BALAYAR SADİQDƏN YENİ KİTAB.

29177874_1786373818335839_2924084254184833024_n

TANINMIŞ  ŞAİR, ÇAĞDAŞ ƏDƏBİYYATIMIZIN – XÜSUSƏN  ŞEİR – SÖZ SƏNƏTİNİN MAHİR BİLİCİSİ, SÖZ USTADI, BALAYAR SADİQ YENİ KİTABINI TƏQDİM EDİB. “QIZILBAŞ FƏSLİ” – ADI ÖZ-ÖZLÜYÜNDƏ ARTIQ HƏR  ŞEYDƏN XƏBƏR VERİR. AD NƏ QƏDƏR TARİXƏ SÖYKƏNİRSƏ, İDEYA O QƏDƏR MÜASİR VƏ ZAMANLA SƏSLƏŞƏNDİR… VAR OLUN, BALAYAR MÜƏLLİM. YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN….

YAZARLAR.AZ

Advertisements

Eldar İSMAYIL BÖYÜKTÜRK : – ULU TURAN YOLUNDA – TURANÇILAR AZƏRBAYCANDA

29102013_1523381147790990_4913054455437028_n

 

ULU TURAN YOLUNDA – TURANÇILAR AZƏRBAYCANDA

Dövrün, zamanın tələbi Turan elini birləşməyə dəvət edir. Çünki
gündəlik hadisələri anlayıb bilənlər türk xalqlarının xilas yolunu türk dünyasının birliyində görürlər… Bu birlik yalnız Turançılıqdan ibarətdir. Turan birliyi yaranmadan imperialist güclərin xatasından qurtarmaq olmaz.
Buna görə də türk birliyi üçün türk dünyasını oyatmaq, bir məqsəd və bir amal uğrunda mübarizəyə qoşmaq gərəkdir. Bu
möhtəşəm birlik TURANÇILIQDIR!
Qardaş Türkiyədə yaradılmş ASKEF (AVRASİYA SANAT, KÜLTÜR,EDEBİYYAT VƏ BİLİM FEDERASYONU) artıq bütün gücü ilə fəaliyyətdədir.
ASKEFin Genel Başkanı SAVAŞ ÜNALın və ASKEFin Başkan yardımçısı -şair YAHYA AZEROĞLUnun ciddi səyləri, gərgin əməkləri sayəsində qısa vaxtda çox böyük işlər görülmüşdür.
Bütün Türk ölkələri ilə əlaqə yaradılmış, təbliğat işi genişləndirilmişdir. ASKEFin ciddi səyi ilə Turana gedən yol genişlənmişdir.Bununla da demək istərdim ki: “TÜRK DÜNYASINDA ÖZÜNÜDƏRKETMƏ GÜCLƏNİB!”
Bu günlərdə ASKEF üzvlərinin səyahətləri Azərbaycana idi…. Gəncədə, Bakıda, Qubada yüksək səviyyədə görüşlər keçirilmişdir. Toplantı iştirakçıları Qubada cəllad ermeni silahlılarının törətdiyi qətliamda öldürülən soydaşlarımızın məzarlığında olmuşlar.
Bu tədbirlərin yüksək səviyyədə təıkil olunmasında Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin sədri
SAYMAN ARUZ və ASKEF Başkan müşaviri və mətbuat təmsilçisi SONA ABBASƏLİQIZININ əməyi xüsusilə qeyd edilməlidir
Türk respublikalarından gəlmiş şair, yazar, alim və başqa sənət adamlarının çıxışları alqışlarla qarşılanmışdır.
İraq-Türkmən ədəbiyyatı və Yazarlar Birliyinin sədri, ASKEFin İraq təmsilçisi ESAT ERBİL, ASKEFin Başkan yardımçısı, şair
YAHYA AZEROĞLU, Qazaxıstanlı şair, alim, rəssam KAMİL bəy,
şairlərdən GÖNCA AYDEMİR, şair HÜLYA Ç. şair TULAY ASLAN, şair HEDİYYE ÇETİN, Azərbaycan şairlərindən
ELDAR İSMAYIL BÖYÜKTÜRK, SAYMAN ARUZ, SOHLƏT AVŞAR, İLHAM QAZAXLI, VAQİF NƏCƏFZADƏ və başqaları öz yeni şeirlərini oxudular. Fotolar:

29133729_1523383807790724_2848293570197521645_n

29066428_557766184595523_6130759064819108259_n
ASKEFin Azərbaycan görüşləri hər yerdə, hər toplantıda yüksək sevinclə qarşılandı.
ASKEFçılərə Ulu Turan Yolunda uğurlar diəyirəm.

