İNŞAAT SEKTORUNDA YENİLİK: – “24 SAAT CANLI YAYIM”

BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU,  ABBAS MİRZƏ ŞƏRİFZADƏ  174 ÜNVANIDA – METRONUN “İNŞAATÇILAR” STANSİYASININ ÜSTÜNDƏ  – PİLOT LAYİHƏ İCRA EDƏN “QİSMƏT – M” TİKİNTİ ŞİRKƏTİ MARAQLI BİR ADDIM ATIB. BELƏKİ,  TİKİNTİ MEYDANÇASININ HASARINDA HƏM LAYİHƏNİN BİTMƏSİNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYƏN KÖHNƏ SAKİNLƏR, HƏM DƏ YENİ MARAQLANAN MÜŞTƏRİLƏR ÜÇÜN İŞİN GEDİŞATINI MÜNTƏZƏM CANLI İZLƏMƏK İMKANI VERƏN BÖYÜK PĞNCƏRƏ – EKRAN YERLƏŞDİRİB. FOTOLAR:

29178146_1656254187803713_4014944730190218356_n

29177862_1656253824470416_6781256446471747005_n

29136989_1656254421137023_3737592340886707813_n

Necə deyərlər, “görünən yola nə bələdçi”   hər şey göz qabağındadır. Onu qeyd edim ki, layihənin yerinin seçilməsindən tutmuş, bütün digər tə.kilatı işlərə qədər bütün atılmış addımları və alınmış qərarları uğurlu hesab etək olar. Bu məlumatı Sizinlə paylaşmağı özümə borc bildim. Həm yaşamaq üçün, həm də yatırım etmək üçün olduqcq əlverişli yerdir. Bu kəlmələri elə -belə söz xatirinə qeyd etmirəm. İndi bu sətirləri əgər nə vaxtsa ev alarkən məndən məsləhət almış şəxslərdən kimsə oxuyursa, mütləq bunu təsdiq edəcək. Özlərinin seçimi olmayıb və ya şəhəri yaxşı tanımayan xaricilər və rayonlarımızdan gəlib, ev almaq istəyənlərin: “Bakı şəhərində harada ev almaq sərfəlidir?” – sualına mən həmişə metro “İNŞAATÇILAR”-ın yanın (üstün), “MƏHSUL” stadionun ətrafın məsləhət görmüşəm.

ƏSASLANDIRMA:

  • Mərkəzə yaxındır,
  • Son 20 ildə qiymətlər həmişə münasib olaraq qalır,
  • Şəhərin nisbətən gənc rayonu olduğu üçün -tikintilər baxımından- həm kommunikasiya, həm də əhali kontingentinə görə digər rayonlardan seçilir,
  • Şəhırin nisbətən hündür ərazisində – Yasamalın suayrıcında – yerləşdiyinə görə nə qədər yağış yağsa da digər yerlər kimi böyük gölməşələr yaranmır, yəni yağan yağış axıb gedir. Yerdə su qalmır,
  • Nisbətən yaşıllıqların saxlanması, həyətlərin təmiz və böyüklüyü, “MƏHSUL” stadionun yaxın olması avantajdır,
  • Hava olduqca təmizdir, əgər Sizin binanın zirzəmisində problem yoxdursa, demək olar ki, ağcaqanad yoxdur, yelçəkən mənzillərdə yayda uzağı 20 ən isti günü çıxmaq şərti ilə kondisionerə demək olar ki, ehtiyac olmur,
  • Metro, nəqliyyat vasitələri, maqazinlər və s.
  • … və əlbətdə bu siyahını uzatmaq olardı, ancaq mən bunları elə-belə sözgəlişi sadaladım…

DAHA ƏTRAFLI VƏ ƏLAQƏ TELEFONLARI:

29196447_1656255897803542_4506604725585738298_n

ƏGƏR, YAXINLARDA BELƏ BİR FİKRİNİZ VARSA, YƏNİ YAŞAMAQ ÜÇÜN VƏ YA YATIRIM MƏQSƏDİ İLƏ EV ALMAQ İSTƏYİRSİZSƏ, Bİ GÜN  20′  VAXT  AYIRIB BU TƏRƏFLƏRƏ BAXMAĞINIZDA  FAYDA VAR DEYƏ DÜŞÜNMƏKDƏYİM…. NECƏ DEYƏRLƏR  -“QİSMƏT, QİSMƏTİNİZ OLSUN” … VAR OLUN… UĞURLARINIZ BOL OLSUN…

YAZARLAR.AZ

Advertisements

BAKI ŞƏHƏRİ, ARİF HÜSEYNZADƏ ADINA 20 NÖMRƏLİ MƏKTƏBDƏ XEYRİYYƏ AKSİYASI KEÇRİLİB.

