Aİİ – nin “HƏRƏYƏ BİR KİTAB” xeyriyyə tədbiri NOYABRIN sonunadək davam edəcək.

ZAUR USTACDAN DESTEK

Aİİ – nin “HƏRƏYƏ BİR KİTAB” xeyriyyə tədbiri NOYABRIN sonunadək davam edəcək. Məncə hamımızın evində, ofisində kifayət qədər kimlərinsə mütləq oxumalı olduğu, bəlkə də kiminsə həyatını kökündən dəyişəcək BİR KİTAB var… O kitabın oxucusuna çatmasına vəsilə olaq…

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Advertisements

TƏRANƏ MƏMMƏD KİTABLARININ TƏQDİMATINDAN DANIŞDI

46258803_704207066645414_9186991872856293376_n
TƏRANƏ MƏMMƏD:

NOYABRIN 8 DƏ AZƏRBAYCAN ATATÜRK MƏRKƏZİNDƏ “ETİRAF ПРИЗНАНИЕ” VƏ “TOR” ADLI KİTABLARIMIN TƏQDİMATINDA İŞTİRAK EDƏN BÜTÜN DOSTLARA TƏŞƏKKÜR EDİRƏM.
NƏ YAXŞI Kİ, YAZDIQLARIMI OXUYURSUNUZ VƏ SEVİNCİMİ MƏNİMLƏ BÖLÜRSÜNÜZ!
TƏDBİRİN TƏŞKİLATÇISI VƏ APARICISI, KİTABLARIN REDAKTORU MUSA ƏLƏKBƏRLİYƏ VƏ ATATÜRK MƏRKƏZİNİ İSTİFADƏMİZƏ VERMİŞ AKADEMİK NİZAMİ CƏFƏROVA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
TƏQDİMATDA ÇIXIŞ EDƏN GÖRKƏMLİ ALİMİMİZ SƏNƏTŞÜNASLIQ ELMLƏRİ DOKTORU PROFESSOR KUBRA XANIM ƏLİYEVAYA, MƏNƏ XÜSUSİ DİPLOM TƏQDİM EDƏN ŞAİR ZAUR USTACA, GÖRKƏMLİ YAZIÇIMIZ DRAMATURQ, FƏLSƏFƏ ELMLƏRİ DOKTORU FİRUZ MUSTAFAYA, SEVİMLİ ŞAİRİMİZ MEHMAN GÖYTƏPƏIİYƏ , TEXNİKİ SAVADI OLMAĞINA BAXMAYARAQ GÖZƏL QƏZƏLLƏRİYLƏ ARTIQ QƏZƏLXAN KİMİ TANINAN ƏLİ ƏMİROVA(ƏLƏMİ), HAMIMIZIN QƏLƏMİNƏ VƏ ŞƏXSİYYƏTİNƏ DƏRİN HÖRMƏT BƏSLƏDİYİMİZ İLQAR RASULA VƏ DİGƏR ÇIXIŞ EDƏNLƏRƏ TƏŞƏKKÜR EDİRƏM.
HAQQIMDA DEDİKLƏRİNİZİN HAMISINI BÖYÜK MƏSULİYYƏTLƏ QƏBUL ETDİM.
BİR DAHA HAMINIZ ÇOX SAĞ OLUN! VAR OLUN!

 

TƏDBİRDƏN FOTOLAR:

Musa Ələkbərli  elə şirin-şirin danışır ki, …

46328526_704207103312077_1685404343009804288_n

Hərə Təranə Məmməddən bir xoş söz qoparmağa şalışır… – İmza mərasimindən maraqlı məqamlar…

46369337_704206876645433_565085299491733504_n

Zaur Ustac “ZİYADAR” diplomunu təqdim edərkən…

46399559_1789925731130604_252416344677416960_n

 

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri 9 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri 9 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

yazarlar
Səfər iştirakçılarını Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, 25 ildir Cocuq Mərcanlıda yaşayan, kənd sakini Oktay Həziyev və digərləri qarşılayıb.
Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi” ni ziyarət edib, abidənin önünə əklil qoyub.
İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş məktəblə tanış olublar. Heyəti məktəb şagirdləri və müəllimlər qarşılayıb. Məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib. Sonra şagirdlər şer oxuyublar.
Daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyəti müavini Tapdıq Nəsirov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb.
İnstitutun rektoru Ceyhun Məmmədov 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. C.Məmmədov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət Bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabada dağıtdığı dini abidələri ürəklərində yaşadırlar.
Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu , öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, bu gün biz bu bayrağın ətrafında birləşmişik və millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir.
Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verərək təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. C.Məmmədov bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək olduğunu qeyd edən C.Məmmədov gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini bildirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, 9 noyabr – Dövlət Bayrağı Günü ilə haqqında söhbət açıblar.
Səfər zamanı İnstitut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşaedilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb.
Məscidi ziyarətdən sonra, İnstitut heyəti ərazini gəzib, cənab Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq, burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub; kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqqiyyətlər arzulayıblar.

