AD GÜNÜNÜZ MÜBARƏK!!!

esad ca

Bu gün ( 25 İyun 1966 ) tanınmış yazar – tənqidçi Əsəd Cahangirin doğum günüdür. Ad gününüz mübarək, Əsəd müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, işlərinizdə və yaradıcılığınızda yeni-yeni müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

 

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Advertisements

Azərbaycan Yazıçılar Birliyi haqqında – AYB

kitab

 

Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı

İDARƏ APARATI:

Anar – sədr – Azərbaycan Yazıçılar Birliyini təmsil edir, Birliyin işinə ümumi rəhbərlik edir, müqavilələr bağlayır. www.anar.az 
Fikrət Qoca – birinci katib – icra aparatına rəhbərlik edir, sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəz edir. www.fikretqoca.az 
Çingiz Abdullayev -katib (təşkilat – təsərrüfat məsələləri üzrə) www.chingizabdullayev.ru 
İlgar Fəhmi – katib (yaradıcılıq məsələləri üzrə)
Rəşad Məcid – katib (gənclərlə iş üzrə)
Nazim İbrahimov – sədr müavini

Azərbaycan Yazıçılar Birliyinin Rəhbərləri:

Məmmədkazım Ələkbərli

(1905-1938)
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü.

1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir.

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur.

«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur.

1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.

Seyfulla Şamilov
1936

(1902-1974)

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.

Rəsul Rza
1938-1939

(1910-1981)

Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945).

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937).

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.

«Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur.

1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir.

Süleyman Rəhimov
(1900-1983)

(1900-1983)

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.

«Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.

Səməd Vurğun

(1906-1956)

Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956).

1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir.

İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir.

«Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir.

1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir

Mehdi Hüseyn
1958-1965

(1909-1965)

Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir.

«Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur.

«Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur.

1965-ci il martın 10-da vəfat etmişdir.

Mirzə İbrahimov
AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi
1970-1986

(1911-1993)

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989).

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.

3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur.

1993-cü il dekabrın 17-də vəfat etmişdir.

İmran Qasımov
1975-1981

(1918-1981)

Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır.

Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir.

«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur.

1981-ci il aprelin 20-də vəfat etmişdir

İsmayıl Şıxlı
(1965-1968)
SSRİ Yazıçılar İttifaqının katibi
(1981-1987)

Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973).

«Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur.
1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir.

Anar
1987 ildən bu vəzifəni icra edir
http://www.anar.az

Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq, 1964-cü ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987), SSRİ Xalq deputatı (1989), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995, 2000).

1938-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Burada onillik musiqi məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Moskvada Ali ssenari (1962-1964) və rejissor kurslarını (1970-1972) bitirmişdir. «Qobustan» incəsənət toplusunun baş redaktoru vəzifəsində işləmişdir (1968-1987). Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Asiya və Afrika ölkələri ilə respublika həmrəylik komitəsinin sədri (1983-cü ildən), Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri (1992-cı ildən) seçilmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş redaktorudur (1992-cü ildən). Beynəlxalq Dialoq Avro-Asiya təşkilatının sədridir. Kinomatoqrafçılar İttifaqı idarə heyətinin üzvüdür.

«Literaturnoe obozrenie» jurnalının mükafatını almışdır (1987). «Şərəf nişanı», «İstiqlal» (1998) ordenləri ilə təltif olunmuşdur. Türkiyənin üç mükafatına layiq görülmüşdür (2000, 2002, 2003).

«Ağ liman» (1970), «Macal» (1973), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1981), «Sizi deyib gəlmişəm» (1984), «Dünya bir pəncərədir» (1986), «Sizsiz» (1992) və s kitabların müəllifidir.

İlkin mənbə: Azərbaycan Yazıçılar Birliyi – AYB

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

AD GÜNÜNÜZ MÜBARƏK!!!

FƏRMAN BORCALI

Bu gün hamımızın sevimlisi, Vətənin mərd, vətənpərvər, bayraqsevdalı şair oğlu Fərman Borçalının ( 24 İyun 1960 ) doğum günüdür. Ad gününüz mübarək, Fərman müəllim! Uca Yaradandan uzun və sağlıqlı bir ömür versin, yazın, yaradın… Uğurlarınız bol olsun!!!

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Zaur Ustacdan növbəti layihə – “BAYRAM BAYRAMOV – 100”

bayram bayramov

Üzümüzə gələn gün (bir-neçə saatdan sonra) – 11 dekabr 2018 – ci il tarixdə 100 yaşın tamam olur, ey böyük insan… düzü bu yazını yazmaq üçün o qədər səbirsizlənmişəm ki, bir-neçə saatın keçib növbəti günün gəlməsini gözləyə bilmirəm …  bu “yüz illik” nədir ki… Szi min illikləri qeyd olunmalı çox az saylı şəxsiyyətlərdən birisiz və neçə belə “yüz illik” – lər ötsə də, belə olaraq qalacaqsız… …sözün bayram etdiyi Bayram sözündə yaşayacaqsız… …baxmayaraq ki, bütün el-oba kimi bu sözlər də bir az qəribçilik çəkir, ancaq, inanın ki, bütün bunlar tarix üçün heç bir anlam kəsb etməyən, çox qısa bir zaman kəsiyidir… “NƏTƏR Kİ” bu xalq Sizin sözlərinizdə yaşayan el-obasından ötrü darıxır, həsrətin çəkir, xiffətini edir, eləcə də bu və digər məsələlər…. Əslində bəlkə də bu təbii haldır və heç bir mübaliğədən və şişirtmədən söhbət gedə bilməz. Çünki, bu millət o yerləri bir yuxusunda görür, bir də Sizin yaratdığınız bədii lövhələrdə tapır, xatırlayır… Ad gününüz mübarək, Bayram müəllim… Ruhunuz bilirəm ki, heç cür şad ola bilməz özümüz və sözümüz qəribçilikdə olduqca… Uca Yaradan özü bizə kömək olsun… Amin… Amen…

QISA ARAYIŞ:

Bayram Bayramov 1918-ci il dekabrın 11-də  YELİZAVETPOL QUBERNİYASI-nın (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qeyd:

YELİZAVETPOL QUBERNİYASI bu adı bilərəkdən belə seçilən yazmışam, yuxarıdakı tarix barədə sözümə qüvvət üçün indi hanı o ad… və digərləri… Xatırladığımız, Vaqifdir, Natəvandır…

LAYİHƏ:

Görkəmli söz adamı Bayram Bayramovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, “BAYRAM BAYRAMOV – 100” layihəsi çərçivəsində gənc yazarlara kömək məqsədi ilə metodiki tövsiyə xarakterli yeddi yazıdan ibarət “Söz bayramı və ya Bayram sözü” adlı məqalələr toplusundan ibarət e-kitab hazırlanıb fəaliyyətdə olan bütün elektron kitabxana bazalarına yerləşdiriləcək. (bu kitabın gələcəkdə “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında ənənəvi qaydada nəşri də nəzərdə tutulur) Layihə və onun gedişatı barədə təfsilat WWW.USTAC.AZ saytın “LAYİHƏLƏRİMİZ” bölümündə var. Layihənin müddəti 11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək olan dövrü əhatə edəcək. Dayanıqlı məlumatlandırma məqsədi ilə sosial şəbəkələrdə #bayram_bayramov_100 haştağından istifadə olunacaq.

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

RİZVAN FİKRƏTOĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

 

RİZVAN

XƏBƏR VERDİYİMİZ KİMİ, BU GÜN RİZVAN FİKRƏTOĞLU “AYAQ SƏSLƏRİ” ADLI YENİ – İLK KİTABINI TƏQDİM EDİB. TƏQDİMAT MƏRASİMİ “AKADEMKİTAB” KİTAB EVİNDƏ BAŞ TUTUB. TANINMIŞ SÖZ ADAMI, ŞAİRƏ -PUBLİSİST NƏCİBƏ İLKİNİN MODERATOLUĞU İLƏ KEÇƏN TƏDBİRDƏ, BAŞDA KİTABIN REDAKTORU MAHMUD MAHMUDOV OLMAQLA, BDU-NİN – RİZVANIN MÜƏLLİMLƏRİ, TANINMIŞ ŞAİRLƏR VƏ YAZARLAR ÇIXIŞ EDİB, ÖZ FİKİRLƏRİNİ BİLDİRİBLƏR.  ZAUR USTAC YAZARLAR ADINDAN “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATINI GƏNC YAZAR  RİZVAN FİKRƏTOĞLUNA “AYAQ SƏSLƏRİ” ADLI YENİ – İLK KİTABININ İŞIQ ÜZÜ GÖRMƏSİ MÜNASİBƏTİ İLƏ TƏQDİM EDİB, XOŞ ARZULARINI ÇATDIRIB.

