DÖRD DAHİ – DÖRD FOTO… Zaur USTAC.

 

 

İBRƏTAMİZ  DÖRD  FOTO:

GettyImages-463960391-E

Lev Nikolayeviç Tolstoy səfər əsnasında – Yasnaya Polyana yolunda.

 

 

 

1445627290_ebdurrehim-bey-haqverdiyev

Əbdürrəhim bəy Haqverdiyev – yataqda.

 

 

 

 

 

sehriyar-615x250

Məhəmmədhüseyn Şəhriyar – evində.

 

 

56_1Kreve

VİNTSAS KREVE – LİTVA YAZIÇISI İŞ OTAĞINDA – DÜŞÜNƏRKƏN…..

YAZARLAR. AZ

Advertisements

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu – Azərbaycanın Milli Qəhrəmanı.

20727981_1664676760270476_8003922596884675197_n

 

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu – Azərbaycanın Milli Qəhrəmanı.

 

 

1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Culfa şəhərində keçmişdir. Atasının Almaniyada yerləşən Sovet Qoşunları Qrupunda xidmət etməsi ilə əlaqədar, ibtidai təhsilini orada almışdır. Sonra Bakıya gələrək orta təhsilini burada başa vurmuşdur. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir.
İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə o, 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
1992-ci il… Oktyabr ayı… Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı.
1993-cü il… Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərargah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular.
1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir
O, 1996-cı ilin iyul ayından Bakının Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə F.Cəbrayılov 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir, iki övladı var.

BU  GÜN  QƏHRƏMANIMIZIN  DOĞUM  GÜNÜDÜR  – BU MÜNASİBƏTLƏ  ONU  TƏBRİK  EDİR  UCA  YARADANDAN CAN SAĞLIĞI, YENİ-YENİ UĞURLAR ARZU EDİRİK….

Müəllif:  Leyla Hesenova

Zaur USTAC – GƏZDİM şeiri.

20140628_095815 (1)

GƏZDİM

Gəzdim, qarış-qarış VƏTƏN TORPAĞIN,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu TORPAĞI, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

Müəllifin öz səsi ilə:

23 İYUL- AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜDÜR.

agdam_ay

23 İYUL- AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜDÜR

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 km2 olamaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, Musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpə evi var idi. Ölkəşünaslıq muzeyi , Çörək muzeyi , üç kitabxana, Mədəniyyət evi, Kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış viran edilmişdir. Dövrünün ən füsunkar rayonlarından olan Ağdam
İşğal olunmuşdur – 1993-cü il 23 iyul Ərazisi – 1154 km2 Əhalinin sayı – 158000 Şəhid olmuşdur – 538. Əlil olmuşdur – 587
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti – 48
Mədəni-məişət obyekti – 598
Qəsəbə və kənd – 122
Tarixi abidə – 27
Dövlət dram teatrı

BMT Təhlükəsizlik Şurası (Təhlükəli Şurası) 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən 853 №-li qətnamə qəbul etdi. Lakin beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər yerinə yetirilməmişdir.

Müəllif:  Mayisə Əsədulla Əliyeva

ETİBAR HƏSƏNZADƏ YENİ KİTABINI TƏQDİM ETDİ – SEVGİ BƏSTƏSİ.

kitab

BU  GÜN TANINMIŞ  GƏNC  YAZAR  ETİBAR  HƏSƏNZADƏ  SAYCA  BEŞİNCİ  OLAN  YENİ,  “SEVGİ BƏSTƏSİ” ADLI  KİTABINI  TƏQDİM ETDİ. UĞURLARIN BOL OLSUN, ETİBAR….

f6

ESTRADAMIZIN CANLI ƏFSANƏSİ, TƏKRAROLUNMAZ SƏS SAHİBİ FLORA XANIM VƏ HAMIMIZIN SEVİMLİSİ, KÖNÜLLƏRİ FƏTH EDƏN NƏĞMƏLƏR MÜƏLLİFİ, ƏVƏZOLUMAZ BƏSTƏKAR TAHİR ƏKBƏR  DƏ ETIBARI TƏBRİK EDƏN QONAQLAR ARASINDA İDİ.

f5

MƏCLİS GÜNDOĞANDAN, GÜNBATANA TÜRK ELLƏRİNDƏN GƏLMİŞ ÜNLÜ SÖZ-SƏNƏT ADAMLARININ ÇIXIŞLARI İLƏ SANKİ, BİR TÜRK XALQLARI QURULTAYINI XATIRLADIRDI. ASKEF GENEL BAŞKANI SAVAŞ ÜNAL,  DİGƏR TƏDBİR İŞTİRAKÇILARINDAN  NUH ŞAHİN, UĞUR DİKİCİ, ALİ KÜÇÜK, CEMİL BEY BAŞQALARI DA  UZAQ ELLƏRDƏN ETİBARI TƏBRİK ETMƏYƏ GƏLƏNLƏRİN SIRASINDA İDİ. ÇOX MARAQLI VƏ ORİJİNAL BİR TƏDBİR OLDU. MƏCLİS ƏVVƏLİNDƏN SONUNA QƏDƏR ƏSL TÜRK ADINA LAYİQ BİR ŞÖLƏN KİMİ KEÇDİ. BÜTÜN MƏCLİS İŞTİRAKÇILARINA UCA YARADANDAN CAN SAĞLIĞI DİLƏYİR VƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