İLKİN MƏNBƏ:

http://turkustan.info/2018/11/09/az%C9%99rbaycan-ilahiyyat-institutu-dovl%C9%99t-bayragi-gunu-munasib%C9%99til%C9%99-cocuq-m%C9%99rcanliya-s%C9%99f%C9%99r-edib/?fbclid=IwAR0uNEt3nghmH2jRMG5Ac_rfa10fo2JewU-iJjcJMqTWJrVbqL5chZ3mloo

 

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Xəyalə Hüseynlinin uğur hekayəsi:

45182037_2223488384564004_2619144767329533952_n

 

“Müəllim olmaq sinfə daxil olduğun andan yox, bu peşəni qarşıya məqsəd qoyduğun andan başlayır.”

 

Hər birimizin xatirəsində unudulmaz insanlar vardır. Məncə onlardan biri də ibtidai sinif müəllimimizdir. İlk həyat addımlarımızda yanımızda olan, yerişinə, duruşuna, hərəkətlərinə heyran olduğumuz və oxşamaq istədiyimiz o əvəzedilməz insan. Yazdıqlarımdan da göründüyü kimi mənim bu peşəyə olan marağım öz ibtidai sinif müəllimimdən başlayır. Böyüdükcə bu marağım hədəfimə çevrildi. Bakalavr və magistr təhsili aldığım illərdə, xüsusilə də, pedaqoji təcrübədə olarkən uşaqlara elmin sirlərini öyrətdikcə onların gözlərində yaranan işıq, üzlərindəki təbəssüm məni bu peşəyə daha da bağladı. Daha sonra müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və məzun olduğum məktəbdə – H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışdım. Lakin hədəfimə çatmamışdım. Universitet illərində qarşısından keçərkən xəyalını qurduğum məktəbə – 20 nömrəli məktəb-liseyə qəbul olmalı idim. Beləliklə, məqsədimə nail olmaq üçün yenidən müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşmağa başladım. Çünki bilirdim ki, müəllim olmaq sinfə daxil olduğum andan yox, bu peşəni qarşıya məqsəd qoyduğum andan başlayır. Nəhayət, tamamilə şəffaf şəkildə keçirildiyinə əmin olduğum müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və 59 bal topladım. Nəticəni ekranda gördüyüm anda keçirdiyim sevinc hissini sözlərlə ifadə etmək mümkün deyil. Artıq hədəfimə bir addım çatmışdım. Qarşıda məni müsahibə mərhələsi gözləyirdi. Doğrusu, bu mərhələ məni daha çox düşündürürdü. Lakin bütün qayğılarım komissiya üzvlərinin qarşısında əyləşənə kimi oldu. Mənfi düşüncələrim tamamilə yox oldu. Beləliklə, artıq məqsədimə çatdım, xəyalını qurduğum o məktəbdə müəllim işləyəcəkdim. İlk gündən etibarən 20 nömrəli məktəb-liseyin kollektivi məni çox isti münasibətlə qarşıladı. Bu doğma hiss məni qərarımdan bir daha əmin etdi. Sinfimə gəldikdə isə, onlar mənim incilərim, qarşıya qoyduğum yeni hədəflərimin baş qəhrəmanlarıdırlar.
Zaman keçdikcə sadəcə rəqəmlərdən ibarət olan bal mənim üçün “şirin bal”a çevrildi. İmtahanın ilk mərhələsindən etibarən Təhsil Nazirliyi tərəfindən hiss etdiyim diqqət daha da artdı. Bu diqqət məni və ətrafımdakıları yeni uğurlar əldə etməyə daha da sövq edir. Hazırda bu yazını oxumağınız bunun ən bariz nümunələrindəndir.
Əziz müəllim olmaq istəyən namizədlər, müəllimlərin builki işə qəbulu imtahanında iştirak etmiş müəllim kimi sizi əmin edirəm ki, çıxdığınız bu yol tamamilə aydın və şəffafdır. Bu şərəfli yolda hər birinizə uğurlar…

