Zaur USTAC: – “DÜNYA  BİR  PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

aaaaaaaaaaaaaaaaaaffffffff

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

 

“Dünya bir pəncərədir”, pəncərən  ola, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək  gərəkdi,  baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı saymasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

21.01.2018. Bakı. (13:33-15’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Advertisements

TƏQVİMDƏ BU GÜN : – 19- YANVAR ŞƏHİDİMİZ – AZƏRBAYCAN ORDUSUNUN GƏNC ZABİTİ FƏRİD ƏHMƏDOVUN DOĞUM GÜNÜDÜR….

aaaaaaaaaaaaaaaaaaffffffff

DÜNYA BİR PƏNCƏRƏDİR….

TƏQVİMDƏ BU GÜN – Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Prezidentin sərəncamı:
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb

Xatirəsi Əbədiləşdirilib:
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib.

ALLAH ŞƏHİDİMİZƏ  RƏHMƏT ELƏSİN…. DOĞMALARINA SƏBR VERSİN…. RUHUNU  ŞAD  EDƏ  BİLMƏMİŞİK  HƏLƏ   QARDAŞIM….  NUR İÇİNDƏ  YAT…….

YAZARLAR.AZ

#yazarlaraz#poet #pottery #writer #writers
#army #star #stars #azerbaycan #azerbaijan #baku #photography#photographer #bayraq #şəhid #political #cəlilabad #vatan

Zaur USTAC: “LAZIM” GƏLSİN şeiri.

lazim

“LAZIM”  GƏLSİN…

Ya ağ olub, ya da qara,

İstəyirəm, bozum gəlsin…

Dar quranlar, salıb tora,

İstəyirəm, çözüm gəlsin…

*        *        *

Cümlə-cahan batıb qara,

Təbiət də çəkib dara,

İnsan oğlu möhtac qora,

İstəyirəm, Yazım gəlsin…

*        *        *

Bixəbər, nanəcib gəlib,

Soylu gəlib, nəcib gəlib,

Haram gəlib, vacib gəlib,

İstəyirəm, “Lazım” gəlsin…

*        *        *

Gəl, daşı tök, ətəyindən,

Möhkəm yapış xötəyindən,

Can əta et, pətəyindən,

Şahə qalxan, sazım gəlsin…

*        *        *

Ustac Haqqdan görüb, deyər,

“Gündə bircə xurma yeyər”,

Sazı öyər, sözü öyər,

Doğru görən, gözüm gəlsin…

16.01.2018. (13:00 – 10’)  Bakı.

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Zaur USTAC: – BƏNÖVŞƏ şeiri.

24993637_1549296738499459_1987073738013257772_n

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…
12.12.2017. Bakı. (12:25) 12’

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

SÖZÜN ƏSL MƏNASINDA YOLUN ORTASINDA QALMIŞ ŞAH BABAMIZ…

SALAM OLSUN EY DƏYƏRLİ İNSAN, BƏLKƏ MƏN YANILIRAM, SİZ NECƏ DÜŞÜNÜRSÜZ BİR MƏKTƏBLİ VƏ YA TƏLƏBƏ İSTƏDİYİ ZAMAN ŞAH BABASIN ZİYARƏT EDİB ÖNÜNƏ BİR CÜT QƏRƏNFİL QOYA BİLƏR YA YOX???

ABİDƏNİN  ÖNDƏN  GÖRÜNÜŞÜ:

 

24129816_1536178809811252_9195806944248796099_n

ABİDƏNİN  ARXADAN GÖRÜNÜŞÜ:

23905688_1536178729811260_3455387987024673266_n

ŞAH BABAMIZ  SÖZÜN ƏSL MƏNASINDA YOLUN ORTASINDA – SÜRƏTLƏ  ŞÜTÜYƏN MAŞIN SELİNİN  İÇİNDƏ  QALIB…. MƏN SUTKANIN DƏYİŞİK VAXTLARINDA BİR NEÇƏ DƏFƏ GETSƏM DƏ YAXINLAŞIB YAXINDAN DÜZ-ƏMƏLLİ BİR FOTO ÇƏKƏ BİLMƏDİM. MAŞIN OLMAYANDA GECƏ – QARANLIQ OLDU, GÜNDÜZ OLANDA MAŞINLAR…..

YAZARLAR.AZ

ƏBÜLFƏT HEYDAR -MƏNƏ GÖNDƏR…

21740700_1890589281259285_7909406083475662084_n

 

MƏNƏ GÖNDƏR

Əs ey səba yeli, dolan dağları,
Gül-çiçək ətrini tez mənə göndər!
Ömür bostanımın solur tağları,
Baharım qış olub, yaz mənə göndər!
*******

Düşmüşəm zamanın bəd sitəminə,
Zalımın zülmünün sərt sitəminə,
Fələyin verdiyi dərd sitəminə,
Yanıb kül olmağa köz mənə göndər!
*******

Bülbülün dərdinə, gülün dərdinə,
Sinəmdə çağlayan selin dərdinə,
Bir qaçqın, didərgin elin dərdinə,
Baxıb ağlamağa göz mənə göndər!
*******

Tarın zümzüməsi, sazın şən səsi,
Canıma od salıb, neyin naləsi.
Dilimi yandırır vətən kəlməsi,
“Ağbaba” dağından buz mənə göndər!
*******

Özümdən küsmüşəm, bezmişəm yaman,
Əbülfət az danış, bəd gəib zaman.
Başıma qar yağır, gözümə duman,
Dərdimin dərmanın tez mənə göndər!

Müəllif:  Abulfat Heydar

DÖRD DAHİ – DÖRD FOTO… Zaur USTAC.

 

 

İBRƏTAMİZ  DÖRD  FOTO:

GettyImages-463960391-E

Lev Nikolayeviç Tolstoy səfər əsnasında – Yasnaya Polyana yolunda.

 

 

 

1445627290_ebdurrehim-bey-haqverdiyev

Əbdürrəhim bəy Haqverdiyev – yataqda.

 

 

 

 

 

sehriyar-615x250

Məhəmmədhüseyn Şəhriyar – evində.

 

 

56_1Kreve

VİNTSAS KREVE – LİTVA YAZIÇISI İŞ OTAĞINDA – DÜŞÜNƏRKƏN…..

YAZARLAR. AZ