BU GÜN – 13 MART 2018- Cİ İL TARİXİNDƏ BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU ,ARİF HÜSEYNZADƏ ADINA 20 NÖMRƏLİ MƏKTƏBDƏ XEYRİYYƏ AKSİYASI KEÇRİLİB.29136031_1654918507937281_7049873651123783071_n

Məktəblilər müəllimlərinin və valdideynlərinin köməkliyi ilə öz əl işlərindən ibarət “NOVRUZ YARMARKASI” adlı  xeyriyyə aksiyası təşkil etmişlər. Əldə olunacaq gəliri isə uşaq evlərində yaşayıb, təhsil almağa məcbur olmuş həmyaşıdları üçün xərcləmək niyyətindədirlər. Tədbirdən fotolar:

29186705_1654914917937640_7751975479584300751_n

29103338_1654915684604230_2976317192241155589_n

29132962_1654915904604208_4980372935139609912_n

29135994_1654915397937592_9195977888784919061_n

29179060_1654916071270858_1227308449041303939_n

BELƏ NÜMUNƏVİ TƏDBİRLƏRİN TƏŞKİLİNDƏ BALACALARA GÖSTƏRDİKLƏRİ KÖMƏKLİYƏ GÖRƏ MƏKTƏB RƏHBƏRLİYİNƏ, MÜƏLLİMLƏRƏ VƏ VALİDEYNLƏRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK… 

YAZARLAR.AZ

ASKEF-in AZƏRBAYCAN SƏFƏRİ YEKUNLAŞDI.

 

28950961_2022288388016699_6830949032483880960_n

ASKEF- in   böyük  bir  heyyətlə  Azərbaycanda səfərdə olması barədə məlumat vermişdik.  Onu qeyd edək ki, bu tədbirlər zamanı mütamadı olaraq hər bit toplantı və yığıncaqda  iştirakçılarının əksəriyyəti çıxışlarında Qarabağ  probleminə toxunur,  Kərkükdə və digər Türkmən ellərində  gedən proseslərə münasibət bildirir, dövlət başçılarının apardıqları siyasəti dəstəklədiklərini  nümayiş etdirirdilər. Ümumilikdə bu tədbirlərə 17 dövlətdən təmsilçilər qatılmışdı.  Tədbir iştirakçıları Azərbaycanın tarixi yerləri ilə bərabər, Şəhidlər Xiyabanını və erməni vandalizminin nəticəsi olan  Quba Məzarlığını da ziyarət etdilər.
Bu səfər zamanı ASKEF-in  Bakı Ofisinin açılışı oldu.  Tədbirlər zamanı  ASKEF heyyətindən başqa  İraq Türkmən Yazarlar Birliyinin sədri, Qazaxıstan Rəssamlar İttifaqının rəhbəri və digər ziyalılar iştirak edirdilər.  Əvvəl  də  xəbər  verdiyimiz  kimi, bu səfər çərçivəsində  
7 mart  2018-ci ildə AYB Natəvan klubunda “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının  təqdimatı oldu.  Bu və digər qeyd etmədiyimiz hadisələrlə zəngin olan səfər başa çatmışdır. Bu səfərin  və  tədbirlərin təşkilinə görə ASKEF Genel Başkanı Savaş ÜNAL  bəyə, ASKEF Başqan yardımçısı  – Azərbaycan sorumlusu Yahya AZƏROĞLUNA,  AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri, eyni zamanda ASKEF-in Azərbaycan  Bölməsinin Başqanı Sayman ARUZ bəyə,  ASKEF-in Azərbaycan Başqan  Müşaviri  Sona xanım İsmayılovaya,  adını qeyd edə bilmədiyimiz əməyi  keçən hər kəsə təşəkkürümüzü bildirir yeni-yeni uğurlar arzu edirik.