SONA ABBASƏLİQIZI: – YAŞASIN BİRLİYİMİZ!

ASKEF başqan müşaviri və mətbuat sorumlusu 
SONA ABBASƏLİQIZI ASKEF-in Azərbaycan səfərin təfsilatı ilə anlatdı:

 

27654772_543863449319130_8591094112387265799_n

 

YAŞASIN BİRLİYİMİZ!
YAŞASIN ASKEF(Avrasiya sanat kültür edebiyyat federesyonu)

17 Türk dövlətlərindən təşrif buyurmuş
43 ASKEF təmsilçiləri millət vəkili,alim,yazar,şair,rəssam və doktor
ASKEF GENEL BAŞKANI
SAVAŞ ÜNALIN

ASKEF AZƏRBAYCAN BAŞKANI
SAYMAN ARUZUN
birgə səyi nəticəsində 06.03.2018
-də Gəncədə oldular.
Heyyət  Gəncədə ilk öncə Türk konsulluğunda görüşdə, sonra isə şəhərin tarixi yerlərinin tanışlığını həyata keçirdilər.
07.03.2018
Bakıda ASKEF başqan müşaviri
SONA ABBASƏLİQIZI
qonaqları şəhərin tarixi binaları və görkəmli yerləri ilə tanış etdi.
Tarixi binaların yerindən bir neçə metr geri çəkilməsi qonaqların təccübünə səbəb oldu.Sonra gəzinti “Yanar dağ”davam etdi.Yanar dağın rəhbərliyi tərəfindən bilet kəsilmədən iki bələdçi ilə
tarixi əşyaları və odla bağlı inancları qonaqlara anlatdı.Bu arada onuda qeyd edim ki, buraya çox sayda oda sitayiş edən hindistan vətəndaşları gəlirlər.
Saat ikidə AYB-nin binasında Natavan klubunda möhtəşəm tədbir keçirildi.
Tədbiri Xalq yazıçısı
FİKRƏT QOCA
açdı.Tədbirdə çox önəmli ziyalılarımız iştirak edirdilər.
Türk dünyasının yenilməz qələmi,
Şair pulisist,50 tarixi kitabın müəllifi,
ASKEF heyət üzvü
ELDAR İSMAYIL BÖYÜKTÜRK
ŞAİR YAZIÇI
ZAMƏDDİN ZİYADOĞLU
İRAKDAN ARAŞDIRMAÇI YAZAR,ŞAİR,ƏMƏKLİ MİLLƏT VƏKİLİ
ESAT ERBİL
QASAXISTANDAN ŞAİR , RƏSSAM
KAMİL BƏY və s…
Tədbirdə Türkiyədə çap olunan “QARABAĞDAN
KƏRKÜKDƏN
ÇANAQKALAYA”
adlı Azərbaycananda 85 şairin qatıldığı 800 səhifəli antalojinin də tədbiri ilə birlikdə Türkiyənin müxtəlif yerlərindən gələn rəssamlarında rəsmləri nümayiş etdirildi.Antalojidə hər şairə 4 səhifə ayrılmışdı.Kitab yüksək səviyyədə Sahil yayın evinin rəhbəri
QONCA AYDƏMİR ÜNALIN
təşkilatçılığı ilə ərsəyə gəlmişdir.
Azərbaycandan qatılan şairlərin şeirlərini
ASKEF Azərbaycan başqanı
SAYMAN ARUZUN
ciddi nəzarəti altında köməkliyini əsirgəməyən
Şair yazar
ƏDALƏT BƏDİRXANOV
kitabın redaktoru
Narıngül Babayeva
Günel Hüseyinli

ASKEF başqan müşaviri və mətbuat sorumlusu
SONA ABBASƏLİQIZI
ərsəyə gətirmişdilər.
Tədbirdən sonra ASKEF-in yeni ofisinin açılışı olundu.Ofisde qonaqlıq olundu.Sonra qonaqlar “Bakı geceləri”-ni vurğunluqla izlədilər.
Davamı isə Riva oteldə şeirlə gece yarısına qədər davam etdi.
08.03.2018
QONAQLAR QUBA MƏZARLIĞINI ZİYARƏT ETDİLƏR.
Bayram günü olduğundan işçilər orada olmalı deyildi.Lakin Quba icra hakimiyyəti
Ziyeddin Əliyev
Abidənin bütün işçi qüvvəsini ora cəlb etmişdi.80 nəfərlik bir əkibi 4 yerə bölərək hər bölümə bir bələdçi verildi və qonaqlara soyqırımı anlatdılar.Tv kanallardan və qəzetlərdən jurnalistlərdə iştirak edirdilər.Bir başa canlı yayımda gedirdi.
Soyqırım Abidəsindən ayrıldıqdan sonra Şahdağ restoranında çay və yemək süfrəsi açıldı.hər kəs istədiyini yedi içdi.Sonunda qonaqlar sazla türkülər ifa etdilər.Axşam Bakı gəzintisi.Sonra Riva oteldə tədbir və şeirlər oxundu.Savaş Ünal tərəfindən təşəkkür bəlgəsi sahiblərinə təltif olundu. Tarixin yaddaşında donub  qalan anlar:

29133427_557571931281615_7087513562454969571_n

29101251_557766121262196_5001308118985145637_n

29066428_557766184595523_6130759064819108259_n

29101501_1523382814457490_1390214031832416945_n

P.S.Qonaqlarımızı yola saldıq və yol boyu Bakıdan telefon vasitəsilə əlaqə saxladıq.
İsmayıllıda yüksək səviyyədə qarşılamaya və göstərilən xidmətə görə
İkrəm müəllimə  minnətdarlığımızı bildiririk. Qonaqlar yenidən
Gəncədə  bir gecəlik oteldə qalıb, Azərbaycan polisi tərəfindən Gürcüstan sərhəddinə qədər müşayət olundular.
Orada Kifayət Hüseynovanın köməkliyi  ilə Batumidə gözəl oteldə qalıb bu gün Türkiyəyə keçdilər. Telefonla danışarkən ünvanımıza deyilən   xoş sözlər həm razılıq əlaməti, həm də hamımız üçün qürurverici idi.

Var olsun Azərbaycan!
Yaşasın Türk dünyası!

Müəllif:  Sona İsmayılova

 

ASKEF-in AZƏRBAYCAN SƏFƏRİ YEKUNLAŞDI.

 

28950961_2022288388016699_6830949032483880960_n

ASKEF- in   böyük  bir  heyyətlə  Azərbaycanda səfərdə olması barədə məlumat vermişdik.  Onu qeyd edək ki, bu tədbirlər zamanı mütamadı olaraq hər bit toplantı və yığıncaqda  iştirakçılarının əksəriyyəti çıxışlarında Qarabağ  probleminə toxunur,  Kərkükdə və digər Türkmən ellərində  gedən proseslərə münasibət bildirir, dövlət başçılarının apardıqları siyasəti dəstəklədiklərini  nümayiş etdirirdilər. Ümumilikdə bu tədbirlərə 17 dövlətdən təmsilçilər qatılmışdı.  Tədbir iştirakçıları Azərbaycanın tarixi yerləri ilə bərabər, Şəhidlər Xiyabanını və erməni vandalizminin nəticəsi olan  Quba Məzarlığını da ziyarət etdilər.
Bu səfər zamanı ASKEF-in  Bakı Ofisinin açılışı oldu.  Tədbirlər zamanı  ASKEF heyyətindən başqa  İraq Türkmən Yazarlar Birliyinin sədri, Qazaxıstan Rəssamlar İttifaqının rəhbəri və digər ziyalılar iştirak edirdilər.  Əvvəl  də  xəbər  verdiyimiz  kimi, bu səfər çərçivəsində  
7 mart  2018-ci ildə AYB Natəvan klubunda “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının  təqdimatı oldu.  Bu və digər qeyd etmədiyimiz hadisələrlə zəngin olan səfər başa çatmışdır. Bu səfərin  və  tədbirlərin təşkilinə görə ASKEF Genel Başkanı Savaş ÜNAL  bəyə, ASKEF Başqan yardımçısı  – Azərbaycan sorumlusu Yahya AZƏROĞLUNA,  AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri, eyni zamanda ASKEF-in Azərbaycan  Bölməsinin Başqanı Sayman ARUZ bəyə,  ASKEF-in Azərbaycan Başqan  Müşaviri  Sona xanım İsmayılovaya,  adını qeyd edə bilmədiyimiz əməyi  keçən hər kəsə təşəkkürümüzü bildirir yeni-yeni uğurlar arzu edirik.

Sonda  onu qeyd etmək istəyirik ki, ASKEF -in hər səfər və tədbiri əvvəlkindən daha zəngin, əhatəli, məhsuldar olur. Növbəti tədbirlərin daha geniş miqyaslı olacağına inanırıq. Uğurlarınız bol olsun…

YAZARLAR.AZ

TƏQVİMDƏ BU GÜN: – ZEYNAL ƏHMƏDOVUN AD GÜNÜDÜR.

391720_105927396235682_735810927_n

BU GÜN: – 10 MART – TANINMIŞ, İSTEDADLI, XÜSUSİ-ÖZÜNƏMƏXSUS SƏS SAHİBİ OLAN  XALQA BİR PƏRDƏ DAHA YAXIN,  HAMIMIZIN SEVİMLİSİ  ZEYNAL ƏHMƏDOVUN  AD GÜNÜDÜR. UCA YARADANDAN GÖZƏL İNSAN, PEŞƏKAR SƏNƏTKARIMIZ  ÜÇÜN CAN SAĞLIĞI, UZUN ÖMÜR DİLƏYİR, UĞURLARININ BOL OLMASINI ARZU EDİRİK… VAR OLUN….  SƏNƏTKAR HAQQINDA PEŞƏKAR  QƏLƏMİNDƏN  BİR-NEÇƏ KƏLMƏ:

Ziyadxan müəllim Zeynal haqqında:

Uşaq vaxtı kənd toylarında məclisdəkiləri öz şirin oxuları ilə ovsunlayan aşıq və xanəndələrə həsədlə qulaq asan balaca Zeynal hərdən özünü onların yerində təsəvvür edərdi. Şirin səsi, avazı ilə artıq kənddə tanınırdı. Yəqin ki, bu səs elə Şamaxının Quşçu kəndindən kənara çıxmayacaqdı, əgər xoş bir təsadüf olmasaydı… 

1999-cu ildə təcrübəli tarzən, gənc istedadların üzə çıxarılmasında böyük əməyi olan Mehman Mikayılov Quşçuda toy apararkən kənd adamlarının təkidilə onun səsinə qulaq asdı. Bu, onun sənət gələcəyini müəyyənləşdirən taleyüklü bir an idi. Tarzən Zeynalın oxuduğu “Bəstənigar təsnifi”ndə təcrübəsizlikdən irəli gələn müəyyən çatışmazlıqlar görsə də, səsindəki ovsun və məlahət onu valeh etmişdi. Odur ki, o, fikirləşmədən Zeynal Əhmədovu Şamaxı şəhərinə – sənətlə ciddi məşğul olmağa dəvət edir. Bu yerdə bir qədər irəli gedib əlavə edək ki, Mehman Mikayılovun o vaxt artıq 27 yaşı vardı, ailə qurmuşdu. Odur ki, tarzən M.Mikayılovun bu yaşda Zeynalı “sənət karvanı”na qovuşdurmaq istəyi çoxlarına ümidsiz bir cəhd kimi görünürdü. Amma o, nə etdiyini yaxşı bilirdi və bu gün Quşçu kəndinin sakinləri teleekranda Zeynalın çıxışlarını seyr edəndə qürurlandıqlarını dilə gətirərək təcrübəli musiqiçiyə “Sağ ol!” deyirlər.
Rayon mərkəzində muğam dərsləri almağa başlayan Z.Əhmədov həm də Şamaxı Mədəni-Maarif Kollecinə daxil olur. Onun istedadına başqalarında inam yaratmaq üçün M.Mikayılov Zeynalı 2000-ci ildə “Muğam” assosiasiyasının keçirdiyi müsabiqədə iştirak etmək üçün Bakıya aparır. İfa təcrübəsinin azlığı bu yarışmada ona yüksək yer tutmağa imkan verməsə də, o, burada münsiflər heyətinin sədri, Xalq artisti İslam Rzayevdən bu gün də unudulmayan, həm də əsl həqiqəti ifadə edən ustad dəyərləndirməsi eşidir. Zeynalın gələcəyinə böyük ümidlər bəslədiyini dilə gətirən görkəmli sənətkar onun səsinin çox bənzərsiz olduğunu, “qumru səsi”nə oxşadığını dedi. Qeyd edək ki, gənc xanəndənin çalışqanlığı tezliklə nəticəsini verdi və o, 2002-ci ildə həmin müsabiqədə oxuduğu “Mənsuriyyə” ritmik muğamına görə III mükafata layiq görüldü.
Elə həmin il Şamaxıdakı təhsilini (kollecin kitabxanaçılıq şöbəsini) başa vuran Zeynal Əhmədov muğam sahəsində ciddi təhsil almağa qərar verir. Sənət idealı olan Xalq artisti Alim Qasımovdan dərs almaq niyyətilə A.Zeynallı adına Bakı Musiqi Kollecinə üz tutur. Buradakı sınaqdan uğurla çıxan Z.Əhmədov iki il görkəmli muğam ustası Alim Qasımovun tələbəsi olur. 2004-cü ildə Ə.Məmmədov, C.Əkbərov, G.Məmmədova və başqa sənətkarların qarşısında oxuduğu “Şur” dəstgahı ilə qazandığı muğam ustalığını nümayiş etdirən gənc xanəndə təhsilini “əla” qiymətlə bitirir. Bir müddət sonra AzTV-nin “Muğam saatı”nda oxuduğu “Bayatı-şiraz” dəstgahı ilə tamaşaçı rəğbəti qazanır…
İndi o vaxtdan yeddi il keçib. Təbii ki, bu müddət hər hansı bir sənətçinin dəst-xəttinin formalaşması üçün bir o qədər yetərli deyil. Odur ki, Zeynal Əmədov üçün də ötən illər daha çox axtarışlarla zəngin olub. Elə onunla söhbətimizdə də gənc xanəndənin öz səs və ifa idealına qovuşmaq yolunda ciddi axtarışlarla baş-başa qaldığına əmin olduq. Bunu onun geniş tamaşaçı və dinləyiciyə hələ tanış olmayan lent yazıları da təsdiqləyir.
Muğama vurğunluğunun Qədir Rüstəmov və Alim Qasımov kimi səs və icra möcüzəsi sahiblərindən qaynaqlandığını deyən Zeynal Əhmədov klassik ifaçıları dinləməkdən usanmır. Yəqin buna görədir ki, onun ifasında təqdim olunan musiqilərdə zamanlar arasında ruhi-mənəvi əlaqə duyulmaqdadır. Onun ifasında “Orta mahur”, “Şur”, “Bayatı-Şiraz”, “Çahargah” muğamları, “Sarənc təsnifi”, “Gül açdı”, “Segah təsnifi” və digər xalq mahnıları bu cür estetik yüklüdürlər. Onun səs potensialı istənilən xalq mahnısına yeni ovqat vermək gücündədir. Muğamlarda az oxunan qəzəllərə üstünlük verən xanəndə onların təqdimatına, məna-məzmun yükünə, musiqinin ruhuna uyğunluğuna xüsusi əhəmiyyət verir. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir və Ə.Vahidin qəzəlləri onun repertuarında əsas yer tutur.
“Muğam-radio”nun internet vasitəsilə yayılan repertuarında onun ifasında bir neçə təsnifin yer alması da onun ifasının özünəməxsusluğuna tanınmış muğam mütəxəssislərinin inamının, bu çətin seçimdə yüksək sənətkarlıq nümayiş etdirməsinin nəticəsidir.
Zeynal Əhmədovun səsini ölkəmizlə yanaşı, Türkiyə və İranın muğamsevərləri də dinləyib dəyərləndiriblər. Dinləyicilər onun “qumru səsi”nə, duyğulandırıcı avazına heyran kəsiliblər. Elə biz də inanırıq ki, bu səsin böyük konsert salonlarından səslənəcəyi, milli irsimizi dəyərləndirənlərin qürurla dilə gətirəcəyi gün uzaq deyil…

   Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi

 

İLKİN MƏNBƏ:

http://medeniyyet.az/page/news/13703/Qumru-sesinin-dasiyicisi.html?lang=ru

 

 

 

 

“KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının  təqdimatı oldu.

7-si  mart  2018-ci il də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB və ASKEF-in birgə hazırladığı çox maraqlı  tədbir keçirildi. Türk cümhuriyyətlərindən 40  nəfərdən artıq alim, yazıçı, şair, rəssam və incəsənətin müxtəlif sahələri ilə məşğul olan sənətkarların iştirak etdiyi tədbirdə  ASKEF Genel Başkanı Savaş ÜNAL  bəy  türkdilli  yazar və şairlərin vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasını  təqdim  etdi. Toplantıda tanınmış Azərbaycan və eyni zamanda digər Türk ellərindən olan söz adamları iştirak edib. 

28661175_974410502710504_6969834154258712144_n.jpg

İraqın  Erbil  şəhərindən Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin  Sədri  Esat Erbil ilə birlikdə Kərküklü qardaşlarımz da  tədbir iştirakçıları arasında olub. ASKEF Başqan yardımçısı və Azərbaycan sorumlusu Yahya AZƏROĞLUNUN,  AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri və eyni zamanda ASKEF-in Azərbaycan  Bölməsinin Başqanı Sayman ARUZ bəyin,  ASKEF-in Azərbaycan Başqan  Müşaviri  Sona xanım İsmayılovanın və adını qeyd etmədiyimiz  digər çox dəyərli şair və yazarlarımızın əməyi nəticəsində  gözəl   bir  DOSTLUQ – QARDAŞLIQ  MƏCLİSİ oldu. Tədbirdən fotolar:

 

28685908_974410452710509_7107414025826875388_n.jpg

28661028_974410836043804_465738819235011306_n

28951390_974410759377145_119484969660700497_n

YAZARLAR.AZ olaraq bu işdə əməyi keçənlərin hamısına təşəkkür edir, bir daha  xeyirli -uğurlu olsun deyirik.  Sözün əsl mənasında – “NƏ MUTLU TÜRKÜM DEYƏNƏ….”

YAZARLAR.AZ

Azerbaycan yolculuğuna çıxmış ASKEF ekipi yolda.

Azerbaycan yolculuğuna çıxmış ASKEF ekipi yolda.

28783132_1675468509176076_378011187096322048_n

Azerbaycan yolculuğu devam ediyor  Samsun “İlk adim” Anıtı (Onur Anıtı) .

 

QISA  ARAYIŞ:

İlk Adım Anıtı (Onur Anıtı)

Samsun-Atatürk Bulvarı üzerindeki iskelede bulunan Atatürk’ün heykeli, şehrin simgelerinden biridir.

19 Mayıs 1919 yılında Atatürk’ün Bandırma Vapuru’ndan indiği iskelenin önünde bulunan İlk Adım Heykeli, Atatürk’ün doğumunun 100. yılında yapılmıştır.

Milli Mücadele’nin ilk yıllarında Samsun’a giden Atatürk’ün ilk adım attığı yer olan anıt, Mimar Seçkin Viter tarafından tasarlanıp yapılmıştır.

Şehir merkezinde dolaştığınız günlerde İlk Adım Anıtı’nı ziyaret edebilir ve anıtı ölümsüzleştirmek için fotoğraflayabilirsiniz.

 

YAZARLAR.AZ

ASKEF başkanı Savaş ÜNAL bəydən açıqlama.

28511941_1671539072902353_1445650551_n

ASKEF başkanı Savaş ÜNAL bəydən açıqlama.

Yaxın günlərdə ASKEF 40 nəfərlik böyük bir heyyətlə Azərbaycana gəlir. Müxtəlif Türk ellərindən olan yazar və sənətçilərdən ibarət qrup həm Bakıda, həm də Gəncədə xüsusi təşkil olunacaq tədbirlərə qatılacaqlar. Bu görüşü Azərbaycandan olan sənət adamları da böyük səbirsizliklə gözləyirlər. Adətən hər il təşkil olunan belə toplantılarda türkdilli yazarlar və sənətçilərin bir araya gəlmə imkanları olur. ASKEF başkanı Savaş ÜNAL  bəy açıqlamasında builki tədbirlərin  adətən hər il təşkil olunan toplantılardan  fərqli olacağını bildirib. Beləki, hər il təşkil olunan ümumi toplantılardan fərqli olaraq bu səfərin iki konkret məqsədi var birincisi odur ki, Azərbaycan Respublikasının 100 illik yubley tədbirlərində iştirak edəcəklər. İkinci isə həm bu yubley tədbirləri ilə, həm də ümumiyyətlə son vaxtlar bölgədə baş verən hadisələrlə əlaqədar türkdilli yazarların öz dövlət başçılarına, onların apardıqları siyasətə dəstək məqsədi ilə xalqın rəhbərləri ilə həmfikir olduğunu göstərən vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının təqdimatı və yayımı təşkil olunacaq. Bu antologiyada müxtəlif Türk ellərindən qatılmış 80 nəfərdən  artıq  yazar  və  şairimizin  əsərləri  yer  almışdır.

28167051_1665515703504690_6813050885150984253_n

ASKEF başkanı Savaş ÜNAL bəy açıqlamasını “Azerbaycanlı kardeşlerimiz ile yeniden buluşacağımız için çok mutluyuz. Türk dilli ülkelerinden 40 kişilik, akademisyen, yazar, ressam ve şairleri ile birlik de Azerbaycan Cumhurbaşkanı sayın İlham Aliyev’e destek ve kardeş ülke Azerbaycan’ın 100 Kuruluş yılını kutlamak için  yola çıkıyoruz….

BİR MİLLET 
İKİ DEVLET.
NE MUTLU TÜRKÜM DİYENE….” – deyə bitirib.

 

YAZARLAR.AZ

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR.

550094_476687989065693_572478975_n

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA  UĞURLAR ARZU EDİRİK… VAR OLUN…  UĞURLARINIZ BOL OLSUN….

QISA  ARAYIŞ:

17 Yanvar 1963 – də Ağdam rayonu,  Yusifcanlı kəndində anadan olub.   1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə    Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli  filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir.  Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı  imzası, məhz Səməd müəllimə məxsusdur.  Səməd  Hətəmov evlidir.  Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.

YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha  Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…

YAZARLAR.AZ

“DÖRD SUAL”-ın Yanvar qonağı Elnur QƏRARİ oldu.

25994586_1408267662615717_591867089574761058_n

 

“DÖRD SUAL” -ın 2018 – ci  ildə  ilk – Yanvar  qonağı  dəyərli  dostumuz,  gənc  şair,  Elnur QƏRARİ   oldu:

– Saalam, Elnur    müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

-İlk oxuduğum kitab əlifba kitabıdır.

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Nizami Gəncəvinin “Xəmsə” si olub.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– İlk oxuduğum coxcildli kitab “Min bur gecə” olub

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

-İlk oxuduğum xarici ədəbiyyat Viktor Hüqonun “Səfillər” əsəri olub.

– Sualları cavablandırdığınız üçün təşəkkür edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun! Sağ olun!

– Sağ olun!

YAZARLAR.AZ