BAŞINIZ SAĞ OLSUN, BALAYAR MÜƏLLİM

 

EKLİLTANINMIŞ ŞAİR BALAYAR SADİQƏ AĞIR İTKİ ÜZ VERİB. YAZARLAR CAMİYYƏSİ OLARAQ, ŞAİRƏ ÖMÜR-GÜN YOLDAŞININ VAXTSIZ VƏFATINDAN KƏDƏRLƏNDİYİMİZİ BİLDİRİR, ONUN DOĞMALARINA, YAXINLARINA DƏRİN HÜZNLƏ BAŞ SAĞLIĞI VERİRİK… ALLAH RƏHMƏT ELƏSİN… RUHU ŞAD OLSUN… ALLAH SƏBR VERSİN, BALAYAR MÜƏLLİM…

YAZARLAR.AZ

Advertisements

“Səməd Behrəngi” adına ədəbi mükafatların təqdim etmə mərasimi olub.

23-ü noyabr 2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hər il olduğu kimi “Səməd Behrəngi” adına ədəbi mükafatların təqdim etmə mərasimi olub. Mərasimdə həm müstəqill Azərbaycan, həm də Cənubi Azərbaycandan çox tanınmış şair-araşdırmaçılar iştirak edilər. Mükafatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Tədbirdən fotolar:

46516038_2452775918071027_3527710687520358400_n

46815678_2452775714737714_201119188029276160_n

 

46507329_2452775644737721_8983733881307922432_n

 

YAZARLAR.AZ

 

BU GÜN VAHİD ƏZİZİN DOĞUM GÜNÜDÜR.

vahid əziz

Bu gün hamımızın sevimlisi, nəğməkar şairimiz Vahid Əzizin doğum günüdür.  Uca Yaradandan şairimizə uzun ömür, can sağlığı arzu edirik. Uğurlarınız bol olsun!!!

YAZARLAR.AZ

İLKİN MƏNBƏ:

https://az.wikipedia.org/wiki/Vahid_%C6%8Fziz

Əsəd Cahangir – Bir özgə fəsildi Şahinə Könül.

Bir özgə fəsildi Şahinə Könül.

(Şahinə Könülün ad gününə)

Sazı ürəyində, sözü dilində
Oxuyur min ildi, Şahinə Könül.
Girib qız cildinə nağıl danışır,
Bir şeyda bülbüldü Şahinə Könül,

Dodağı gülüşdü, könlü nalədi,
Göz yaşı gül üstə düşən jalədi.
Teli bənövşədi, üzü lalədi,
Saçları sünbüldü Şahinə Könül.

Bir də görərsən ki, qaralar səni,
İldırım tək vurar, paralar səni.
Batar ürəyinə, yaralar səni,
Bir tikanlı güldü Şahinə Könül.

Bulaq kənarında bitən yarpızdı,
Göylərdən doğulub, yerdə yalqızdı.
Nə qış, nə yaz, nə yay, nə də payızdı, 
Bir özgə fəsildi Şahinə Könül.

Qarlarda açılan çiçəkdi bu qız,
Bir tanrı sevdalı mələkdi bu qız.
Başdan-ayağacan ürəkdi bu qız,
Eləcə könüldü Şahinə Könül.

Müəllif:Esad Cahangir

ZAUR USTAC – NADANLIQ

zaurustac

NADANLIQ

(Urmu axan göz yaşımdı…)

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…
03.11.2018. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac
#sevin_ki_seviləsiz #türk #türklər
#heryeredebiyyat #həryerədəbiyyat

QOŞA GEDƏK O DAĞLARA -Rahim Üçoğlanlı.

 

43293086_548068135615920_6199778037576237056_n — копия

 

QOŞA GEDƏK O DAĞLARA 
(Naxçıvanlı şair dostum Məzahir İsgəndərə)

Şair dostum qonaq eylə,
Qoşa gedək o dağlara..
Ətəyində namaz qılaq,
Dua edək o dağlara..

Yağış olub birgə yağaq,
Dərəsində çay tək axaq..
Zirvəsinə ürək taxaq,
Düşək bitək o dağlara..

Gəlim,ruhu şad eləyək,
Dərdləşək dərdi ələyək..
Şeir səpib,söz çiləyək,
Ətək-ətək o dağlara..

Mən dağımı itirmişəm,
Yerində qəm bitirmişəm..
Düzə pənah gətirmişəm,
Çətin gedəm o dağlara..

Çəkir məni hər qaya,daş,
Dərd içində itir bu baş..
Qonaq elə gəlim qardaş,
Qoşa gedək o Dağlara.!
Ağdam-17.11.2016

Müəllif: Rahim Ucoglanli

Zaur Ustacın “Həftə İçi” qəzetinə müsahibəsindən

zaurustac

 

“…Unutmayaq ki, indi klassik adlandırdığımız bəstəkar, şair və yazıçılar vaxtilə ucqar kəndlərdə müəllim işləyiblər. Hətta dahi yazıçı Lev Tolstoy ömrünün son günlərində Rusiyanın ucqar kəndlərinə – kasıb uşaqlara dərs demək üçün yola çıxıbmış. O, yazdıqlarını cəfəngiyat adlandıraraq, uşaqlara təhsil, savad verməyi daha üstün tutmuşdur. Bax, budur böyüklük. Bu cür insanlar “mənəm” kəlməsini bir dəfə də olsун dillərinə gətirməyiblər. …”

İLKİN MƏNBƏ:

http://hafta.az/index2.php?m=yazi&id=226864&fbclid=IwAR2ZnQ-27yNip0zRzYpDtCLqG7v4LYrIwXcdpyqGHv6VllRgKcUIRAGuJaA

YAZARLAR.AZ

SƏNSİZ -Rahim Üçoğlanlı

Müəllif:

SƏNSİZ

Gözəlim,həsrətin yandırıb yaxıb,
Elə hey baxıram külümə sənsiz.
Yaşamaq ağırdır,yaşamaq çətin,
Düşmüşəm əzaba zülümə,sənsiz.

İçim qan ağlayar çölüm,nə halda,
Ayaq yeri tutmur,baş qalmaqalda.
Büzüşüb qalmışam indi mahalda,
San ki,bahar gəlmir elimə,sənsiz.

Kaş ruhu görəydin,necə,fağırdı,
Köz olan ürəkdi,yanan bağırdı,
Adını çəkməkdən dilim yağırdı,
Özgə bir ad gəlmir,dilimə sənsiz.

Körpə uşaq kimi dodaq büzmüşəm.
Həsrəti inci tək qəlbə düzmüşəm.
Elə incimişəm, elə küsmüşəm,
Heç baxa bilmirəm,soluma,sənsiz.

Rahim Üçoğlanlı Rzayev 
Ağdam

Aİİ – nin “HƏRƏYƏ BİR KİTAB” xeyriyyə tədbiri NOYABRIN sonunadək davam edəcək.

ZAUR USTACDAN DESTEK

Aİİ – nin “HƏRƏYƏ BİR KİTAB” xeyriyyə tədbiri NOYABRIN sonunadək davam edəcək. Məncə hamımızın evində, ofisində kifayət qədər kimlərinsə mütləq oxumalı olduğu, bəlkə də kiminsə həyatını kökündən dəyişəcək BİR KİTAB var… O kitabın oxucusuna çatmasına vəsilə olaq…

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

TƏRANƏ MƏMMƏD KİTABLARININ TƏQDİMATINDAN DANIŞDI

46258803_704207066645414_9186991872856293376_n
TƏRANƏ MƏMMƏD:

NOYABRIN 8 DƏ AZƏRBAYCAN ATATÜRK MƏRKƏZİNDƏ “ETİRAF ПРИЗНАНИЕ” VƏ “TOR” ADLI KİTABLARIMIN TƏQDİMATINDA İŞTİRAK EDƏN BÜTÜN DOSTLARA TƏŞƏKKÜR EDİRƏM.
NƏ YAXŞI Kİ, YAZDIQLARIMI OXUYURSUNUZ VƏ SEVİNCİMİ MƏNİMLƏ BÖLÜRSÜNÜZ!
TƏDBİRİN TƏŞKİLATÇISI VƏ APARICISI, KİTABLARIN REDAKTORU MUSA ƏLƏKBƏRLİYƏ VƏ ATATÜRK MƏRKƏZİNİ İSTİFADƏMİZƏ VERMİŞ AKADEMİK NİZAMİ CƏFƏROVA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
TƏQDİMATDA ÇIXIŞ EDƏN GÖRKƏMLİ ALİMİMİZ SƏNƏTŞÜNASLIQ ELMLƏRİ DOKTORU PROFESSOR KUBRA XANIM ƏLİYEVAYA, MƏNƏ XÜSUSİ DİPLOM TƏQDİM EDƏN ŞAİR ZAUR USTACA, GÖRKƏMLİ YAZIÇIMIZ DRAMATURQ, FƏLSƏFƏ ELMLƏRİ DOKTORU FİRUZ MUSTAFAYA, SEVİMLİ ŞAİRİMİZ MEHMAN GÖYTƏPƏIİYƏ , TEXNİKİ SAVADI OLMAĞINA BAXMAYARAQ GÖZƏL QƏZƏLLƏRİYLƏ ARTIQ QƏZƏLXAN KİMİ TANINAN ƏLİ ƏMİROVA(ƏLƏMİ), HAMIMIZIN QƏLƏMİNƏ VƏ ŞƏXSİYYƏTİNƏ DƏRİN HÖRMƏT BƏSLƏDİYİMİZ İLQAR RASULA VƏ DİGƏR ÇIXIŞ EDƏNLƏRƏ TƏŞƏKKÜR EDİRƏM.
HAQQIMDA DEDİKLƏRİNİZİN HAMISINI BÖYÜK MƏSULİYYƏTLƏ QƏBUL ETDİM.
BİR DAHA HAMINIZ ÇOX SAĞ OLUN! VAR OLUN!

 

TƏDBİRDƏN FOTOLAR:

Musa Ələkbərli  elə şirin-şirin danışır ki, …

46328526_704207103312077_1685404343009804288_n

Hərə Təranə Məmməddən bir xoş söz qoparmağa şalışır… – İmza mərasimindən maraqlı məqamlar…

46369337_704206876645433_565085299491733504_n

Zaur Ustac “ZİYADAR” diplomunu təqdim edərkən…

46399559_1789925731130604_252416344677416960_n

 

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