İLKİN MƏNBƏ:

 

REKTORDAN ON QİYMƏTLİ TÖVSİYƏ

cm

Yeni yaradılaraq, 2018-19 cu tədris ilindən dövriyəyə qoşulmuş  Azərbaycan İlahiyyat İnstitutunun rektoru,  İlahiyyat üzrə  fəlsəfə doktoru   Ceyhun Məmmədov yeni-yeni yaranmaqda olan təhsil ocağındakı işlərinin çoxluğuna, iş qrafikinin sıxlığına rəğmən, gəncliyin inkişafına xidmət edəcək bütün işlərdə xüsusi fəallığı ilə seçilir. Rəhbərlik etdiyi təhsil müəssisəsində müntəzəm olaraq ümumi inkişafa xidmət edən, maarifləndirici  sosial, ictimai tədbirlərin keçrilməsini təşkil və təmin edən Ceyhun Müəllim bu dəfə olduqca qiymətli tövsiyələrini gənclərə ünvanlayıb:

“Gənclərlə tez-tez ünsiyyətdə oluram, fikir mübadiləsi aparıram. Gələcəyimizin əmin əllərdə olduğuna əminəm. Bununla yanaşı tövsiyələrimi bölüşürəm:

1. Zamanınızın qədir-qiymətini bilin. Tələbəlik dövrü bitdikdən sonra oxumağa, öyrənməyə vaxtınız daha az olacaq.

2. Müəllimlərinizin dəyərini bilin, bəhrələnin, hər zaman yanınızda olmayacqlar.

3. Şəxsi keyfiyyətləriniz üzərində işləyin, mənfi cəhətlərinizlə vidalaşın.

4. Səbirli olun. Uğurlu yolun ən vacib elementlərindən biri səbirdir.

6. Sizə yaradılan imkanlardan daha çox bəhrələnin.

7. Analitik və tənqidi düşüncənizi gücləndirin. Polemika aparmaq mədəniyyətinə yiyələnin.

8. Tez ruhdan düşməyin.

9. Hər bir məsələdə ifratdan uzaq olun.

10. Günahı həmişə başqalarında axtarmayın. Öz əməllərinizi də təftiş edin.”

YAZARLAR.AZ

Mayıl Dostu – ADAM VAR Kİ…

12715534_125429874511204_3639035300141250702_n

ADAM VAR Kİ…

Adam var, dərisi qəpiyə dəyməz,
Varlığı bilinmir, ölmüş biridir.
Adam var ölsə də, dəyəri itməz,
Əməli yaşayar, demək, diridir!

Adam var məlhəmdi bir kəlmə sözü,
Amalı ədalət, haqqı arayar.
Adam var, dünyadan doymayır gözü,
Əyalına, tək özünə yarayar.

Adam var,gedəndə bir eldən gedir,
Hər kəsi yandırır, yeri görünür.
Adam var, bilmir ki, ləyaqət nədir,
Şux yerimir, ilan kimi sürünür.

Adam var ki, tərəzidir vicdanı,
Çəkməsə, görməsə qərarın verməz.
Saf – çürük eləyər yaxşı, yamanı,
Haqlını qoruyar, nahaqqa girməz.

Adam var, bir qırıq insanlığı yox,
Yetimi daşlayar, yazığı əzər.
Vicdana söykənən bir varlığı yox,
Ortada bəslənib, qıraqda gəzər.

Adamlıq uzaqdı tordan, qarmaqdan,
“Adamlıq boş şeydir”– gədələr deyib.
“Adam olmaq çətin, alim olmaqdan–”
Bunu mən demirəm, dədələr deyib.

Müəllif:  Mayil Dostu

 

Aİİ -dən MARAQLI TƏDBİR – ÖRNƏK ALAQ

 

45145532_344458532781409_8446502067501006848_n

Azərbaycan İlahiyyat İnstitutu dini fəaliyyət sahəsində peşəkar mütəxəssis və elmi kadrların hazırlanması ilə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin artırılması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.
Bu məqsədlə, İnstitutda noyabr ayının 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib. Aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) ehtiyacı olanlara çatdırılmasıdır. Aksiya iştirakçılarının kitabları İnstitutun kitabxanasında xüsusi ayrılmış guşəyə təqdim etmələri xahiş olunur.
Noyabr ayının 30-a kimi davam edəcək aksiyada toplanan ədəbiyyat uşaq və qocalar evlərinə hədiyyə olunacaq.
Hamınızı aksiyada fəal iştiraka dəvət edirik!