afa

BU TƏDBİRİN, ELƏCƏ DƏ  ETİBARIN BÜTÜN DİGƏR QAYĞILARINI ÜSTƏNMİŞ NAİLƏ ANAYA  SAYĞIMIZ, MİNNƏTDARLIĞIMIZ VƏ TƏŞƏKKÜRLƏRİMİZ SONSUZDUR… VAR OLUN…

etd

ETIBAR HƏSƏNZADƏ DOSTLARIN ƏHATƏSİNDƏ – TƏBƏSSÜM ÜZÜNÜZDƏN ƏKSİK OLMASIN…  UGURLARINIZ BOL OLSUN… VAR OLUN…

 

 SONDA  FLORA XANIMIN İFASINDAN KİÇİK BİR PARÇA: – VAR OLUN, FLORA XANIM, ALLAH SİZƏ CAN SAĞLIĞI VERSİN…

 

YAZARLAR.AZ olaraq biz də Etibarı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

YAZARLAR.AZ

Zaur USTAC: – ANA şeiri

ana

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

* * *

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

* * *

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

* * *

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

22.04.1995. Marağa.

Müəlif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

Karahisar diyarından Tarakçıoğlu Mehmet ve Karadeniz diyarından Menteşoğlu Abdullahın hikayesi.

meadnflag (15)

 

Avustralya Devleti, Çanakkale savaşlarından önce ilk resmi savaşını iki Türk ile yapmıştır.
Yıl 1912, İngilizler Hindistan’ı işgal eder…
Osmanlı Devleti 350 adet denizci levent ile Hindistan’a yardıma gider. Buradaki savaşlarda 40 kadar Türk esir düşer. Savaş bittikten sonra İngilizler, bu 40 Osmanlı esir askerini gemilerde çalıştırmaya başlarlar. Bir İngiliz gemisi Avustralya’ya geldiğinde, esir iki Osmanlı askeri bir yolunu bulup gemiden kaçarlar.
Esas hikaye bundan sonra başlar…
Abdullah ve Mehmet adındaki bu iki Türk, Avustralya’da kendilerine yeni bir hayat kurarlar. İşleri ve kazançları iyidir ama onların kulağı sürekli Anadolu’da ve memleketlerindedir… Dünya kaynamaktadır… Balkanlar, Ortadoğu ve İngilizlerin işgal ettiği Türk yurtları…
İşte tam bu sırada (1915) Avustralya hükümeti, İngilizlerle birlikte Çanakkale’ye asker çıkarmaya karar verir. Bizim iki Osmanlı askeri olayı duyarlar ve hemen buluşarak, durum değerlendirmesi yaparlar. Alırlar kağıdı, kalemi ve yazarlar:
“Sayın Avustralya yetkilileri…
Biz iki Türk askeri, ülkenizde bulunuyoruz. Duyduk ki, devletimiz Osmanlı’ya Avustralya devleti olarak savaş açmış ve Çanakkale’ye asker göndermişsiniz. Bundan dolayı iki Türk askeri olarak biz de Avustralya devletine savaş açmış bulunmaktayız. Bu bir “Osmanlı savaş fermanı”dır. Avustralya’ya duyurulur.”
Avustralyalı yetkililer bu mektubu alırlar, okurlar ancak önemsemezler…
İki Osmanlı askeri, Karahisar diyarından Tarakçıoğlu Mehmet, Karadeniz diyarından Menteşoğlu Abdullah, Sidney’in 250 km uzağında “whıte rock” denilen bölgede siper alırlar. Avustralyalı yetkililer Çanakkale’ye gönderilmek üzere asker ve silah toplayıp, tren ile buradan limanlara sevk etmektedir. Dondurmacı Abdullah’ın beyaz gömleği vardır, kasap Mehmet’in de kırmızı önlüğü… Gömlek ve önlüğü sökerek 3 hilalli bayrak yaparlar ve bu bayrak ile düşmana savaş açarlar…
İki Türk askeri dönemeçlerde tren raylarını sökerek 3 tren devirirler. Üçüncü trende askeri mühimmat bularak silahlanırlar. Ne olduğunu bir türlü çözemeyen Avustralyalılar, sonunda iki Osmanlı askerinin yazmış olduğu mektubu anımsarlar. Bizim askerlerimizi yakalamak için bölgeye tren ile 250 kadar asker gönderirler.
Çaresiz kalan Avustralya devleti ilk resmi savaşına girer, karşı tarafta ise yalnızca iki Türk… Tren ile gelen 250 kadar Avustralya askerini pusuya düşüren iki babayiğit trene saldırırlar… 60 kadar Avustralya askerini öldürürler… Çok şiddetli çatışmalar sonucunda, iki Anadolu aslanı bu dağlarda şehit düşer…
İki askerimizin mezarı şu anda Sidney’e 250 km uzakta olan “whıte rock” dağlarında bulunmaktadır. Nur içinde yatsınlar…
Bu iki yiğidin hakkını teslim eden Avustralya, o bölgeye “Türk Kayalıkları” adını vermiştir.
Dipçe 1: Yazar Ömer Ertur “Dern Nefret” adlı betiğinde (kitabında) şöyle der:
“1915 yılının ilk gününde Avustralya’nın Broken Hill kasabasında bir terörist saldırı gerçekleştirildi. Ertesi günün gazeteleri iki Türk’ün bir piknik trenine baskın yapıp masum sivilleri öldürdüğünü yazdı. Bu olay Avrupa Cephesi için gönüllü asker toplamakta zorlanan Avustralya hükümetinin işini kolaylaştırdı. Binlerce Avustralyalı genç I. Dünya Savaşı’na katılmak ve Türklere karşı savaşmak için gönüllü oldu.”

 

Mənbə: ATO.AZ

Keçid:

http://ato.az/2017/07/08/iki-turk-%C9%99sg%C9%99rinin-heykay%C9%99si/

Bu gün Azərbaycanda milli Sevgililər Günüdür – YAZARLAR.AZ

 

 

SEVGİ

 

Bu gün Azərbaycanda milli Sevgililər Günüdür
Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

Müəllif: Leyla Hesenova

TƏQVİMDƏ BU GÜN – MÜBARİZ GÜNÜ.

mubariz

Bu gün Mübarizin MƏSƏLƏNİN YEGANƏ VƏ DÜZGÜN HƏLLİ YOLUNU GÖSTƏRDİYİ GÜNDÜR!!!! – Aprel döyüşləri də məhz onun nişan verdiyi SƏMTDƏ BAŞ VERDİ VƏ MƏSƏLƏ HƏLƏ DƏ AKTUAL OLARAQ QALIR…..

“ikinci fəsil
18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.
Bu gün lap isti idi. Ya da, adama belə gəlirdi. Bir də isti olacaq də yayın ən oğlan çağıydı, ancaq buna isti demək olmazdı. Vallahi elə bil, torpaqdan od qaynayırdı. Sanki, Gün dağların arxasına keçdikcə, torpaqdan qlxan isti daha da artırdı…
– Bu gün nə yaman sakitçilikdi, yəqin istiyə görə öz deşiklərinə girib, yatıblar.- əsgərlərdən biri dilləndi.
– Bu sakitçiliyin bir zibili çıxacaq- Seyid cavab verdi.
Şərrin ilk qaranlığı ilə şərəfsizlərin ilk güllələri də gəldi. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq, əsgərlərin “trassuyuşşi” adlandırdığı işıqlandırıcı-yandırıcı güllələrlə düz bilindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qabağına “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki, dığalar, belə bilindajlarının olamamağının paxıllığın çəkirdilər…”
ZAUR USTAC ORIYENTIR ULDUZU kitabindan

ƏN DƏYƏRLİ HƏDİYYƏ – Zaur USTAC

Ötən  günlərdə  olduqca qısa zaman kəsiyində və  gərgin əmək nəticəsində oxuculara təqdim olunmuş  bir kitabdan söhbət açmaq istəyirəm. 

uz

İdeya rəhbəri: Sabir ZAMANLI, redaktoru: Balayar SADİQ olan və Mehman Göytəpəlinin, Eldar Səfa Şahvələdlinin, Hikmət Məlikzadənin çalışmaları sayəsində ərsəyə gələn “RUHUMUZUN TURAN ƏTRİ” adlı bu kitabı azərbaycançılığa, türkçülüyə, vətənsevərliyə ən gözəl hədiyyə adlandırmaq olar. Heç təsadüfi deyil ki, ilk səhifədəcə yer alan böyük şairimiz Əhməd Cavadın “ÇIRPINIRDI QARA  DƏNİZ” şeirinin ardınca sıralanan vətənpərvərlik ruhunda olan bir-birindən gözəl şeirlər həqiqətən də sözün əsl mənasında TURAN ruhundan xəbər verir….

ilks

Azərbaycançılığın, tükçülüyün belə gözəl bir sonucla Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başa çatdığı bir günü bayram kimi qeyd etdiyimiz günlərdə belə gözəl bir kitabı ərsəyə gətirib, təqdim etdiklərinə  görə  başda  İdeya rəhbəri  Sabir ZAMANLI  və  redaktor Balayar  SADİQ olmaqla bütün yaradıcı heyyətə öz dərin təşəkkürümüzü bildirir  və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. BAYRAMINIZ  MÜBARƏK !!!

Müəllif:  Zaur Ustac