BAYRAMINIZ MÜBARƏK!!!

ramadan

BAYRAMINIZ MÜBARƏK!!!

YAZARLAR.AZ

Advertisements

GƏRƏK – ZAUR USTAC.

gerek

GƏRƏK
Gədadan bəy olmaz, geysə zər-xara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əvcəddə nəsə,
Məharət hesabın təkində gərək…

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

AZƏRBAYCAN – TUNC AY.

ev

AZƏRBAYCAN

Müəllif: Tuncay MUSTAFAYEV

BİZ MÜSTƏQİL DÖVLƏTİK

BİZİM  BAYRAĞIMIZ   VAR

BABALARDAN  ƏMANƏT

QALAN  TORPAĞIMIZ  VAR.

BORCLUYUQ QORUMAĞA,

QULUĞUNDA  DURMAĞA,

ƏKMƏYƏ, SUVARMAĞA,

DƏDƏ  TÖVSİYƏMİZ VAR.

TUNCAYAM, ELİM AĞDAM,

İNANA BİLMİR ADAM,

VƏTƏN EDİLİB EDAM,

DÖRD YANDA TİKƏMİZ VAR…

14.04.2018. (İLK ŞEİR) BAKI Ş.

Mənbə: Tuncay Sensey

 

 

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

 

YAZARLAR.AZ

ZAUR USTAC HAQQINDA İKİNCİ KİTAB

QTFS

Redaktor və rəssam: Şəhin Senayi Fərd.

رئداکتـــور و رســـام :  شهین ثنایی فرد

 

Hacıxanım AİDA

“OTUZ ŞEİR, OTUZ FİKİR(Zaur Ustac və şeirləri haqqında)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-004-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının   30   illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-04-ZU) – Şairin   tərtibçilər  tərəfindən  əsasən “OTUZ  İLDİR, ƏLDƏ QƏLƏM” adlı  kitabından təsadüfi  qaydada  simvolik  olaraq  seçilmiş  otuz  şeiri  və tanınmış  ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların,  həkimlərin, daimi  oxucuların  fikirləri  yer almışdır.

KİTAB PDF FORMATDA BURADA:  HXA-OTUZFİKİR

 

Hacıxanım AİDA

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR???

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR??? – BU SUALA 25 ILDIR CAVAB TAPA BİLMİRƏM. ÇOXLARINA BU MƏTLƏB BOĞAZDAN YUXARI VƏ YA HƏTTA PAFOSLU KİMİ DƏ GÖRÜNƏ BİLƏR. ANCAQ, AND OLSUN UCA YARADANA Kİ, BU BELƏ DEYİL… SADƏCƏ BU SUALA CAVAB VERMƏK ÜÇÜN 25 İL BƏS ELƏMƏDİ… HƏLƏLİK SİZƏ BİR İP UCU VERƏ BİLƏRƏM. MƏNİMİ EVİMİ, BAĞ-BAĞATIMI YÜZ İLLƏRDƏN BƏRİ ATA-BABALARIN QURUB – YARADIB BİZƏ ƏMANƏT  ETDİKLƏRİ HANSISA AXMAĞIN (İFADƏMƏ GÖRƏ ÜZR İSTƏYİRƏM BUNUN BAŞQA ADI YOXDUR HADİSƏLƏRİN BİRBAŞA İŞTİRAKÇISI VƏ ZƏRƏRÇƏKƏNİ KİMİ BUNU TAM MƏSULİYYƏTİ İLƏ VURĞULAYARAQ QEYD EDİRƏM) SƏBATSIZLIĞI UCBATINDAN 2 SAATIN İÇİNDƏ YANIB KÜL OLDUĞU ZAMAN MƏN ƏLİ SİLAHLI (TAM TƏHCİZAT)

13254464_839432916189849_425391914529022743_n

GƏNCƏ – BAKI ARASI GORANIN ÇÖLLƏRİNDƏ (İYUNUN 3 -DƏN, 13 -DƏK 1993-CÜ İL) SƏRGƏRDAN GƏZİRDİM… VƏ HƏMİN GÜNLƏRDƏ NƏYƏSƏ GÖRƏ MƏNİM YURD-YUVAM XARABAZARA ÇEVRİLİRDİ – İNDİKİ VƏZİYYƏT VİDEODA:

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR???

Müəllif: Zaur Ustac

توحید – زائور اوستاج

 

20622015_1809233162721390_1413670792984101892_n

 

توحید

 

اوجا یارالدانین تک اولدوغونا؛

نه باده قه ل بینده شوبهه اویانا

چون اگر اولسایدی خیلاف قئیریسی؛

بونو آنلایاردی موطله ق بیریسی.

گونه شین ساعتی آیین ساعتی؛

چوخ دقیق دؤنده ریر؛توم کایناتی.

ائله قورولوب کی؛نیظام محوری

گئجه ی له ؛ گوندوزون سهو دوشمه ز یئری.

ذرره ده ن ان بؤیوک اولدوزا قه ده ر؛

بیر؛؛اول؛؛-آ باغلیسا؛اوندا نه که ده ر…

حمد اولسون آللاها تانیریق اونو؛

هر کلمه باشیندا آنیریق اونو.

تک دیر احتیاج سیز؛بیز اونا ؛ باغلی؛

بونجا درک ائیله یه ر اینسانین عاغلی

 

Müəllif: Zaur Ustac

 

 

 

TƏZAD – ZAUR USTAC

KD

 

TƏZAD

Dünyanın işində nizama bax ki,
Bir anın ötməsi yaşadır bizi,
Bir an ötür, Günəş doğur,
O, batmağa tələsir…

Bir an ötür,
Mən səndən bir an da uzaqlaşıram,
Eyni zamanda yaxınlaşırıq…
Ən adi misalı seyr elə, Dilbər!
Ağac kökləriylə sorub torpaqdan,
Kiçik bir zərrəni çəkir budağa,
O zərrə torpaqdan uzaqlaşırmı?
Uzaqlaşırsa da, həm yaxınlaşır…
Budaqdan yarpağa keçən zərəcik,
Yarpaqla torpağa enəcək, Gülüm…
Əslində yaşayış bax elə, budur,
Əzəldən cızılmış çevrə cızırıq…
Həyat bu dövrədən ibarətdi, bil…
Nə sən məndən inci,
Nə mən kövrəlim,
Həyat davam edir, biz hərəkətdə…
Anlar ötdükcə yaranan günlər,
Bizi həm ayırır,
Həm qovuşdurur.
Demə, ötən günlər ayırır bizi,
Bu mümkün deyil, ola da bilməz!
Dünyanın nizamı elədir, Gülüm;
Cızılmış çevrədə fırlanırıq biz,
Bir vaxt gördüyümüz nöqtəni inan,
Fırlanıb haçansa görəciyik biz…
Biz ötüb keçəndə arxada qalan,
Bir zaman qarşıda dayanacaqdır,
İndi öz rəngini itirən anlar,
Bir vaxt öz rənginə boyanacaqdır…

Bakı – 1996.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ” kitabından.

HÜRRİYYƏT – ZAUR USTAC

hurriyyet

 

HÜRRİYYƏT

==poemadan bir parça==

Min şükür hürriyyət ocağımız var,
Kölgəlik bir fidan ağacımız var…
Ey uca Yaradan Sən qoru bizi,
Daim, qaim eylə hürr elimizi.
Binə çadırları daş otaq eylə,
Özün bu ulusu min budaq eylə…
Nə qədər xalqlar var yox bir mətəsi,
Çoxunun dili yox kəlmə ötəsi…
Bizim söykənəcək dayağımız var,
Hələ yol alacaq oylağımız var…

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimatı oldu.

 

as46425030.jpg

 Bu gün Azərbaycan Milli Kitabxanasının nəzdindəki  “Açıq kitabxana”da gənc şair İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimatı oldu.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Açıq kitabxana” bölməsində baş tutan təqdimat mərasimini giriş sözü ilə kitabxananın direktor müavini Ədibə İsmayılova açıb.
Tanınmış yazıçı Kənan Hacının  moderatorluğu ilə keçən tədbirdə
AYB-nin gənclər üzrə katibi Rəşad Məcid,  Xalq artisti Eldost Bayram,
Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı,  “Ulduz” jurnalının nümayəndəsi Fərqanə Mehtiyeva,  yazarlardan  İlqar Türkoğlu,  Musa Ələkbərli, Süleyman Abdulla, Arzu Murad və digər tanınmış ədəbiyyat nümayəndələri öz çıxışlarında  İntiqam Yaşar yaradıcılığının   fərqliliyindən söhbət açdı, müəllifə gələcək yaradıcılığında uğurlar arzuladılar.

Sonda yeni kitabların işıq üzü görməsi münasibəti ilə verilən   “YAZARLAR”-IN YAZARI “ZİYADAR” diplomu  Zaur Ustac tərəfindən gənc yazara təqdim olundu.

YAZARLAR.AZ