi sizi əmin edirəm ki, çıxdığınız bu yol tamamilə aydın və şəffafdır. Bu şərəfli yolda hər birinizə uğurlar…

İLKİN MƏNBƏ:

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma