Əsəd Cahangir – Bir özgə fəsildi Şahinə Könül.

Bir özgə fəsildi Şahinə Könül.

(Şahinə Könülün ad gününə)

Sazı ürəyində, sözü dilində
Oxuyur min ildi, Şahinə Könül.
Girib qız cildinə nağıl danışır,
Bir şeyda bülbüldü Şahinə Könül,

Dodağı gülüşdü, könlü nalədi,
Göz yaşı gül üstə düşən jalədi.
Teli bənövşədi, üzü lalədi,
Saçları sünbüldü Şahinə Könül.

Bir də görərsən ki, qaralar səni,
İldırım tək vurar, paralar səni.
Batar ürəyinə, yaralar səni,
Bir tikanlı güldü Şahinə Könül.

Bulaq kənarında bitən yarpızdı,
Göylərdən doğulub, yerdə yalqızdı.
Nə qış, nə yaz, nə yay, nə də payızdı, 
Bir özgə fəsildi Şahinə Könül.

Qarlarda açılan çiçəkdi bu qız,
Bir tanrı sevdalı mələkdi bu qız.
Başdan-ayağacan ürəkdi bu qız,
Eləcə könüldü Şahinə Könül.

Müəllif:Esad Cahangir

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma