Xatirələr qalaq-qalaq… – Mayıl Dostu.

 

12715534_125429874511204_3639035300141250702_n

GƏL, UŞAQ OLAQ

Xatirələr qalaq-qalaq,
Bəlkə, dönüb uşaq olaq?
Olanları yada salaq,
Yaddaşları silə-silə.

Sən atlı ol,mən piyada,
Sən çəməndə,mən qayada,
Bala bənzər bu dünyada,
Süz qəlbimə gilə-gilə.

Əllərini ver əlimə,
Düşək təzə bir çəhlimə,
Yanağın dəysin telimə,
Pambıq kimi pilə-pilə.

Mən tel olum,sən də kaman,
Aşiq olum, sən də canan,
Səndən ötrü pörtüb yanan,
Könlümə gir gülə – gülə.

Qanadlanaq, göyə uçaq,
Buludları minib çapaq,
Axırda… üç alma tapaq,
Nağıllaşaq bilə – bilə.

============================================================================

VÜQARLI DAĞLAR

Yaranışdan əzəmətli, vüqarlı,
Yaşı bilinmir ki, uca dağların.
Ətəyi dumanlı, zirvəsi qarlı,
Sifəti yaylaqdı qoca dağların.
***
“Ahınız dağlara”– dedi nənələr,
Dağlar bu qarğışa cavab tapmadı.
Tarixlə çarpışıb çəksə də nələr,
Sinəsindən bircə ahı qopmadı.
***
Bütöv asimanın,yeddi qatın da,
Dağlardı dirəyi, sütun — dayağı.
Bu ağır şələnin, yükün altında,
Dağların giribdi yerə ayağı.

============================================================================

İLHAM PƏRİM

Göy üzündə bulud olub,xallanan,
Gül-çiçəkdə şirə olub, ballanan,
Bir baxışdan meyxoş kimi hallanan,
Dumduru təbimsən,ay ilham Pərim.
***
Sən olmasan,günüm dönər zəhərə,
Gecəm heç açılmaz nurlu səhərə,
Məni mindirən sən, köhlən kəhərə,
Dərmanım,həbimsən,ay ilham Pərim.
***
Mənəm bu dünyanı anlayıb,görən,
Sözü kəlmə – kəlmə misraya hörən,
Alağı qoparıb, məhsulu dərən,
Halalca zəmimsən,ay ilham Pərim.
***
Yaz gəlməmiş qar altından boylanan,
Erkən yaz çiçəyi kimi allanan,
Baharın ilkinə baxıb tullanan,
Kosam, Keçəlimsən, ay ilham Pərim.

============================================================================

GÖZLƏRİN GÜLSÜN

Birinci görüşdə, sehirli axşam,
səni evə qədər ötürüb getdim.
Şirin duyğularla tənha qalmışam,
qəlbimi özünlə götürüb getdin.
***
Ürəkdən vurmusan,oxun düz dəyib
yaramın gözündən məhəbbət axır.
İşə bax, qarşımda başını əyib,
gözləri gözümdə, yarama baxır.
***
Sevgimi qəlbinin başında saxla,
ağlama, həmişə gözlərin gülsün,
Didən içində, göz yaşında saxla,
bal dilin oynasın, sözlərin gülsün.

Müəllif: Mayil Dostu

Advertisements

TOFİQ QƏBUL: – “İşıqdan yoğruİlmuş kəlmələr…”

 

13912499_103015143478878_8023942242719031226_n

ŞAGİRDLƏRİMƏ. 

 

Şagirdim, bilirsən, qəlbimdə od var
Bu odu səninlə bölmək istərəm.

İşıqdan yoğruİlmuş hər bir kəlməmi

Sənin gözlərində görmək istərəm.

Unutma, bu yurdun övladısan sən.
Havası sənindir, suyu sənindir.
Üstündə gəzdiyin bu torpaq, bu yer,
Bu əsgər qayalar bil, Vətənindir.

Boylan bu dünyaya, aç gözlərini,
Millətlər yarışır Yer kürəsində.
Geriyə qalanı atlar əzəcək,
Dünya əridəcək öz kürəsində.

Öyrən keçmişini, türk oğlu türk ol.
Öyrən Atilla, kim Cavanşir kimdir.
Sən söykən hər zaman qan yaddaşına,
Dünyada gurlayan sənin səsindir.

Araza çay deyil, xəncər kimi bax.
Onu kim sıyırıb, tanı, şagirdim.
”Gülüstan” yadların sülh sazişidir,
”Türkmənçay” azəri qanı, şagirdim.

Tanı düşmənini, pusquda durub.
Adı ermənidir, şər oğlu şərdir.
O, səni uyquda görmək istəyir,
Onun nəfəsi də, bil ki, zəhərdir.

Əyil kitablara, nicatımız o.
Öyrən addım-addım, bil addım-addım.
Qoy döyüş silahın biliyin olsun,
Çalış, boş keçməsin hər bir saatın.

Milli məhəbbəti köksünə hopdur.
Sev qanı qanından olan soydaşı.
Üçrəngli bayrağı ürəyinə sıx,
Bil ki, azadlıqdır ucaldan başı.

Bir də ki, Təbrizi unutma, bala.
Min il paytaxt olub Azərbaycana.
O, bir Ərk qalası, Babək qalası,
O, sevgi duyğulu kövrək bir ana.

Şagirdim, bilirsən, qəlbimdə od var.
Bu odu səninlə bölmək istərəm.
İşıqdan yoğrulmuş hər bir kəlməmi
Sənin gözlərində görmək istərəm.

12 03.2006.

============================================================================

 

SÖZ 

 

Sözü tanrı verib, bilsən də bunu,
Onu yerli-yersiz dara çəkirsən.
Söz də dən kimidir, onu əkəndə
Gərək biləsən ki, hara əkirsən.

Söz bir gülüstandır, qoru tikandan.
Ürək sındıran söz dəyərsiz olar.
Sözü hara gəldi fırlatma, axı
Yerinə düşməsə bəhərsiz olar.

Söz bəzən fırtına qoparmalıdır.
Döyüşən əsgərin nərəsi sözdür.
Qarabağ ! Zəngəzur ! Təbriz ! Həmədan !
Hər biri qəlb çarpan kəsərli sözdür.

Hər söz xalı üstə açan butadır,
Hər buta mənadır, sirli dənizdir.
Gəl sözü heç zaman ucuz tutmayaq.
Söz də kimliyimiz, mənliyimizdir.
15.04.2006.

===========================================================================

 

‘HARALISAN?”-SÖYLƏMƏ 

 

Gözündə alov görüm, ürəyində məhəbbət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım.
Milli qürur, milli eşq səadətdir, səadət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Qüzeydə yaşasan da, Güneydədir gözlərin,
Kəpəzdə od-ocağın, Savalanda izlərin,
Arazın o tayında dost-doğma əzizlərin.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Dədə Qorqud babamız, hər öyüdü andımız,
Coşsun türkün adı tək damarlarda qanımız..
Dilimiz bal-şəkərdir, dinimiz- imanımız..
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

İstərəm, danışanda ağzından dürr tökülsün,
İstərəm, biliyinlə düşmən beli bükülsün,
İstərəm, baxışların zirvələrə dikilsin.
”-Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Zəfərini bölüşdür doğmaca soydaşınla,
Kədərini bölüşdür bacınla, qardaşınla.
Bağlan Azərbaycana ulu qan yaddaşınla.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Daim bütövlük istə, Qarabağı tələb et !
Dön yumruğa, dön kürzə, silahını sipər et !.
Şuşada keyf edənə bu dünyanı zəhər et !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Bizim uca taxtımız Üçrəngli bayrağımız,
Arazla Kür qolumuz, yurdumuz ocağımız
Vətənin qucağına sığınsın qucağımız.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
20.05.2006.

============================================================================

DINDIRIR ƏSR BİZİ… 

 

Bu daş nədir axı, atıblar yola?
Yanından keçirik dərdlə, məlalla.
Bu daş başımıza olubdur bəla.
Nədən tapammırıq buna çarə biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Əyilib bu daşı götürəmmirik,
Atıb girdablarda itirəmmirik,
Yoxsa başqa xalqdan kəsirik, kəmik?
İlişdik bu daşa neçə kərə biz
”Dindirir əsr bizi, dinməyiriz”

Gözümüz yanmadı atəşlə, odla.
Yaxınlıq elədik düşmənlə, yadla.
Biz hara uçurduq bu qol-qanadla?
İnandıq hər saxta sevgilərə biz.
”Dindirir əsr bizi, dinməyiriz”

Verdik Qarabağı bu daşa qurban,
Çökdü Xankəndimin başına duman,
Deyirəm, dünyada əlli milyonam.
Bu boyda milyonlar qalıb çarəsiz.
”Dindirir əsr bizi, dinməyiriz”.

Qondarma daş bitib torpağımızda,
Yallanır, şellənir ocağımızda.
Kütdür, kəsə bilmir bıçağımız da.
Düşmənin gözündə ən biçarə biz.
”Dindirir əsr bizi dinməyiriz”.

Bu daşı üyüdən dəyirman hanı?
Nədən qovammırıq yağı duşmanı?
Heyrətdə qoymuşuq bütün dünyanı.
Tikə-parça yurd tək təkik hələ biz
”Dindirir əsr bizi dinməyiriz”.

Ölkəm aşıb -daşır sərvətlə, pulla,
Ölkəm cilvələnir zərlə, qızılla.
Bu cah-cəlal ilə dönəkmi qula?
Bu yolla gedirik axı hara biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Vaxtdır, ey millətim, döyüşə atıl,
Söykən öz kökünə, ocaq tək çatıl.
Sənin damarında türk nəbzi atır.
Zəfər bayrağına gərək dönək biz.
Dindirir əsr bizi, gərək dinək biz.
12.01.2008.

Müəllif:  Tofiq Qəbul

QOY DÖNÜM YURDA QARDAŞIM…

1361714729_t1cda74ab2-e1cb-41cc-a97e-b394aa3e5b95

==== GÜNÜN  ŞEİR ÇƏLƏNGİ ====

SEVGİMİZ DASTANA DÖNSÜN

İstəyirəm nəğmə qoşam adına,
Bir gülümsə, rəvan təbim çağlasın.
Qoy sığınım məni qarsan oduna,
Könül pöhrəm çiçək açsın, tağlasın.
***
Gerçəyə dön xəyalların selindən,
Bal süzülsün pətək kimi dilindən,
Asımmı özümü zərif telindən,
Nakam sevgim ürəyini dağlasın.
***
Qəlbimdən könlünə körpü saldırım,
Xoşun gələn bir gəlinlik aldırım,
Titrək əllə ağ duvağı qaldırım,
Dostlarım sevinsin, düşmən ağlasın.
***
Mayıl deyir, bir ürəkdə döyünək,
Sevgidən tikilmiş libas geyinək,
Ömür boyu eşqimizlə öyünək,
Sevgimiz dillərdə dastan bağlasın.

15. 05. 2018

Müəllif: Mayil Dostu

 

 

XINALI KƏKLİK

Kimlər xəbər aldı, kimlər soruşdu,
Kim məni aradı, xınalı kəklik ?
Oxuyursan, Vətən düşür yadıma, 
Ürəyim yaradı, xınalı kəklik.

Gəlmişəm zamandan zara, gedirəm,
Deyib son sözümü yara, gedirəm.
Gedirəm, bilmirəm hara gedirəm,
Ünvanım haradı, xınalı kəklik ?

Adiləm, ovutmaz qəlbimi aran,
Mənəm nalə çəkən, fəryad qoparan.
Mənim arzularım sellər aparan,
Binəva Saradı, xınalı kəklik.

Müəllif: Adil Cefakes

 

 

YARADIB
Tanrım bir gözəli tuş edib mənə,
Göz üstə xüsusi qaşı yaradıb.
Demirəm bunu tək xoş edib mənə,
Bəlkə də gəlib öz xoşu yaradıb.

Baxışı baxana nəsə qandırır,
Gülüşü tər açan gülü andırır,
Heç kəslə işi yox, məni yandırır,
Yoxsa onu mənə qarşı yaradıb.

Mehriylə sulayır yalnız, eşq ləkin,
Əridir insanda intizar yükün,
Sanki çiçəklərə başçılıq üçün,
Onu çiçəklərin başı yaradıb.

Yüksəkdir zəkada bu ali bəndə,
Kamildir imanda, kamildir dində,
Him-cimdən anlamır, bir az bu yöndə,
Deyəsən Rəbb onu, naşı yaradıb.

Yox-yox, o, çıxmayıb dəzgah, maşından,
Bu aydın görünür davranışından,
Deyərdim insanın yaranışında,
İlk dəfə belə əl işi yaradıb.

Sehri damarımda keçibdir qana,
Mən onu ürək tək taxaram cana,
Sanki bu gözəli sevməkdən yana,
Yaradan Ülvini kişi yaradıb.
15.05.2018.

Müəllif: Ebulfez Eliev

 

QOY DÖNÜM YURDA QARDAŞIM

Həsrət yaman üzür məni,
Qoy dönüm yurda qardaşım..
Ürəyim donub buz olub,
Açılmır burda,qardaşım..

Gözə dəymir mərd ərənlər,
Hal sorub əhval bilənlər..
Burda uca göydələnlər,
Görünür xırda qardaşım..

Gəl yola sal çıxım gedim,
Yad diyarda mən nə edim..
Boyun burub yetim-yetim,
Ruh qalıb darda qardaşım..

Vətən yoxdu,hər şey hədər,
Quru adı mənə yetər..
Bir gün əldən çıxıb,gedər,
Dövlət də varda,qardaşım..

Rahimin bil könlü şişib,
Qəm qovurub bağrı bişib..
Xam balıq tək tora düşüb,
Saxlama torda,Qardaşım.!

Rahim Üçoğlanlı Rzayev
Moskva-1995

Müəllif: Rahim Ucoglanli

 

“DÖRD ŞEİR”