36088055_2016591278605896_7074805717793767424_n

36041968_2016593675272323_8320459972957700096_n — копия

 

YAZARLAR.AZ OLARAQ, BİR DAHA MÜƏLLİFİ TƏBRİK EDİR, YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, RİZVAN MÜƏLLİM… VAR OLUN…

YAZARLAR.AZ 

MƏRZİYƏ SARVAN “AYRI QALMIŞAM” İLK KİTABINI TƏQDİM ETDİ

BU GÜN İSTEDADLI ŞAİRƏ, EYNİ ZAMANDA OLDUQCA VACİB VƏ ŞƏRƏFLİ BİR PEŞƏNİN SAHİBİ – MÜƏLLİM – MƏRZİYƏ SARVAN “AYRI QALMIŞAM” İLK KİTABINI TƏQDİM EDİB. TƏQDİMAT MƏRASİMİ KİTABEVİM.AZ KİTAB MAĞAZASINDA KEÇİRİLİB. MƏCLİSİ GİRİŞ SÖZÜ İLƏ TANINMIŞ ŞAİRƏ NƏCİBƏ İLKİN AÇIB. SONRA ÇIXIŞLAR OLUB. FOTOLAR:

31957917_1660366484078368_506667568103161856_n

32222214_1737226689706462_1007647066203095040_n

ŞAİRƏ “YAZARLAR” TƏRƏFİNDƏN “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATINA LAYIQ GÖRÜLÜB. YENİ NƏŞRLƏRƏ GÖRƏ TƏQDİM OLUNAN MÜKAFATI “YAZARLAR” ADINA ZAUR USTAC TƏQDİM EDİB:

32332014_1737226389706492_3071952255834914816_n

32191657_1737226546373143_6612719712654589952_n

31961336_326467217879855_4300521908484440064_n

 

31946734_1811064485856035_3918543696320004096_n

KİTABEVİM.AZ kitab mağazaları şəbəkəsini  28 MAY şöbəsi:  kitabevim.az

31542881_2106892692889069_8989764243024773120_n

31946937_1039190816231567_6094532754500747264_n

31947495_1039193882897927_5568486714864828416_n

31957851_1811061962522954_69933015450517504_n

32089257_2106892636222408_7196418064672358400_n

FOTOQRQF TUNCAY BƏY MƏRZİYƏ SARVANLA:

31960941_1731507973611667_1128196254057103360_n

 

TƏDBİRİN TAM VİDEO YAZISI:

 

YAZARLAR.AZ OLARAQ MÜƏLLİFƏ YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK… UĞURLARINIZ BOL OLSUN… YAZIN, YARADIN.

YAZARLAR.AZ

“YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATININ TƏQDİMATI OLUB.

“YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATININ TƏQDİMATI OLUB:

bAYB-nin Natəvan klubunda “KARABAĞ’DAN KERKÜK’TEN ÇANAKKALE’YE” adlı antologiyanın iştirakçı şairlərə çatdırıldığı  tədbirdə   “YAZARLAR”-IN YAZARI “ZİYADAR”  mükafatı  ziyalılarımıza,  təqdim olundu.  “YAZARLAR” – ın  yeni kitabların işıq üzü görməsi münasibəti ilə təqdim etdiyi diplomun bir saylı nümunəsi, ilk dəfə olaraq  “KARABAĞ’DAN KERKÜK’TEN ÇANAKKALE’YE” adlı kitabı ərsəyə gətirdiklərinə görə,  ASKEF AZƏRBAYCAN BAŞQANI SAYIN SAYMAN ARUZ BƏYƏ, iki və üç saylı nümumələr isə, eyni xidmətləri müqabilində müvafiq olaraq SONA ABBASƏLİQIZINA  və GÜNÜL  HÜSEYNLİYƏ  təqdim olunub. Diplomları “YAZARLAR”  adına Zaur USTAC təqdim edib. TƏQDİMAT MƏRASİMİNDƏN FOTOLAR:

31890939_1005772356240985_1260195240606695424_n

31925108_1005644819587072_6930894755412836352_n

31939705_1005644929587061_6154336682289135616_n

31870712_1005645026253718_5217405814528016384_n (1)

YAZARLAR.AZ