Sonda  onu qeyd etmək istəyirik ki, ASKEF -in hər səfər və tədbiri əvvəlkindən daha zəngin, əhatəli, məhsuldar olur. Növbəti tədbirlərin daha geniş miqyaslı olacağına inanırıq. Uğurlarınız bol olsun…

YAZARLAR.AZ

“KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının  təqdimatı oldu.

7-si  mart  2018-ci il də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB və ASKEF-in birgə hazırladığı çox maraqlı  tədbir keçirildi. Türk cümhuriyyətlərindən 40  nəfərdən artıq alim, yazıçı, şair, rəssam və incəsənətin müxtəlif sahələri ilə məşğul olan sənətkarların iştirak etdiyi tədbirdə  ASKEF Genel Başkanı Savaş ÜNAL  bəy  türkdilli  yazar və şairlərin vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasını  təqdim  etdi. Toplantıda tanınmış Azərbaycan və eyni zamanda digər Türk ellərindən olan söz adamları iştirak edib. 

28661175_974410502710504_6969834154258712144_n.jpg

İraqın  Erbil  şəhərindən Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin  Sədri  Esat Erbil ilə birlikdə Kərküklü qardaşlarımz da  tədbir iştirakçıları arasında olub. ASKEF Başqan yardımçısı və Azərbaycan sorumlusu Yahya AZƏROĞLUNUN,  AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri və eyni zamanda ASKEF-in Azərbaycan  Bölməsinin Başqanı Sayman ARUZ bəyin,  ASKEF-in Azərbaycan Başqan  Müşaviri  Sona xanım İsmayılovanın və adını qeyd etmədiyimiz  digər çox dəyərli şair və yazarlarımızın əməyi nəticəsində  gözəl   bir  DOSTLUQ – QARDAŞLIQ  MƏCLİSİ oldu. Tədbirdən fotolar:

 

28685908_974410452710509_7107414025826875388_n.jpg

28661028_974410836043804_465738819235011306_n

28951390_974410759377145_119484969660700497_n

YAZARLAR.AZ olaraq bu işdə əməyi keçənlərin hamısına təşəkkür edir, bir daha  xeyirli -uğurlu olsun deyirik.  Sözün əsl mənasında – “NƏ MUTLU TÜRKÜM DEYƏNƏ….”

YAZARLAR.AZ

ASKEF başkanı Savaş ÜNAL bəydən açıqlama.

28511941_1671539072902353_1445650551_n

ASKEF başkanı Savaş ÜNAL bəydən açıqlama.

Yaxın günlərdə ASKEF 40 nəfərlik böyük bir heyyətlə Azərbaycana gəlir. Müxtəlif Türk ellərindən olan yazar və sənətçilərdən ibarət qrup həm Bakıda, həm də Gəncədə xüsusi təşkil olunacaq tədbirlərə qatılacaqlar. Bu görüşü Azərbaycandan olan sənət adamları da böyük səbirsizliklə gözləyirlər. Adətən hər il təşkil olunan belə toplantılarda türkdilli yazarlar və sənətçilərin bir araya gəlmə imkanları olur. ASKEF başkanı Savaş ÜNAL  bəy açıqlamasında builki tədbirlərin  adətən hər il təşkil olunan toplantılardan  fərqli olacağını bildirib. Beləki, hər il təşkil olunan ümumi toplantılardan fərqli olaraq bu səfərin iki konkret məqsədi var birincisi odur ki, Azərbaycan Respublikasının 100 illik yubley tədbirlərində iştirak edəcəklər. İkinci isə həm bu yubley tədbirləri ilə, həm də ümumiyyətlə son vaxtlar bölgədə baş verən hadisələrlə əlaqədar türkdilli yazarların öz dövlət başçılarına, onların apardıqları siyasətə dəstək məqsədi ilə xalqın rəhbərləri ilə həmfikir olduğunu göstərən vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının təqdimatı və yayımı təşkil olunacaq. Bu antologiyada müxtəlif Türk ellərindən qatılmış 80 nəfərdən  artıq  yazar  və  şairimizin  əsərləri  yer  almışdır.

28167051_1665515703504690_6813050885150984253_n

ASKEF başkanı Savaş ÜNAL bəy açıqlamasını “Azerbaycanlı kardeşlerimiz ile yeniden buluşacağımız için çok mutluyuz. Türk dilli ülkelerinden 40 kişilik, akademisyen, yazar, ressam ve şairleri ile birlik de Azerbaycan Cumhurbaşkanı sayın İlham Aliyev’e destek ve kardeş ülke Azerbaycan’ın 100 Kuruluş yılını kutlamak için  yola çıkıyoruz….