İLKİN MƏNBƏ:

https://www.facebook.com/ilahiyyatinstitutu/photos/gm.250150035653886/344458526114743/?type=3&theater

 

Daş yazılı salnamədir Əlincədağ… – Tofiq Qəbul

 

43293086_548068135615920_6199778037576237056_n — копия

 

QALALARIN ƏN ƏZƏLİ ƏLİNCƏDAĞ.

Dağlar igid oğullar tək halay tutub,
Dövrələyib Əlincəni, Haçadağı.
Şimşəklər də bu dağlarda ocaq çatıb,
Bu atəşdən pərən düşüb min-min yağı.

Daş yazılı salnamədir Əlincədağ,
Heç susmayan bir nəğmədir Əlincədağ.

Sanki nəhəng piyalədir şərab dolu,
Bu millətin sağlığına qalxıbdır o.
Hər qayası, hər bir daşı vuran qolu.
Neçə-neçə fatehləri yaxıbdır o.

Boy-buxundur, bir qamətdir Əlincədağ,
Dözüm, səbr, dəyanətdir Əlincədağ.

Zirvələrdə qala qurub Vətən oğlu,
Hətta Teymurləngi belə susdurub o.
Köləliyi əzib, qırıb Vətən oğlu.
Düşmən üstə nərəsini əsdirib o.

Təbiətin bəxşişidir Əlincədağ,
Naxçıvanın naxışıdır Əlincədağ.

Əlincəçay aram-aram axır yenə,
Nəiminin məzarı bir ziyarətgah.
Şəhidlərin nur ələnir çöhrəsinə,
Yoxdur daha qəvi düşmən, xəyanətkar.

Əshabi-kəhf dualıdır Əlincədağ,
Müstəqillik şüarıdır Əlincədağ.

Bu gün yurdun övladları qol qaldırıb,
Əlincədağ qalasını qurub yenə.
Bu dağ qala sinəsində yol saldırıb,
Yenə gəlib dünyamızın səhnəsinə.

Tariximin şah əsəri Əlincədağ,
Qalaların ən əzəli Əlincədağ.

Alqış Nuhun torpağına, min-min alqış !
Qan yaddaşım təzələnir, pöhrələnir.
Quruculuq, səlqə-sahman min bir naxış
Naxçıvanda günəş olub şölələnir.

Babaların yadigarı Əlincədağ,
Naxçıvanın şah vüqarı Əlincədağ.

20.06.2016.

 

 

 

EHRAM.

Bu da Yeni il.
Döyür pəncərəmi
soyuq küləyi,
ağ qarıyla.
Bu da Yeni il.
İsidir ümidlərimi
ağ şəfəqli sabahlarıyla.
Baxıram pəncərədən.
Şəhərim ağ-ağ çiçəklər açıb.
Boylanıram uzaqlara,
bəs gözəlim Haçadağım
haraya köçüb?
Bu an görürəm
ağ düzənlikdə
dünyaya boy göstərən
nəhəng ağ ehramı.
Haçadağım
qışın oğlan çağında da
heyran qoyur adamı.
Haçadağım-milyon illik sirdaşım,
Haçadağım-əyilməyən başım.
Haçadağım-ürəyim, qanım, canım.
Haçadağım-bütövlük və əbədiyyət
ünvanım-Azərbaycanım !

25.12.2007.

 

AĞRI DAĞI.

 

Ağrı dağı xəbər verir
dünyanın yaranışından,
Xəbər verir
bəşər tarixinin yaşından.
Saçları bəmbəyaz,
Zümzüməsi xan Araz.
Baxır təbəssümlə Gəmiqayaya,
Axı Nuhun gəmisi
bir vaxt söykənmişdi oraya.
Ağrı dağı qoruyur ağırlığını,
Kimsəyə bildirmir
kədərini, ağrıdığını.
Ona-”Araratsan”-deyənlərə,
süfrəsinin artığını yeyənlərə
ikrahla baxır,
Tanrı dağlarının əllərini
məhəbbətlə sıxır.
Heyrət doğurur
əzəməti, ucalığı.
O, türk ellərinin türk dağı.
Ey türk oğlu !
Qalx Ağrı dağına,
Boylan türkün dünyasına.
Səsini qat
türk-oğuz ellərinin
əbədi qardaşlıq simfoniyasına !

15.03.2011.

 

TABLO.

Külək qara bulud gətirən zaman
İnci sular ilə dolur təbiət.
Ağaclar yuyunur tozdan, torpaqdan.
Özünü sahmana salır təbiət.

Yağış damlaları nəğməyə dönür,
Çaylar da nəğməyə nəğmə qatırlar.
Quşlar heyran-heyran baxır yuvadan,
Güllər başdan-başa şehə batırlar

İldırım təbildən vəcdə gələrək
Dağlar yallı tutur dağ vüqarıyla.
Bu gün dəstəbaşı Qapıçıq dağı,
Başında çalması dümağ qarıyla.

Günəş hərdən-hərdən boylanır yerə,
Buludlar al-əlvan rəngə boyanır.
Göy yerə bənd edir göy qurşağını,
Fırlanan Kürəmiz sanki dayanır.

Heyranam bu anın gözəlliyinə,
Bu nəhəng tablodan şair güc alar.
Bu anı köçürdüm şeirimə ki,
Bəlkə, bu ehtişam yadigar qala.

17.10.2006

Müəllif: TOFİQ QƏBUL.

D U R N A L A R – Əbülfət HEYDAR

44410762_2147820772202800_6271987110815727616_n

D U R N A L A R

Altaylardan Mingöllərə köç edən,
Xoş gəldiniz bu diyara durnalar.
İtirmişəm Göyçə adlı yarımı, 
Arzuhalım yetir yara durnalar.
xxxxxxxxx
Aman Allah zər dəstinlə yaz məni,
Öz elimə öz yurduma yaz məni,
Valeh edir bayram günü yaz məni,
Düşmüşəm borana-qara durnalar.
xxxxxxxxx
İncə könlüm qəriblərə tay olub,
Buluda bükülmüş sanki ay olub,
Ömrüm, günüm dalanlarda zay olub,
Axı mən hara, sevinc hara durnalar?!
xxxxxxxxx
Hicran şahı qeyd elədi yaşımı,
Fələk atdı uzaqlara daşımı,
Qürbət eldə qəm ağartı başımı,
Mənəm, mənəm bəxti qara durnalar.
xxxxxxxx
Sinəm əttar dükanıdı ay ağa,
Əbülfətəm salma bizi ayağa,
Bükün məni bir ulduzlu-ay ağa.
Cəmi cismim olub yara durnalar.

20.10.2018

Müəllif:  Abulfat Heydar

Elburus Qəmgin – Ellər hara köçüb?

meadnflag-15

 

Ellər hara köçüb?

(İşğalda olan bir kəndi seyr edərkən)

Dayanıb uzaqda,gendə
Göz dikirəm viran kəndə.
Oyanır bir sual məndə
Ellər hara köçüb Allah?

Fərmansız ,heç bir yazısız ,
Çəmən qoyunsuz , quzusuz
Düşmən zoruyla arzusuz,
Ellər hara köçüb Allah?

Başın əyib uca dağlar,
Göy dərələr qalıb ağlar.
Viran olub bağça , bağlar
Ellər hara köçüb Allah?

Quruyub çayların suyu,
Tikan bitib sahil boyu.
Tərk eyləyib düyün , toyu
Ellər hara köşüb Allah?

Bulaqların gözü yaşlı,
Zəmilərin köksü daşlı,
İsti kabab , xəngəl aşl
Ellər hara köçüb Allah?

Binələri uçuq , qara,
Sükut çöküb yaylaqlara.
Sinələri para-para
Ellər hara köçüb Allah?

Böyükdən alıb öyüdlər ,
Hanı at çapan igidlər?
Quruyub salxım söyüdlər
Ellər hara köçüb Allah?

Quşların yox olub səsi,
Hanı Xanın zümzüməsi.
Zərbi -məsəl hər kəlməsi
Ellər hara köçüb Allah?

Neçə arzu darmadağın,
Hisli evlər yığın -yığın.
Bir görəydim qayıymağın
Ellər hara köçüb Allah?

Ağdam . 22. 07. 2001 ci il.

Müəllif:  Elburus Qemgin