2018 – ci il MİQ-də İbtidai Sinif Müəllimləri üçün vakant yerlər və birinci turun nəticələri

letter-a

2018 – 19 – cu  tədris ili üçün  MİQ-də İbtidai Sinif Müəllimliyi ixtisası üzrə vakant yerlər və birinci turun nəticələri:

YAZARLAR.AZ

Advertisements

İLDIRIM ƏKBƏROĞLU – BİRİ GÖZÜMÜN.

 

13709828_868281526638321_2286484615479056850_n — копия

BİRİ GÖZÜMÜN 

(Müsabiqə çərçivəsində N 3)

Görmürəm dünyanı əvvəlki kimi,
Demirəm azalıb nuru gözümün.
Neynirəm loğmanı,ya da həkimi,
Sənsən qığılcımı,qoru gözümün.

Ruhum qəlb oxşayan sözündə qalıb,
Fikrim gül ləçəyi üzündə qalıb
Neynəyim,vurulub gözündə qalıb,
Məhəbbət nurunu qoru gözümün.

Hər zaman oxşaram səni qəlbimdə,
Görməz qeyrisini gözüm bu dəmdə.
Qoy,baxım gözünə doyunca,həm də,
Silinsin həsrəti,toru gözümün.

İldırım ,istəsə ulduzu,Ayı,
Ver,ancaq,neynir o,əlçatmaz payı.
Səni görməyimə bəsdir bir tayı,
Götür,sənin olsun biri gözümün.

 

Müəllif: Ildırım Akberoğlu

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK – İLDIRIM ƏKBƏROĞLU

35332504_1306899926109810_2671989005557432320_n

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK
(Zaur Ustaca) Müsabiqə çərçivəsində N 2

Taparam o yeri,gəzib,lap,şamla
Sel olar gözümdən düşən hər damla.
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur,ömür-gün gödək
Ağdama gedəndə yoldaşlı gedək.

“Gələrəm!” dediyim neçə il çəkib,
Hənrimi duyacaq,avaz-dil çəkib.
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini,bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək.

Qaçqında gün ağır,köçkündə qara,
Dönüb ürəkləri kül altda qora.
Tay yerdən havadan yol çəkək ora
Xəyal yollarımız qabar,döyənək
Ağdama gedəndə yoldaşlı gedək

İldırım sülh belə olmaz ərzi gəz,
Yumuruq görməsə yağı baş əyməz!
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əllərdə çiçək
Ağdama gedəndə yoldaşlı gedək.

 

Müəllif: Ildırım Akberoğlu

 

 

 

QARABAĞ,O GÜNÜ,KAŞ Kİ,TEZ GÖRƏM – İLDIRIM ƏKBƏROĞLU

10405611_520858741380603_2832956189186008079_n — копия

QARABAĞ,O GÜNÜ,KAŞ Kİ,TEZ GÖRƏM

(Müsabiqə çərçivəsində yayımlanan şeir N 1)

Daşın qu tüküdür,rahatdır ondan,
Əzəldən halıdır Yer bu oyundan.
Öpüb torpağından,içib suyundan,
Enib bulaq üstə bir süfrə sərəm,
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Üzümə mehinin ətiri dəysin,
Gözümə quşların sətiri dəysin.
Başıma ağacın çətiri dəysin,
Əl atıb ağacdan meyvə də dərəm,
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Meh vursun,yarpaqlar nəğmə oxusun,
Bahar gül-çiçəkdən xalı toxusun.
Getsin hərb qoxusu,çiçək qoxusun,
Canlansın gözlərdə Gülüstan-İrəm
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Görən oyanıbmı Xarıbülbülüm?
Düşmən tapdağında yaşamaq zülüm.
Yananım yoxdur ki,dərdimi bölüm,
Gərək,zülmə özüm sinəmi gərəm
Qarabağ ,o günü,kaş ki,tez görəm!.

İldırım,nadana söz demək hədər,
Yağı qudurmazdı,yoxsa bu qədər.
Qalxsa qartal ordum düşməni didər,
Açılar keçilməz bağlı bənd-bərəm,
Qarabağ ,o günü,kaş ki,tez görəm!

Müəllif: Ildırım Akberoğlu

 

 

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başa çatıb

76724 — копия

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. 2-8 iyul 2018-ci il tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib. Ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 757 namizədin ərizəsi qəbul olunub.

İyulun 10-da elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndəriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

 

İLKİN  MƏNBƏ:

http://edu.gov.az/az/page/9/15209

 

 

MİQ – 2018 BARƏDƏ TAM MƏLUMAT

 

76724 — копия

 

MİQ imtahanın qeydiyyat mərhələsi iyul ayının 2-dən 8-nə qədər həyata keçiriləcəkdir. Yaranacaq problemləri nəzərə alaraq vaxtında qeydiyyatdan keçməyiniz məsləhətdir. Qeydiyyatı son günlərə və saatlara saxlamaq məsləhət deyil. DQ balı ilə qeydiyyat keçmək olmur yalnız keçən il MiQ imtahanında topladığınız balla imtahanda iştirak edə bilərsiniz. Müəllimlərin işə qəbulu imtahanında ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisas üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi diplom almış şəxslər iştirak edə bilər. Pedaqoji təhsilin son pilləsində olan tələbələr isə oxuduğu təhsil müəssisəsindən diplomu əvəz edən arayış almalıdır. Həmçinin müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırki iş yerindən çıxmadan imtahanda iştirak edə bilərlər. Onlar imtahanda uğur qazanmadıqları təqdirdə yenə də əvvəlki iş yerlərində pedaqoji fəaliyyətlərini davam etdirirlər. Müddətsiz müqaviləlilər üçün imtahanda iştirak etməyin heç bir mənfi cəhəti yoxdur. Qeydiyyatdan keçmək üçün miq.edu.az saytına daxil olub, şəxsi məlumatlarınızı təsdiqləyin. Bu məlumatları təsdiqləmək üçün sizə şəxsiyyət vəsiqəsi və diplom lazım olacaq. Qeydiyyatı uğurla tamamlayan hər bir namizədin şəxsi səhifəsi yaranır. Şəxsi səhifəyə daxil olmaq üçün sizə təqdim edilən iş nömrəsi və fin kodu unutmayın. Fin kod şəxsiyyət vəsiqəsinin aşağı sağ küncündə olan 7 rəqəm və hərf qarışığıdır. Qeydiyyatın 1ci mərhələsində göstərilən bəndlərdən ilk dəfə imtahanda iştirak etmək istəyənlər İmtahan mərhələsi üçün qeydiyyat, 2017-ci ilin MİQ balı ilə iştirak etmək istəyən isə həmin bölməni seçir. Hər bir müəllim diplomunda yazılan ixtisası qeyd etməlidir. Namizədin şəxsi səhifəsində göstərilən balın görünməsi təbiidir. Yəni ki, əgər keçən il MİQ imtahanında iştirak etmisinizsə, bu balla seçim etməsəniz belə səhifənin aşağı hissəsində bu bal yenə də görünəcək. Ərizədə qeydiyyata başlayan kimi imtahan mərhələsi üçün qeydiyyatı seçdiyiniz üçün heç bir problem olmayacaq. Yanlız MİQ 2017-ci ilin balı ilə qeydiyyatdan keçənlərin balının qarşısındakı seçim yazılan dairə qaralanmış olacaq. Qeydiyyat zamanı hər hansı bir səhv etməmək üçün ən son mərhələdə bütün məlumatlarınız yığılmış formada sizə təqdim olunur. Təsdiqləmədən öncə doğruluğuna əmin olmadığınız bir hissə varsa, əvvəlki səhifəyə qayıdaraq dəyişə bilərsiniz. Təsdiqlənmiş ərizədə təəssüf ki, düzəliş etmək olmur. Əvvəlcə ərizəniz baxılma mərhələsindədir yazılır və daha sonra təsdiq olunub sözü ilə əvəz olunur. Diplomun seriya nömrəsini yazarkən yanlız rəqəmləri yazmaq kifayətdir. Faktiki yaşadığınız ünvan sizin hal-hazırda yaşadığınız ünvan hesab olunur. Əgər şəxsiyyət vəsiqənizdəki qeyd olunmuş ünvanda yaşayırsınızsa, həmin ünvanı yaza bilərsiniz. O ünvan deyilsə, yaşadığınız kənd, rayon şəhər olmaqla qeyd edirsiniz. Qeydiyyat bitdikdən sonra şəxsi səhifəyə imtahanın keçirilmə yeri, saatı və tarixi göndəriləcək. Göstərilən tarixdə və saatda imtahan yerində olmaq vacibdir. İmtahana gedərkən şəxsiyyət vəsiqənizi aparmaq mütləqdir. Kompüterə vəsiqənin seriya nömrəsini yazmaqla suallarla tanış olacaqsınız. İmtahan 90 dəq müddətində keçirilir və namizədlərə 60 sual təqdim olunur. 60 sualdan 40-ı ixtisas, 10 təlim strategiyaları və metodika, 10 sual isə məntiqə aiddir. Səhv cavablar doğru cavabların sayına təsir etmir. Kompüterdə istədiyiniz sualdan başlaya bilərsiniz. İmtahanda bütün sualları cavablandırdıqdan sonra yenə şəxsiyyət vəsiqəsinun seriya nömrəsini daxil etməklə imtahanı bitirirsiniz. Keçid balı müsabiqə iştirakçılarının ümumi orta statistik göstəricilərinə görə müəyyən olunur. Vakant yer seçimi mərhələsində Bakı şəhəri və rayonlar üzrə təqdim olunan vakant yerlərdən 8 yer seçmək hüququnuz var. Balınıza uyğun yer seçərkən həmin vakant yerin qarşısında bu yeri seçmiş digər namizədlərin də balını görəcəksiniz. Vakant yeri tutmaq hüququ qazanmış şəxslər müsahibəyə dəvət olunur və bu mərhələdə sizin psixoloji hazırlıq, dünyagörüş səviyyəniz yoxlanılır. Müsahibə mərhələsinə hamının getməyi vacibdir. Müddətsiz müqavilə ilə işləyib, imtahandan yerdəyişmə kimi istifadə edən müəllimlər də müsahibəyə dəvət olunur. Çünki sənədləri dəqiqləşdirmək və həmin yerə gedib-getməyəcəyi haqqında məlumat alınır. Bu suallara müsbət cavab verən şəxslərin şəxsi səhifələrinə məlumat göndərilir. Məlumatda qəbul olduqları məktəbdə qeydiyyatdan keçəcəkləri tarix göstərilir. Uğurlar!

Mənbə:Aynura Baghirova

İLİN ƏN ÇOX OXUNAN KİTABI

ZUGS

 

“İLİN ƏN ÇOX OXUNAN KİTABI” ADINI İKİ TƏDRİSİ İLİ ARDICIL OLARAQ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI ÖZÜNDƏ SAXLAYIR. BELƏKİ, 2016-2017 – Cİ TƏDİS İLİNDƏ OLDUĞU KİMİ BU İLİN DƏ SONUNA YAXINLAŞDIQCA MƏLUM OLUR Kİ, 2017-2018 TƏDRİS İLİNDƏ DƏ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  İNTERNET ÜZƏRİNDƏN ƏN ÇOX OXUNAN KİTAB OLUB. ADI ÇƏKİLƏN KİTAB ƏSASƏN BİRİNCİ SİNİFLƏR ÜÇÜN SİNİFDƏNXARİC OXU VƏSAİTİ KİMİ NƏZƏRDƏ TUTULSA DA UŞAQ BAĞÇA TƏRBİYƏÇİLƏRİ DƏ KİTABDAN GENİŞ İSTİFADƏ EDİRLƏR. VƏSAİTİN UNİKALLIĞI ONUN ƏLİFBAMIZDAKI BÜTÜN HƏRİFLƏRİ  VƏ EYNİ ZAMANDA RƏQƏMLƏRİ PROQRAM ARDICILLIĞI İLƏ İZLƏMƏSİNDƏN İBARƏTDİR. HƏM DƏ KİTABDAKI ŞEİR VƏ TAPMACALAR OLDUQCA AXICI VƏ YADDAQALAN OLDUĞUNDAN BALACALAR TEZ MƏNİMSƏMƏYİ BACARIRLAR. ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  ƏSASƏN AŞAĞIDAKI SAYITLAR ÜZƏRİNDƏN TAM TƏHLÜKƏSİZ VƏ PULSUZ İSTİFADƏ OLUNUR:

 

http://kitabxana.net/?oper=readBook&id=2551

 

http://anl.az/el/Kitab/2016/uz_gsh.pdf

 

https://zaurustacinkitablari.files.wordpress.com/2018/04/zu-e28094-gs.pdf

 

https://www.twirpx.com/file/2136319/

 

ANCAQ, ARAŞDIRMALAR GÖSTƏRİR Kİ, KİTAB ƏN ÇOX

 

https://oxuzal.wordpress.com/zaur-ustac-gulunun-seirl%C9%99ri/

BLOQ-SAYITDAN OXUNMUŞDUR. DAHA BİR STATİSTİKA DA SİZİN ÜÇÜN MARAQLI OLACAQ. MƏLUM OLMUŞDUR Kİ, BÜTÜN DİGƏR MÜXTƏLİF SAYITLARDA OLAN PDF FORMATDAN ÇOX  TƏK  BU SAYITDAKI PDF OLMAYAN AÇIQ FORMALI MƏTNDƏN DAHA ÇOX İSTİFADƏ OLUNMUŞDUR. SON DÖRD İLİN MƏLUMATLARI ARAŞDIRILARKƏN O DA MƏLUM OLUB Kİ, ƏSASƏN OKTYABR-NOYABR VƏ APREL -MAY AYLARINDA İSTƏR KİTABA, İSTƏRSƏ DƏ AYRI – AYRI ŞEİRLƏRƏ MÜRACİƏT DAHA ÇOX OLUR. PİK VAXTLARDA – HƏFTƏDƏ – ORTALAMA 250-300 MÜRACİƏT QEYDƏ ALINMIŞDIR.

SONDA KİTABDAKI ŞEİRLƏRDƏN BİR NÜMUNƏ :

 

 

YAZARLAR.AZ

Şair Zaur Ustac haqqında: – Əjdər Əlizadə

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  ikinci  yazı:

otuzfscild

Şair Zaur Ustac haqqında:

Zaur Ustac öz dəsti-xəti ilə, şeir yazmaq üslubu ilə, özünəməxsus şairlik istedadı ilə müasir Azərbaycan ədəbiyyatına artıq püxtələşmiş bir şair kimi daxil olacaq şairlərdəndir. Zaur Ustac yaradıcılığı çox maraqlı, çox zəngin və oxucunun ürəyinə yol tapandır. Şairin vətənpərvər, hərbi vətənpərvər və müqəddəs anaları vəsf edən şeirlərini xüsusi qeyd etmək istərdim. Zaur Ustacın bu qəbildən olan dərslik kitablarına daxil edilə biləcək çoxlu sayda əsərləri mövcuddur. Qarabağımız, şəhidlərimiz və şəhid analarına həsr olunmuş şeirləri daha önəmlidir.
Şairin təbiəti vəsf edən şeirlərini oxuduqca insan qeyri-ixtiyari xəyal qanadlarına yüklənərək həmin dağlara, yamaclara, mənzərəli yerlərə səyahət edir.
Şairin sevgi şeirləri də çoxdur. Onun lirik şeirlərini oxuduqda keçmişdə sinədəftər, bədahətən deyişmələr edən şair və aşıqları, hətta Dədə Ələsgəri xatırlamamaq olmur.
Biz də istedadlı şair Zaur Ustaca bu gözəl və nəcib yaradıcılıq yollarında sonsuz nailiyyətlər arzulayırıq.

Müəllif: Əjdər Əlizadə

QISA ARAYIŞ:

Əjdər Əlizadə, keçmiş SSRİ jurnalistlər ittifaqının və indiki Azərbaycan jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm”- Fəxri Media Mükafatı laureatı (1983 və 2003), Həsənbəy Zərdabi adına Diplom (2003) laureatı.
Üç kitab müəllifi (“Sevgi də bir dünyadır”, “Qəzəllər”, “Vətənimi sevə-sevə yaşadım”)

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

 

 

 

“Zaur Ustac  ruhunun həsrət çiçəyi” – Bədirə  Həsənqızı

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən birinci yazı:

otuzfscild

– Bu gözəl  layihə  üçün  minnətdrlığımı  bildirirəm.

Söz  Tanrıdan  bir  hikmət, insanlığa nəsihətdir. Nəzmə çəkilən söz-ruhun qönçəsidir. Oxunduqca, anlaşıldıqca,  xoş  niyyət  çalarında  əmələ  köçdükcə,  daha da müqəddəsləşir,  zərif  ətrində  min-min  ruhu  təzələyir, qovuşdurur… Cox  sevilən, eyni  zamanda  seçilən  Zaur Ustacın  yaradıcılığı – ruhundan  qopan, qələmindən  süzülən  hikmət  çeşməsidir  desəm,  yanılmaram. Əlbəttə,  əgər  şairin yaradıcılığından  “Bilirsinizmi”?-deyə  aforizmlər  toplamalı  olsaydım,  gənc  nəslin  tərbiyəsində  önəmli  əhəmiyyəti  olan gözəl  bir  vəsait  yaratmış  olardım… Bu  mübaliğəsiz  belədir. Zaur  Ustacın söz  çeşməsi  bizi  axarında  həm keçmişə, həm  gələcəyə  aparmaqla,  bu  yollarda  ən  incə  məqamları  düşünməyi  tövsiyə  edir. Mən bu seçimimdən  bir  neçəsini  qeyd  etməklə  hörmətli  şairimizin  niyyət  gözəlliyini  bir  daha  nəzərə  çatdırmaq  istərdim.  Şairin insanlığa  nəsihəti, ruhumuzu dilləndirən,  əməldə  yaşatmalı  olduğumuz  düşüncələrindən  bir  neçə  yarpaq: 

 

–  “Ey  Qoca  Qurd,  mənzilini düz  seçmisən – duruş  gətir….”,

 

–  “Nəsimidən  alaq  örnək, Ustac desə, az olacaq…”,

 

– “Soy, o soydur, kök, o kökdür, qan, o qan…”

 

– “Sual  həmin, onda  nədir  çatmayan???

Cavab netdir: –  “Atatürkün  öfkəsi !!!”

 

-“Telinin əksikdi,  şana, fatası,

Namusdu, iffətdi, Qarabağ Atı!!!!”


– “Yaralı bir qəlbdə bitdin,

Hardan gəldin, hara getdin…

Ustacı sərfnəzər etdin,

Cücərtmişəm ah, çiçəyim,”

 

-“Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən  bizim  dünyaya  qırımımızsan…”

 

-“Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən  də  unutmur haqq tapan  oğlu….”

 

-“Əldə  çıraq  gəzəcəksən,
Ruhun  haçan  gəzsə  məni…”


-“Gör,  sənin  ağzına  baxır  neçə göz,…”

 

-“Ustac bulud kimi  dolub, ağlamır,

Köksünün  yarası  qaysaq  bağlamır,…” və s.

 

 Hörmətli  şairimiz  Zaur Ustaca  ruhunun həsrət çiçəyi olan  əsir ellərimizə gedən yolda zəfər  nəğməsi yazması diləyilə…can sağlığı, yaradıcılıq uğurları, ailəsilə birlikdə  xoş  günlər arzu edirəm.

12 Aprel-2018-il.

Bədirə  Həsənqızı  Niftaliyeva  (Neftçala-şair,  publisist)

Müəllif:   Bədirə Niftaliyeva

MÜSABİQƏ

meadnflag-11

YAZARLAR.AZ  Zaur Ustac yaradıcılığının 30 illik yubleyi münasibəti ilə  təsis  olunmuş “USTAC” Milli Mükafatı  uğrunda  MÜSABİQƏ  elan  edir.  

Mükafat   diplomdan, nağd puldan və laureatın YAZARLAR.AZ –da yayımlanmış yazılarından ibarət, “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının nəşr olunmasından ibarətdir. Pul mükafatının məbləği bütün dövrlərdə stabil və inflyasiyaya davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti həcmində nəzərdə tutulur. Pul mükafatı bir dəfə, tam həcimdə ödənilir və qanunamüvafiq olaraq bəxşiş – bağışlama, hədiyyə etmə əsasında olduğuna görə vergidən azaddır. Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika Günü ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə qdər çap olunub, laureata təhvil veriləcək. İştirak edin qazanın.

                                              MÜSABİQƏ  ŞƏRTLƏRİ:   

 

MÜSABİQƏDƏ ANCAQ VƏ ANCAQ YAZARLAR JURNALININ RƏSMİ QRUPU  “YAZARLAR”-IN YAZARLARI   – DA  PAYLAŞILAN  ŞEİRLƏR  İŞTİRAK  EDƏCƏK.HEÇ BİR  MƏHDUDİYYƏT OLMADAN UŞAQDAN BÖYÜYƏ HAMI İŞTİRAK EDƏ BİLƏR. UŞAQ VƏ GƏNCLƏRİMİZİN İŞTİRAKI DAHA MƏQSƏDƏUYĞUN OLARDI.  İŞTİRAKÇILARA UĞURLAR ARZU EDİRƏM !!! UĞURLARIMIZ BOL OLSUN….  

YAZARLAR.AZ