Müddətli müqavilə ilə işə qəbul üzrə III tur

Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tur keçiriləcək:

41949942_493388554460629_3598441664944799744_n

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna sentyabr ayının 22-dən etibarən start verilir.
Üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.
Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Üçüncü tur üzrə elektron sənəd qəbulu sentyabrın 23-ü saat 23:59-dək davam edəcək.

İLKİN MƏNBƏ: İnsan Resursları Mərkəzi

Advertisements

Yasamal rayonu ərazisində yaşayan VETERANLARIN NƏZƏRİNƏ!

10492474_515384861927991_1935368515370670425_n

Yasamal rayonu ərazisində yaşayan VETERANLARIN NƏZƏRİNƏ!
Əziz qardaşlar. AVMVB Yasamal rayon şöbəsi fəaliyyətini bərpa edir. Üzvlərin siyahıları bizdən asılı olmayan səbəblərdən itib. Yasamal rayonu ərazisində yaşayan Qarabağ müharibəsi veteranlarındandan xahiş olunur fəaliyyətimizi bərpa etmək üçün

Salman Umid Huseynova  müraciət etsinlər.

 

Дорогие друзья. Ясамальское отделение Объединения Ветеранов Карабахской войны возобновляет свою деятельность. Так как документы, списки членов объединения Ясамальского отделения по независящим от нас причинам были утеряны(уничтожены), члены AVMVİB и ветераны, не вступившие в объединение, проживающие на территории Ясамальского района могут обращаться 

Salman Umid Huseynov  для перерегистрации.

 

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

Aİİ-də “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış” mövzusunda dəyirmi masa keçirilib

Aİİ-də “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış” mövzusunda dəyirmi masa keçirilib:

 

42124202_327502867810309_823062050564472832_n

19 sentyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və institutun müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru dosent Elnurə Əzizova, ilahiyyatçı alim Aslan Həbibov və tədqiqatçı-yazar Natiq Rəhimov iştirak ediblər.
Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edən Aİİ rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərn təşkil edildiyini bildirən rektor bu günkü dəyirmi masanın Kərbəla hadisəsinə həsr oldunduğunu söyləyərək hadisənin mahiyyəti haqqında fikirlərini bildirib. C.Məmmədov bildirib ki, 680-ci ildə baş vermiş Kərbəla hadisəsi İslam tarixinə yazılmış qanlı səhifələrdəndir. C.Məmmədov qeyd edib ki, İslam peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının faciəvi şəkildə şəhid edilməsi müsəlmanların hər zaman ürək ağrısı ilə xatırlayacağı hadisədir. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bu faciəni tarix boyunca dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar.
Azərbaycanda son illər həyata keçirilən uğurlu din siyasəti nəticəsində Kərbəla hadisələrinə, Aşura mərasiminə daha mütərəqqi yanaşma müşahidə edildiyini vurğulayan C.Məmmədov bildirib ki, Kərbəla şəhidlərinin xatirəsi ölkəmizdə qan verərək insanların həyatını xilas etməklə yad olunur. Bu işin təşkili ilə belə müqəddəs və tarixi günlərdə insanlıq üçün fədakarlıq dəyərləri aşılanır ki, bu da əsl İslamın mahiyyəti ilə üst-üstə düşür. Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfədir. C.Məmmədov vurğulayıb ki, sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır. Aİİ-nin bu il qanvermə aksiyası təşkil etdiyini və institutut heyətinin də bu qanvermədə iştirak etdiyini deyən C.Məmmədov belə nümunəvi tədbirlərin davamlı olacağını bildirib.

42101565_327502881143641_199245018920124416_n
Dəyirmi masada Məhərrəm ayının müsəlman aləmində mühüm dini-mənəvi əhəmiyyət daşıyan, özündə hüzn və mərdlik, qəhrəmanlıq birləşdirən mühüm hadisələr ayı olduğunu söylənilib. Qeyd olunub ki, İmam Hüseynin və tərəfdarlarının şəhadəti İslam adına çox böyük şücaət nümunəsidir. Bütün müsəlmanlar bu faciəni tarix boyunca, dərin kədərlə qarşılayıblar. Məruzəçilər vurğulayıblar ki, təsadüfi deyil ki, klassiklərimizin əksəriyyəti öz yaradıcılığında Kərbəlada baş vermiş hadisələrə xüsusi yer ayırıb, İslam peyğəmbərinə və Əhli Beytə məhəbbətlərini izhar ediblər. Buna bariz nümunə kimi Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əliağa Vahid və digərlərinin əsərləri nümunə göstərilib. Kərbəla hadisəsinin sosio-psixoloji tərəflərini təhlil edən dəyirmi masa iştirakçıları bu hadisənin yaşadığımız dövrdə İslam dünyası, xüsusən xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Bildirilib ki, Kərbəla hadisəsi özlüyündə düşmənə və zülmkara qarşı mübarizə aparmağı təlqin edir. Torpaqlarımızın 20%-nin erməni işğalçılarının tapdağı altında olduğunu, həmçinin öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın bu zülmdən əziyyət çəkdiyini nəzərə alsaq, Aşura günü matəmdən çox, qəhrəmanlıq salnaməsi kimi yad edilməli, gənclərimizə İmam Hüseynin mübarizlik məktəbi nümunəsi kimi göstərilməlidir. Təşkil edilmiş təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı, torpaqlarımızın azad edilməsi uğrunda həlak olmuş vətən övladlarının xatirəsinin yad edilməsi təqdirəlayiqdir.
Dəyirmi masa tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.

İLKİN MƏNBƏ:

MƏRZİYƏ SARVAN DƏRS ZAMANI

GÖZƏL İNSAN, TANINMIŞ  ŞAİRƏ, TƏCRÜBƏLİ  PEDAQOQ, “ZİYADAR”  MÜKAFATI  LAUREATI  MƏRZİYƏ  SARVAN DƏRS ZAMANI:

41961419_493388577793960_6777552177993875456_n

42117027_493388431127308_1258854394766557184_n

41961287_493388507793967_6438381861918998528_n

41949942_493388554460629_3598441664944799744_n

YENİ DƏRS İLİNİZ MÜBARƏK… BU MÜQƏDDƏS  İŞİNİZDƏ YARADAN YARDIMÇINIZ OLSUN… UĞURLARINIZ BOL OLSUN…

YAZARLAR.AZ

 

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir… – İldırım Əkbəroğlu.

35082891_139802596890004_6003989324868091904_n

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir. Ona görə də şeri oxuyarkən o, oxucunun qəlbini çırpındırmalıdır, ürəyini şirin-şirin döyündürməlidir. Bununla bərabər, şerin sevilə-sevilə oxunması üçün, bu şerdə yeni fikir olmalıdır, oxucunun başqa şerlərdə oxumadığı yeni mənalar olmalalıdır. Son zamanlar oxuduğum şerlərin içərisində, yuxarıda dediyim fikirlərə, yüksək dəyərli mənalara Zaur müəllimin poeziyasında tez-tez rast gəlmək olur ki, bu da, tanınmış şairimiz Zaur Ustacı öz oxucularına sevdirir. Zaur müəllimin “Dünya” şeri onun oxucuları tərəfindən bəyənilmiş yeni fikirli şerlərindən biridir. Belə ki, dünya adına yazılmış bir çox şerlərdə günahkar kimi dünya tanınır, qınaq yeri dünyadır. Lakin, Zaur müəllimin bu şerində, haqlı olaraq günahgar dünyanın deyil, özünü apara bilməyən insanlarda olduğunu poetik şəkildə oxucunun diqqətinə çatdırır. Doğurdan da,  axı dünya neyləsin? – imkan verir ki, insan yaradıb qursun, təbii sərvət verir ki, dolansın.İnsanın da, mini yaradıb qurur biri yandan çıxıb, illərlə yaradılanları məhv edir, dağıdır. Dünya neyləsin axı, gözləri dünyanın ona verdiyi tükənməz maldan doymur,gedib özgəsinin də əlində olanını tutub alır. Ancaq, sonunda insan özü ilə heç nə aparmır və əli boş dünyadan köçüb gedir. Yenə də dünyanın malı dünyanın özünə qalır. Bütün bu dediklərim Zaur müəllimin üç bəndlik şerindən çıxan mənalardır ki, bu möhtəşəm fikirləri , bu böyük mənaları kiçik bir şerdə ifadə etmək Zaur Ustac kimi böyük şair bacarar. Bu gözəl şerə görə Zaur müəllimə oxucular adından təşəkkür edirəm və həmişə olduğu kimi, yenə də, onun gözəl şerlərini oxumaq üçün səbirsizliklə gözləyirəm!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

İnsan Resursları Mərkəzində vətəndaşların qəbulu həyata keçiriləcək.

kitab

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı Institunun nəzdində İnsan Resursları Mərkəzində həftənin II və IV günləri saat 14:00-dan 18:00-dək vətəndaşların qəbulu həyata keçiriləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar yuxarıda qeyd olunmuş vaxtda İnstituta (ünvan: Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) gələrək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ

İldırım Əkbəroğlu Zaur Ustacın “DOSTUM” şeiri haqqında.

28577750_212270522847643_3044543277715058320_n

Mənəvi dünyamıza çağırış,saflığa, mənəvi təmizliyə çağırış… Nə gözəl olar insan bu çağrışa qoşulub yaşadığımız bu dünyada addımlarını həyat yolunda düz ata, ətrafına boylanıb yaxşını, pisi seçib, yaxşını qoruya, pisi təmizləyə, vətənini, elini , obasını ürəkdən sevə, vətəninə ürəkdən vətəndaşlıq edə… Zaur Ustacın bu şerində bütün bunlar ətrafına, dostuna, yaxın bildiyinə və canından çox sevdiyi vətəninin vətəndaşlarına töfsiyəsidir, məsləhətidir. Hər insanın əməlləri öz hərəkətinə uyğun, davranışına uyğun öz layiqli cavabını alacaq bir gün, çünki, hər insanın əməlləri görünür, bilinir, hiss olunur, pisin cəzası, yaxşının hədiyyəsi-Ulu Tanrının əlindədir. Bütün bu dediklərim Zaur müəllimin şerini oxuyub gəldiyim fikirdir və Zaur müəllim bu şeridə də öz poetik fikirləri ilə mənəvi aləmimizi oxucularına açır və öz müdrik tövsiyələri ilə, hər bir vətəndaşın, hər bir kəsin düz addımları ilə vətəninə, elinə-obasına gərəkli bir vətəndaş olmasına çağrış edir. Çox gözəl şerdir, Zaur, əzizim! Bu təbi, bu istedadı sizə verənə şükürlər olsun, Yazan əlləriniz var olsun!

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

15 SENTYABR – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!!

29214882_349674608877576_4922587190472474624_n

BAYARMIMIZ MÜBARƏK – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!! GÜN, O GÜN OLSUN Kİ, QARABAĞIMIZI AZD EDƏK…. BUNUN BAŞQA YOLU YOXDUR : GEC-TEZ İKİ QARDAŞ OrDU LAÇIN DƏHLİZİNDƏ GÖRÜŞƏCƏK…

10615521_609036789229464_6259883448738916348_n

YERİ GƏLMİŞKƏN, 90-CI İLLƏRİN ƏVVƏLLƏRİNDƏ DƏ BİZİM YANIMIZDA OLUB, ORDU QURUCULUĞUNDA DƏSTƏKLƏYƏN TC ZABİTLƏRİNİ (1993 – Yüzbaşı Serdar BİLGE, Minbaşı Levent bey timsalında) SALAMLAYIRAM…(dünyasın dəyişənlərə Allahdan rəhmət diləyirəm…)

41755243_1170685179748796_3224470659094544384_n

MÖHTƏŞƏM YÜZ İL – BAKI O GÜNLƏRİ BELƏ XATIRLADI….

Müəllif:   Zaur Ustac

14 sentyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib.

Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib:

41779757_325153118045284_7304665529887752192_n

14 sentyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib.

 

41864459_325153204711942_4276635117155254272_n

 

41708028_325153138045282_1597562542295613440_n
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edən C.Məmmədov bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir.
Aİİ-nin yaradılmasının Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biri olduğunu vurğulayan C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışıb. Rektor, Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarlar, diskussiyalar və görüşlər təşkil edildiyini və belə tədbirlərin davamlı olacağını bildirib.
Sonra Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda məruzəsini təqdim edib. A.Qənbərov qeyd edib ki, sekulyarizasiya tezisi din sosiologiyasının ən aktual problemlərindən biridir. Bu tezisə görə, sekulyarizasiya ictimai proses olub, müasir cəmiyyətdə dinin rolunun və funksiyalarının azalması və ya ictimai-siyasi həyatda dinin öz əhəmiyyətini itirməsi mənasına gəlir. Sekulyarizasiya ictimai nəzəriyyə kimi, XIX və XX əsrlərdə bir çox sosioloq tərəfindən müdafiə edilməsinə baxmayaraq, son zamanlarda ciddi tənqidlərlə üzləşib. Belə ki, bu tezisin dinin gələcəyi ilə bağlı irəli sürdüyü fikirlər etirazlara və mübahisələrə səbəb olub. A.Qənbərov sekulyarizasiya prosesinin tarixi və sosioloji cəhətdən analizini şərh edərək prosesinin mahiyyəti, onun müxtəlif istiqamətləri, sekulyarizasiya prosesininin müasir cəmiyyətdə dinin funksiyalarına təsiri, eləcə də bu konsepsiyaya qarşı irəli sürülən fikirlər haqqında ətraflı təhlillərini də təqdim edib.
Seminar tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.

İLKİN MƏNBƏ:

 

 

YAZARLAR.AZ

Zaur Ustac: Bir budaqdan üç yarpaq…

zaur ustac dostum

DOSTUM

 

Dostum, haqq yoluna qayıt indidən,

Sonra əməlindən olma peşiman.

Gördüyün işlərə, dediyin sözə

Bir gün, sorğu-sual olacaq inan!

* * *

Yaşama, dünyanı hədər yerə, sən!

Sabahkı gün üçün yaşa bu gündən,

Nəfsin güdazına vermə ömrünü,

Sabahkı yaşayış doğur bu gündən!

* * *

Xülyalar yolunda olma canfəşan,

Arzu, istəyini inam üstə qur!

Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “sur”!

 

06.10.1996. Bakı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,
İnsan öz ömrünü son edə bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, hrç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!

* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstü də,
Heçdən yaranmayıb, heç ola bilməz!

* * *

Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!!!

18.10.1996. Bakı.

 

 

 

 

DÜŞÜNCƏLƏR

 

Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan…
* * *
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
* * *
Şükür bəzək olsun şirin dillərə,
Ağıl çəpər olsun əsən yellərə,
Düzlük mayak olsun, tüm əməllərə,
Bir gün, bu işlərə hesabatçısan!
* * *
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
* * *
İnam et həmişə axirətinə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!

20.10.1996. Bakı.

 

 Müəllif:  Zaur Ustac