ZAUR USTAC – “BAYATILAR – بایاتیلار ” kitabından.

KE

 

Mən aşiq beləsinə,
Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.

===============================================
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟

* * *

مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.

* * *

مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“BAYATILAR – بایاتیلار ” kitabından.

 

Advertisements

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK (Zaur Ustaca) – İLDIRIM ƏKBƏROĞLU

 

ev

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK
(Zaur Ustaca)

Taparam o yeri,gəzib,lap,şamla
Sel olar gözümdən düşən hər damla.
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur,ömür-gün gödək
Ağdama gedəndə yoldaşlı gedək.

“Gələrəm!” dediyim neçə il çəkib,
Hənrimi duyacaq,avaz-dil çəkib.
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini,bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək.

Qaçqında gün ağır,köçkündə qara,
Dönüb ürəkləri kül altda qora.
Tay yerdən havadan yol çəkək ora
Xəyal yollarımız qabar,döyənək
Ağdama gedəndə yoldaşlı gedək

İldırım sülh belə olmaz ərzi gəz,
Yumuruq görməsə yağı baş əyməz!
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əllərdə çiçək
Ağdama gedəndə yoldaşlı gedək.

 

Müəllif: Ildırım Akberoğlu

ZAUR USTAC – DÜŞÜB

 

13754220_573656716127240_6950948114086678956_n

DÜŞÜB
Sayı itib ayın, günün, saatın,
Ürəyimə atəş düşüb, od düşüb…
Haçan gəlim ağ əlini  öpməyə?
Ürəyimə nabat düşüb, qənd düşüb…
* * *
Əl öpənin çox olmasın, tək olum,
Məcnun kimdi, Kərəm kimdi yek olum,
Qoy həmişə nübar olum, ilk olum,
Ürəyimə gilas düşüb, tut düşüb…
* * *
Ustacın qibləsi çöhri-qəməri,
O da istər desin zikri-qəməri,
Niqabın gizlədib fitri-qəməri,
Bir zeh göstər, ürəyimə mət düşüb…

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

SALAM, QARDAŞIM – ADİL CƏFAKEŞ.

 

adil6

 

SALAM, QARDAŞIM

Gəl görüşüb dərdləşək,
Salam, qardaşım salam.
Ehtiyacdan susmuşam, 
Lalam, qardaşım, lalam.

Dərdimə bax, o tərdi,
Əgər əksəm bitərdi.
Özümdən də betərdi,
Balam, qardaşım, balam.

Qaxma, başıma qaxma,
Qəsrim, evim bu daxma.
Çıx get, dadıma baxma,
Kalam, qardaşım, kalam.

İkidən birə çəkir,
Cızığa, zirə çəkir.
Qəm məndən şirə çəkir,
Balam, qardaşım, balam.

Yurdu, yuvası itən,
Ürəyini ah didən.
Mən sınıb əyri bitən,
Qolam, qardaşım, qolam.

 

Müəllif: Adil Cefakes

ÇƏTİNDİR – İLDIRIM ƏKBƏROĞLU

İLƏK

 

ÇƏTİNDİR

Hərə düşüb bir çığıra yol gedir,
Özgə yolda gözün varsa çətindir.
Qismət yerdə,qismət yazan göydədir,
İstədiyin dövlət-varsa çətindir.

Kaman yoxsa silah deyil,çöpdü ox,
Təpər varsa qorunmağa daş da çox.
Şaxta vursa gülü kolda,eybi yox,
Gül bitirən kolu vursa çətindir.

Dünya malı dəyməz adi bir daşa,
Qardaş onu qıymasa da qardaşa.
Xoş etdinsə bir könülü min yaşa,
Qananına könül qırsa çətindir.

Ay İldırım,öz ağılın,öz əlin,
İş gör, işin, şanı olsun hər ilin.
Köçüb getdin bu dünyadan,əməlin,
Ürəklərdə yaşamasa çətindir.

Müəllif:  Ildırım Akberoğlu

TALELƏRİN RƏNGİNİ ÇƏK – Həqiqət Həqiqi.

 

20622060_1952754228343398_4916404573323735877_n

TALELƏRİN RƏNGİNİ ÇƏK

Nə gəzirsən səmalarda,
Uzaq düşür xəyallar da.
Yağış ilə süzülərək,
Buludlar da bu yollarda.

Bir yerə bax,bir göyə bax,
Şimşək kimi göylərdə çax.
Əlvan rənglər dola qəlbə,
Qaranı tək gecəyə tax.

Çək rəngini talelərin,
Bəxtin o qara yerlərin,
Sən ağ eylə,tək bir dəfə,
Ürəkləri sən et sərin.

Fırçanı al rənglə boya,
Talelər çək doya-doya.
Elə bəzə,naxışlara,
Qara vurma,qəlbi oya!

09.06.2018

Müəllif: Həqiqət Həqiqi

XƏYALIMDA -Həqiqət Həqiqi

yaz

XƏYALIMDA

Qarabağın bu vaxtları gözəldi
Hər guşəsi indi cənnət qoxuyur.
Mən xəyalən gedib gəzib gəlirəm
Bülbülləri yuva qurub toxuyur.

Ürəyimdə hiss edərək bu yerin,
Səsli-küylü hay-harayın,üzüldüm.
O dağ-dərə,orman yolu yad izə,
Alışdıqca,özlüyümdə büzüldüm.

Bəlkə torpaq alışmayib yad dilə,
Bəlkə o da bizi duyub,qınayır.
Bəlkə o da dolanmayır yad ilə,
Düşündükcə bağrım başı qanayır.

02.06.2018

Müəllif: Həqiqət Həqiqi

BU GECƏ YUXUMA GİRMİŞDİ KƏNDİM – ADİL CƏFAKEŞ.

kendim

BU GECƏ YUXUMA GİRMİŞDİ KƏNDİM

Gördüm yerindədi evim, eşiyim,
Atam düzəltdiyi taxta beşiyim.
Atılıb düşürdü məstan pişiyim,
Bu gecə yuxuma girmişdi kəndim.

Atımın ipinə, mıxına kimi,
Kola çəpişimin qığına kimi,
Bağçasına kimi, bağına kimi,
Bu gecə yuxuma girmişdi kəndim.

Arı həminkiydi, beçə həminki,
Palaz həminkiydi, keçə həminki.
Döngə həminkiydi, küçə həminki,
Bu gecə yuxuma girmişdi kəndim.

Bizim evimizin yolağınacan,
Bozdar itimizin yalağınacan,
Ala danamızın zolağınacan,
Bu gecə yuxuma girmişdi kəndim.

Nənəmin asılmış nehrəsinəcən,
Lap yun darağından, cəhrəsinəcən,
Babamın ovxarlı dəhrəsinəcən,
Bu gecə yuxuma girmişdi kəndim.

Sürüsündən tutmuş, naxıra kimi,
Qonşu bizə gələn cığıra kimi,
Buzov bağladığım axıra kimi,
Bu gecə yuxuma girmişdi kəndim

Enişindən tutmuş yoxuşunacan,
Qaratoyuqların oxuşunacan,
Kəndin girişindən, çıxışınacan,
By gecə yuxuma girmişdi kəndim.

Atamın biçənək qoruğunacan,
Zirincindən tutmuş moruğunacan,
Bahadur kişinin çarığınacan,
Bu gecə yuxuma girmişdi kəndim.

Adiləm, mindiyim yəhərə kimi,
Lap boz eşşəyimdən, kəhərə kimi,
Keçmişi yaşadım səhərə kimi,
Bu gecə yuxuma girmişdi kəndim.
Bu gecə yuxuma girmişdi kəndim.

Müəllif: Adil Cefakes

SADİQ QARAYEV NAMİZƏD OLDU.

32350142_121024032101235_488715987785351168_n

MƏŞHUR ALİM, TANINMIŞ YAZIÇI, QARAYEV SADİQ QURBAN OĞLU  İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə namizəd oldu: 

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Namizədlər içində MƏŞHUR ALİM, TANINMIŞ YAZIÇI, QARAYEV SADİQ QURBAN OĞLU var. Gənc alimə bu yolda uğurlar arzu edir və məhz onun namizədliyinin təsdiq olunacağına inanırıq. Namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti, baş direktorun müavini

YAZARLAR.AZ

İLKİN MƏNBƏ:  https://oxu.az/society/259240