BİR MİLLET 
İKİ DEVLET.
NE MUTLU TÜRKÜM DİYENE….” – deyə bitirib.

 

YAZARLAR.AZ

“KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının təqdimatı və yayımı təşkil olunacaq.

Məlum Fevral ayı boyunca bir aylıq susqunluğumuza Martın birinci günü şad bir xəbərlə son qoyuruq. Bütün Türk millətinə xeyirli-uğurlu olsun. “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının təqdimatı və yayımı təşkil olunacaq.

28167051_1665515703504690_6813050885150984253_n

 

Kitabda müxtəlif  ölkələrdən 80 türkdilli  yazar və şairin  şeirləri yer almışdır.

 

27867213_1659992470723680_4912646336870290772_n

 

Yaxın günlərdə “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının təqdimatı və yayımı təşkil olunacaq. Kitablar artıq hazırdır.

28379825_1671171939605733_1083920677782941880_n

YAZARLAR.AZ

TƏQVİMDƏ  BU  GÜN – 14 – ü DEKABR – RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜDÜR…

1817592.jpg

TƏQVİMDƏ  BU  GÜN – 14 – ü DEKABR,  DÜNYACA MƏŞHUR  AZƏRBAYCAN OĞLU, RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜ OLMASI İLƏ ƏLAMƏTDARDIR. BU GÜN RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜDÜR… RUHUN ŞAD OLSUN, VƏTƏN OĞLU…

 

1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.  Uşaqlıq illəri qismən çətinliklərlə keçsə də uca  Yaradanın ona bəxş etdiyi, heç kimdə olmayan böyük bir sərvət sahibi idi Rəşid… O özü də bunun fərqində idi…   Hansı sahədə təhsil almasından və çalışmasından asılı olmayaraq həyatını bir an da olsun musiqisiz, səhnəsiz təsəvvür edə bilmirdi… O, səhnə üçün, doğulmuşdu….

 

R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir…“

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. „Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox“. R.Behbudov söhbətlərinin birində demişdi: „Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. «Arşın mal alan» Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim «Arşın mal alan» dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl «vizit vərəqəm» idi”.

1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə «Arşın mal alan» filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. «Bəxtiyar» filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F. Əmirovun  bu məşhur operasında yaratdığı Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

3fd39c3d2e9bb1cf86885d00c9b6e2f0

1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə «Rəşidiyyə» adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.

 

Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü — «Doğma Xalqıma» sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.

Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi…

 

HƏLƏ MAY AYINDA YAYILAN MƏLUMATLARA GÖRƏ  –

Rəşid Behbudovun həyat yoldaşı dünyasını dəyişib.

18302142_1507453992621171_763980555_n-540x369

Bu barədə Azərbaycanın tanınmış opera müğənnisi R.Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkədə məlumat yayıb.

 

Prezident İlham Əliyev böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

 

RƏŞİD BEHBUDOVDAN TƏKRARSIZ İFA: – SEVGİLİM.

 

QEYD:

Без названия (1)

QARANLIQ SƏHİFƏ:

 1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib.

O zamandan bəri müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

Qeyd edək ki, müğənninin ölümü ilə bağlı teleməkanda ilk dəfə “Ölümdən 24 saat əvvəl” verilişində geniş araşdırma aparılıb.

Modern.az saytı Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyevlə bu mövzuda söhbət edib. Bilal Əliyev bizə açıqlamada kasetlə bağlı maraqlı detaldan danışdı:

“1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Rus-ingilis dilləri arasında tərcümanlıq edirdi. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib”.

Rəşid müəllim o zaman istəmədi ki, qastrol heyətinin əhvalı korlansın, bununla bağlı söz-söhbət yaransın. Ona görə də bu söhbəti ikilikdə etmək istədi. Çünki o həm də Ali Sovetin deputatı idi. Rəşid müəllim həmişə elə bilib ki, mən rus dilini bilmirəm. Çünki başa düşsəm də, yaxşı danışa bilmədiyim üçün Rəşid müəllimin yanında rusca bir kəlmə də kəsmirdim. Ona görə də uşaqların hamısı durub gedəndə məni ayağa qalxmağa qoymadı. Dedi, “Bilalçik sən otur”. Sonra tərcüməçiyə tərəf dönüb dedi ki, “bu oğlan rusca heç nə bilmir, sən məni başa sal ki, bu nə məsələdir? Nə Şaumyan, nə dəfn, nə məzar?!”.  Ravi dedi ki, “bəli, Şaumyan burada yaşayıb və burada da dəfn olunub. Mən hətta onun dəfnində də iştirak etmişəm”.
Onda Rəşid müəllim dedi ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”. Mənim yanımda olan söhbət bu qədər olub”.

Bilal Əliyevin yanında söhbətin yalnız bir hissəsi olub. Amma həmin şəxs vasitəsilə Rəşid Behbudova kaset verilib. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gələrək həmin kaseti Qorbaçova fakt kimi təqdim edib. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayıb:

Bilal Əliyev: “Sonradan Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi oldum. Yəni o vaxt insanların danışdıqlarını indi sizə açıqlayıram. O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Onda mən barmağımı dişlədim ki, aha, sən demə, söhbət həmin kasetdən gedirmiş”.

Bu kasetə əslində sonun başlanğıcı da demək olar. Ondan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Bilal Əliyev bu barədə ətraflı danışır:

“Rəşid Behbudov haqqında nə istəsəniz məndən soruşun. Çünki mən ona övladı qədər yaxın idim. Biz bilirdik ki, onun səhhətində, xüsusən də böyrəklərində problemlər var. Hətta özü ikilikdə mənə demişdi ki, onun sidik kisəsində də hansısa problem var. Amma son hadisələr, Ali Sovetdən uzaqlaşdırılması, başqa deputatların yanında aşağılanması ona pis təsir etdi. Ondan sonra xəstə yatdı. Həyat yoldaşı Ceyran xanım, bir də teatrın o zamankı direktor müavini Eduard gəlib onun səhhəti barəsində danışırdılar. Onların danışığından eşitdik ki, Rəşid müəllimi o zaman Moskvada xüsusi tibbi komissiyaya da qoymayıblar. Hərçənd ki, Rəşid müəllim həmişə ora gedirdi. Ceyran xanımın bəzi müraciətlərindən sonra bu qadağa aradan qaldırıldı. Sonra çağırdılar. Bəlkə də bu çağırışda xüsusi planları olub, onu mən deyə bilmərəm”.

Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olub: “Ceyran xanım və Eduard bu haqda  danışırdılar. Mən də onlardan eşitmişəm. Deyirdilər ki, “biz Rəşid müəllimin olduğu palatanın qapısının azında gözləyirdik. Qəfildən, gözləmədiyimiz halda tibb bacısı çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz şok olduq. Tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa hamısını çıxarıblar. Səs-küy salıb dedik nə ixtiyarınız var ki, sistemi çıxarasınız”. Onlara da yalandan deyiblər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb”.

Söhbətin bu yerində müğənniyə “Bilal müəllim, belə söhbət də var ki, Rəşid Behbudovun özü xanımına deyibmiş ki, o kasetdən və Qorbaçovla mübahisədən sonra onu aradan götürəcəklər. Bu haqda nə bilirsiniz” sualını verdik.
Xalq artistinin cavabı belə oldu:

“Mən o zaman başqa yerdə olmuşam. Rəşid Behbudov dünyasını dəyişəndə Naxçıvanda toyda idim. O zaman Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Fəttah Heydərovun müavini Sveta xanım mənə yaxınlaşaraq dedi ki, “bir xəbər deyəcəyəm, amma toxtaq ol, Rəşid müəllim rəhmətə getdi”. Diz üstə çökərək ağladım. Toy da yarımçıq qaldı. Məni Bakıya yola saldılar. O zaman vəziyyət başqa cür idi. Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik edirdi. Amma onu deyim ki, dəfn pis təşkil olunmadı. Vəzirovun özü də ora gəlmişdi.

Rəşid müəllimin çox arzusu ürəyində qaldı. Məsələn, mənə deyirdi, “bunlara, yəni rəhbərliyə çox deyirəm ki, yoldaşım məndən cavandır, qoy məndən sonra Mahnı Teatrına o rəhbərlik etsin. Çünki dünyada ilk Mahnı Teatrını mən yaratmışam və xanımın bu zaman yanımda olub. Teatrın bütün işlərini bilir”. Amma ona imkan vermədilər. Çox söz-söhbətlər oldu. Bunları mənə Rəşid müəllim danışıb. Mən də danışım ki, el-oba, xalq bunlardan xəbərdar olsun”.

Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. Amma əsas səbəb kimi yuxarıda danışılan detal göstərilir. Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:

Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Yaqub Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da var.

 İLKİN MƏNBƏLƏR:

https://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_Behbudov

http://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5594/r%C9%99%C5%9Fid-behbudov.html

http://a24.az/resid-behbudovun-heyat-yoldasi-vefat-etdi-foto/

http://modern.az/az/news/90601/#gsc.tab=0

 

YAZARLAR.AZ  OLARAQ, BÖYÜK SƏNƏTKARI HÖRMƏTLƏ ANIR, BİR DAHA RUHUN ŞAD OLSUN DEYİRİK…. AZƏRBAYCAN DURDUQCA ONUN MAHNILARI, ONUN SƏSİ GƏLDİKCƏ AZƏRBAYCAN YAŞAYACAQ….

 

 

BU 9 NOYABR DA BELƏ GETDİ…

23559688_1522003657895434_4375682642049265417_n

BURA DEMƏK OLAR Kİ, ŞƏHƏRİMİZİN – BAKI ŞƏHƏRİNİN – AZƏRBAYCAN RESPUBLİKASININ PAYTAXTININ – ƏSAS GİRİŞLƏRİNDƏN BİRİ OLAN 20 YANVAR DAİRƏSİDİR…. VƏ BURADA UZUN MÜDDƏTDİR ÇOX QƏRİBƏ BİR, PARADOKSAL VƏZİYYƏT HÖKÜM SÜRMƏKDƏDİR….. BİR TƏRƏFDƏ AZADLIQ, MÜSTƏQİLLİK, BAYRAQ UĞRUNDA CANINDAN KEÇİB, QANLARINI TÖKMÜŞ ŞƏHİDLƏR DİGƏR YANDA İSƏ ONLARIN UĞRUNDA ŞƏHİD OLDUQLARI AMALLARI SİMGƏSİ OLAN BAYRAĞIMIZ….

ŞƏHİDLƏRİMİZ BAYRIĞIMIZIN BU VƏZİYYƏTİNƏ ELƏ MƏSUM-MƏSUM BAXIR Kİ, ADAMIN NİTQİ QURUYUR, AĞZINDA DİLİ TƏPİYİR, DEMƏYƏ SÖZ TAPMIR…. KƏSƏDƏN VALLAHİ – BİLLAHİ İLK KƏS GÖRƏNİN LAP MATI-QUTU QURUYUR…. SİZ DƏ BAXIN:

 

23561712_1522008954561571_8688510266042313128_n

 

23518924_1522003591228774_1804254392148833282_n

BU 9 NOYABR DA BELƏ GETDİ…

YAZARLAR.AZ

 

#zaurustac #yazarlaraz #ustacaz #9noyabr

9 NOYABR – İLK XÜSUSİ TƏYİNATLI BÖLMƏLƏRDƏN BİRİNİN FƏRQLƏNMƏ NİŞANI.

10615521_609036789229464_6259883448738916348_n

1993 – CÜ İLİN ƏVVƏLLƏRİNDƏ YENİ – YENİ YARANMAQDA OLAN AZƏRBAYCAN MİLLİ ORDUSUNUN İLK XÜSUSİ TƏYİNATLI BÖLMƏLƏRİNDƏN BİRİNİN SİNƏ FƏRQLƏNMƏ NİŞANI.

Müəlif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #9noyabr

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində VAKANSİYALAR.

08-10-2016i1

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
İdarədən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər oktyabrın 3-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim günü davam edəcək qeydiyyat prosesi 12.10.2017-ci il tarixdə saat 23:59:59-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.
Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər ola bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müvafiq vəzifələr üzrə işə qəbul 3 ildən artıqdır müsabiqə qaydasında aparılır. Yeni qaydanın tətbiqi ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Təsadüfi deyil ki, işə qəbulla əlaqədar birbaşa BŞTİ-yə müraciət edən vətəndaşların sayı artmaqdadır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.
İLKİN  MƏNBƏ: