AZƏRBAYCANA SALAMLAR OLSUN – Eldar İsmayıl BÖYÜKTÜRK

45887840_1828315673964201_2894656259259105280_n
AZƏRBAYCANA SALAMLAR OLSUN
(Güney Azərbaycana qədəm qoyakən.)

Müşk-ənbər qoxulu yurduma gəldim,
Bu başdan Muğana salamlar olsun!
Nələr çəkdiyimi duyub bilənə,
Dərdimi qanana salamlar olsun!

Qartallı zirvəsi çənli- dumanlı,
Yamacı, ətəyi otlu- ormanlı…
Yayın ortasında qarlı- boranlı,
Qoca Savalana salamlar olsun!

Bəzz qalasından şeşpər atana.
Babəkin ruhunu əziz tutana…
Səttar xan eşqiylə kama çatana,
O ruha, o qana salamlar olsun!

“Şeyvər”dən boylanıb, baxan səhərə,
Meşkinə, Güvəndə, qədim Əhərə…
Yaylağa bürünmüş kəndə, şəhərə,
Külli gülüstana salamlar olsun.

Tarix öz səhfini düzəltsin gərək,
Ortaya qoyulsun ədaət, gerçək.
Ana Ərdəbildə Şah İsmayıl tək
Cəngavər sultana salamlar olsun!

Gəlib pişvazında durammadığım,
Dağına düzünə varammadığım.
Dönüb əhvalını sorammadığım
Mərəndə, Zəncana salamlar olsun!

Hər türkün qəlbində təpər gözləyən,
Birliyə qoşulub hünər gözləyən…
“Qisas”, “qisas”!- deyib zəfər gözləyən
Qeyrətli aslana salamlar olsun!

Zülmə, zülümkara gürnəş tək doğan,
Şimşək tək oynayan, atəş tək doğan…
Güneydən dünyaya günəş tək doğan
Təbriz tək tərlana salamlar olsun!

Qoru ey türk oğlu, türklüyü qoru.
Birləş polad kimi, qalmasın soru…
Böyük Ankaradan Altaya doğru
Birləşən Turana salamlar olsun.

Eldar, bu həsrəti çırp getsin daşa,
Qardaşdan ayrılma, qardaşla yaşa.
Canı bir, qanı bir doğma qardaşa,
Tüm Azərbaycana salamlar olsun!

22.07. 18.
Müəllif:Eldar Ismayil Böyüktürk

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma