“DÖRD SUAL” -ın   oktyabr  qonağı Süleyman ABDULLA oldu.

21432836_488129588201664_6656655482114342893_n

“DÖRD SUAL” -ın   oktyabr  qonağı  dəyərli  şairimiz,  jurnalist – yazarımız,   Süleyman ABDULLA  oldu: 

QISA  ARAYIŞ:

Süleyman Abdulla 1965-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olub.1988-ci ildən şeirləri dövri mətbuatda çap olunur.2001-ci ildən AYB-nin üzvüdür.2 şeir,4 nəsr kitabının müəllifidi.

TƏQDİMAT:

 

 

– Saalam, Süleyman müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– İlk oxuduğum kitab:-1-ci sinifdə oxuduğum nağıl kitabı olub,kiçik həcmli kitab idi,təəssüf ki,adı yadımdan çıxıb…

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– V.Babanlının “Vicdan susanda” romanı…6-cı sinifdə oxuyurdum və buna görə müəllim tərəfindən möhkəm döyülmüşəm..

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

-M.Şoloxovun “Sakit Don” əsəri,8 çilddən ibarət idi. .

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– V.Hüqonu “Səfillər” əsəri…bu əsəri indi də 5-6 ildən bir təkrar oxuyuram!

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

YAZARLAR.AZ

 

Advertisements

“Dörd Sual” – ın sentyabr qonağı Aygun Sadiq oldu.

 

 

18882019_120486325200976_6081026409939674767_n

“Dörd Sual” – ın sentyabr qonağı dəyərli şairə,  hamımızın  sevimlisi  Aygun Sadiq oldu.

QISA  ARAYIŞ:

Aygün Sadiq 1986-cı ildə Rusiyada anadan olub. Şeir yazmağa şagirdlik illərindən başlayıb. İlk şeirini dördüncü sinifdə oxuyarkən yazıb. Dövlət müstəqilliyimizin 10 illiyinə həsr etdiyi “Azərbaycan” şeiri ilk dəfə “Savalan” qəzetində dərc edilib. Bakı “Azərbaycan” universitetinin filologiya fakültəsinin məzunudur. Müəllim və mətbuat işçisi kimi fəaliyyət göstərir. Şeir və hekayələri ölkə və Türkiyə mətbuatında dərc olunur.

– Salam Aygün xanım!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– İlk oxuduğum kitab:-Ədəbiyyatı uşaqlıqdan sevirəm. Özümü uşaqlıqdan ədəbiyyat fakültəsində təsəvvür edirdim. Dünya ədəbiyyatını da oxuyurdum. Onların üslubunu bəyənirdim. Məktəbli ikən artıq xanım yazarlardan Stou’nun, Voyniç’in, Kristi’nin azı bir əsəri ilə tanış idim. Ç.Bronte’nin “Ceyn Eyr”ini orijinaldan oxudum şagirdlik illərində. Kitab əlimdən düşməzdi. Evimizdə də bu sahəyə maraq çox idi. Anam incəsənət adamı idi. Onun şeir, qeyd dəftərləri həmişə əlimdə olurdu… İlk oxuduğum kitab “İnci xəzinəsi” adlı, Şərq şairləri haqqında antologiya oldu. Sonralar o kitabı itirdim. Hansı ki, gəncəli xanım şair M.Gəncəvi haqda bir rəvayət orda yer almışdı, indi adları çəkilməyən bir sıra şairlər haqda məlumat vardı.…

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Artur Heyli’nin “Aeroport” romanını oxudum. Müəllimim məsləhət görmüşdü ki, mütaliəmizi artıraq. Çox oxuyurdum…

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

-Qohumum, yerli yazıçımız V.Babanlı’nın “Ömürlük cəza” əsəri.

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Şekspiri oxuyurdum. Pyesləri oxuyurdum, yadımda qalsın deyə, süjetini qardaşıma danışırdım. Sonra siyahıya sevimli Hüqo və Mopassan da əlavə olundu…

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

 

 

Aygün Sadiqdən bir nümunə  “GƏLSİN” şeiri.

22519214_163786230870985_2080024210037834331_n

 

 

GƏLSİN

Yaddaşından al səsini,
Düşünüb tap çarəsini,
Yığ vüsalın nömrəsini,
Ara, gəlsin.

Yolçusuyam bu yolların,
Ey həsrətim, yoxum, varım!
Boynuna həsrət qollarım
Hara gəlsin?

Dünya qədər kədər yüküm,
Dərdi sənsizliyə büküm…
Kaş bircə yol adın çəkim
Bura gəlsin.

Silək qəlbdən viranlığı,
Talelərdən toranlığı,
Söküb ataq qaranlığı,
Nura gəlsin.

Yollar sənə aparmır heç,
Sevmək suçsa, bağışla, keç…
Ya həsrəti, ya məni seç-
Kara gəlsin.

Puça çıxdı ümidlərim,
Həyatımı istə, verim!
Sənsiz açan hər səhərim
Qara gəlsin…!

 

 

YAZARLAR.AZ

DÖRD DAHİ – DÖRD FOTO… Zaur USTAC.

 

 

İBRƏTAMİZ  DÖRD  FOTO:

GettyImages-463960391-E

Lev Nikolayeviç Tolstoy səfər əsnasında – Yasnaya Polyana yolunda.

 

 

 

1445627290_ebdurrehim-bey-haqverdiyev

Əbdürrəhim bəy Haqverdiyev – yataqda.

 

 

 

 

 

sehriyar-615x250

Məhəmmədhüseyn Şəhriyar – evində.

 

 

56_1Kreve

VİNTSAS KREVE – LİTVA YAZIÇISI İŞ OTAĞINDA – DÜŞÜNƏRKƏN…..

YAZARLAR. AZ

Kaliforniya Universitetinin professoru Lütfi Zadə .

Lotfi-Zadeh400

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Hazırda L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Teqlər: Lütfi-Zadə 
İlkin mənbə:

“DÖRD SUAL”-ın iyul qonağı – NARGİS

nargiz is

“DÖRD SUAL” -ın  İYUL   qonağı  dəyərli  ziyalımız,  tanınmış  yazıçı,  gözəl xanım  NARGİS –   İsmayılova Nərgiz Rəfail qızı oldu:

– Salam, Nərgiz  xanım!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütaliə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

-İlk oxuduğum  Qrim Qardaşları, Şarl Perro, HansiXristian Andersen SEHRLİ NAĞILLAR  olub.

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Oxuduğum  ilk iri həcimli kitab Teodor Drayzer-Dahi.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– Viktor Hüqo –Səfillər.

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Ilk oxuduğum xarici ədəbiyyat nümunəsi elə sadaladığım xarici ədəbiyyatlardır.

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik. Sağ olun! Eyni zamanda ötən günlərdə  “BEKLENEN  DOLUNAY” adlı kitabınızın işıq üzü görməsi münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Bir daha təşəkkürlər.  Var olun.

– Sağ olun!

YAZARLAR.AZ

Zaur USTAC: – STEREOTİPLƏRİ  YOX  EDƏN  ADAM.

İlham m y

ON  İKİNCİ  YAZI

STEREOTİPLƏRİ  YOX  EDƏN  ADAM.

 

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  ( inanıram ki, xəbərəbaxanların  hamısı bu kəndi tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

  1. 06. 2017. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“DÖRD SUAL” – IN İYUN QONAĞI – ƏJDƏR ƏLİZADƏ.

əjdər.

“DÖRD SUAL” -ın   İYUN   qonağı  dəyərli  şairimiz,  jurnalist – yazarımız,  ƏJDƏR  ƏLİZADƏ  oldu: 

QISA  ARAYIŞ:

(Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc  olunmuşdur. 2001-ci ildən “Kirpi” Satira Yumor Jurnalında feiyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. Həsənbəy Zərdabi adına Diplom və “Qızıl Qələm” Fəxri Media Mükafatı laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. Ailəlidir, 2 oğul və 2 qız atasıdır.)

 

 

– Saalam, ƏJDƏR  müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– 6 yaşım olanda evimizdə olan latın qrafikası ilə çap edilmiş 1939-cu ilin kitabı idi.  Adı yadımda deyil, ancaq bizim evdə uşaqlar hamısı  birinci bu kitabı oxuduğundan kitab özü dəqiq yadımdadır..

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– İlk oxuduğum kitab qalın həcmli (səhv etmirəmsə Məhəmməd Füzulinin) “Leyli və Məcnun” kitabı olmuşdur.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– Bu yəqin ki,  “Min bir gecə nağılları” olub.

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Teodor Drayzerin “Dahi” əsərini oxumuşam.

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Eyni zamanda  bu yaxınlarda “SEVGİ DƏ BİR DÜNYADIR”  adlı yeni kitabınızın işıq üzü görməsi münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

YAZARLAR.AZ

 

Zaur USTAC birinciləri sevindirdi.

Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdləri  Zaur Ustacın şeirlərindən ibarət  “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində iştirak ediblər. Şair birinciləri sevindirib.

20170525_09100320170525_090950

20170525_09095320170525_091010

Müsabiqənin qalibləri:  Mehtiyev  Yusif,  Eyvazova  Leyla  və  Çobanzadə  Gülnar.

20170525_091257

Fəal iştirakçılar: Hidayətli Ümid, Dəmirov Gülalı, Şıxəliyeva Arzum.

20170525_091140

Həvəsləndirici mükafat alanlar: Binyətov Yusif və Hacıyeva Nuray.

20170525_091509

Müsabiqə iştirakçıları: Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdləri

20170525_091039

Müsabiqənin qalibi: Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdi, Leyla EYVAZOVA.  Leyla  “L”  hərfinin  şerini  iştirakçılar arasında ən yaxşı  söyləyərək. Birincilik qazanmış və  qalib üçün nəzərdə tutulmuş mükafatdan əlavə  müəllifin  imzalı “GÜLÜNÜN  ŞEİRLƏRİ”  kitabını  da hədiyyə olaraq əldə etmişdir. Bu gün balacaların sevincinin həddi-hüdudu yox idi. “YAZARLAR” olaraq, bütün bu işlərin təşkilində,  gedişində göstərdiyi ən yüksək səviyyədə köməyə və qayğıya görə Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin direktoru Xasay müəllimə, tədris işləri üzrə direktor müavini Əbülfəz müəllimə, sinif müəllimləri; Sevda müəlliməyə, Gülzar müəlliməyə təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Sonda qalibin təqdimatında “L” hərfinin şeiri, müəllif: Zaur USTAC, “GÜLÜNÜN  ŞEİRLƏRİ”  kitabından.

 

YAZARLAR.AZ