Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir… – İldırım Əkbəroğlu.

35082891_139802596890004_6003989324868091904_n

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir. Ona görə də şeri oxuyarkən o, oxucunun qəlbini çırpındırmalıdır, ürəyini şirin-şirin döyündürməlidir. Bununla bərabər, şerin sevilə-sevilə oxunması üçün, bu şerdə yeni fikir olmalıdır, oxucunun başqa şerlərdə oxumadığı yeni mənalar olmalalıdır. Son zamanlar oxuduğum şerlərin içərisində, yuxarıda dediyim fikirlərə, yüksək dəyərli mənalara Zaur müəllimin poeziyasında tez-tez rast gəlmək olur ki, bu da, tanınmış şairimiz Zaur Ustacı öz oxucularına sevdirir. Zaur müəllimin “Dünya” şeri onun oxucuları tərəfindən bəyənilmiş yeni fikirli şerlərindən biridir. Belə ki, dünya adına yazılmış bir çox şerlərdə günahkar kimi dünya tanınır, qınaq yeri dünyadır. Lakin, Zaur müəllimin bu şerində, haqlı olaraq günahgar dünyanın deyil, özünü apara bilməyən insanlarda olduğunu poetik şəkildə oxucunun diqqətinə çatdırır. Doğurdan da,  axı dünya neyləsin? – imkan verir ki, insan yaradıb qursun, təbii sərvət verir ki, dolansın.İnsanın da, mini yaradıb qurur biri yandan çıxıb, illərlə yaradılanları məhv edir, dağıdır. Dünya neyləsin axı, gözləri dünyanın ona verdiyi tükənməz maldan doymur,gedib özgəsinin də əlində olanını tutub alır. Ancaq, sonunda insan özü ilə heç nə aparmır və əli boş dünyadan köçüb gedir. Yenə də dünyanın malı dünyanın özünə qalır. Bütün bu dediklərim Zaur müəllimin üç bəndlik şerindən çıxan mənalardır ki, bu möhtəşəm fikirləri , bu böyük mənaları kiçik bir şerdə ifadə etmək Zaur Ustac kimi böyük şair bacarar. Bu gözəl şerə görə Zaur müəllimə oxucular adından təşəkkür edirəm və həmişə olduğu kimi, yenə də, onun gözəl şerlərini oxumaq üçün səbirsizliklə gözləyirəm!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Advertisements

QƏLBİN SƏSİNİ QƏLƏMƏ ALANDA…

Əgər yazar qəlbinin səsini olduğu kimi dinləyib, eşitdiyi kimi vaxtında qələmə alırsa, (heç bir kənar təsirə məruz qalmadan) yazdıqları ilk əvvəl gözəl – ruhu oxşayan, yadda qalan, sonra isə səmimi, axıcı və şirin olur…. Yəqin mənimlə razılaşarsız ki, bu yuxarıda sadaladığım keyfiyyətlərin hamısı aşağıda tanış olacağınız nümunələrdə var… Uğurlarınız bol olsun Firuzə xanım. Yazın, yaradın….

41804868_527277887737375_948513342291443712_n

“…Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.”

“DƏLİDAĞ” Ədəbi Birliyi Firuzə Məmmədlinin şeirlərini təqdim edir: 

NƏ VARDI

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!

Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür – nağıl, igidimiz – Nərbala.
Yolumuzun dərd satanı – dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!

Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!

Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!

BAHAR

Bax, indi gündüzə kim qonaq gedir,
Gecədən nə qalıb şeh yanağında.
Bir qönçə qızılgül alyanaq gedir,
Öpür incə-incə meh yanağından.

Nəfəsi kəsilən ilkindi çağı,
Gündüzü küçədən yığammır daha.
Yağsa, yağışlar da çiçəkdən yağır, –
Göylər təndirlənib, yağammır daha.

Təpələr dərəyə axır ətəkdən,
Qaratikan belə ağ gül gətirib.
Arı zümzüməsi daşır pətəkdən,
Bağlar budaq-budaq bülbül gətirib.

Baxıb təbiətin cavanlığına,
Əli qələm gəzir qoca şairin.
Yazdıqca ayağı yerdən üzülür,
Xəyalı göylərdən uca şairin.

DURNALAR QAYITDI

Baharda oyanan xatirələrin
Qoluna girib də kəndə qayıtdım.
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.

Bir dəstə bənövşə, bir qom kol dibi,
Baxırdı torpaqdan, dərim, dərməyim?!
Ruhumu oyadan yaşıl yol oldu
Kəndə qayıtmağım, kəndə gəlməyim.

Çox şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə idi bəs?.. Vallahi, heç nə.
Nə kənd həmin kənddi, nə qonum-qonşu,
Dəyişən nə imiş, İlahi? Heç nə!

Bu adlar, soyadlar tanış gəlsə də,
O vaxtkı deyildir kənd adamları.
Oğlanlar – şortikdə, qızlarsa – cinsdə,
Həm kənd başqalaşıb, həm adamları.

Uşaqlar ağlını test ilə ölçür,
Qadınlar danışır kişi səsilə.
Cavanlar üzbəüz gəlsələr belə,
Salam-kəlam edir esemes ilə.

Daban-dabanadı hər qapı hər tin,
Bu evin o evə həniri yetməz.
Mağar da qurula, toy da vurula,
Qonşudan-qonşuya səmiri yetməz.

Dəyişib… Yazdığım şeirin belə
Üzündə təbəssüm sətri qaçıb.
Təkcə çiçəklərdi öz mizanımda, –
Nə rəngi dəyişib, nə ətri qaçıb.

Bənövşə rəngini gözümdə gördü,
Çəmən yaşılını geydim əynimə.
Şəftəli budağı tərpənişilə
Çəhrayı şalını saldı çiynimə…

Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
***
Sudur, elə şır-şır axır,
Quma, gilə qarışır, axır.
Ömrü mənə qarşı axır,
Mən hara axıb gedirəm?

Başımda-pirlik havası,
Yox ta “əl-ətək” həvəsi.
Gözümə eynək əvəzi,
Canımı taxıb gedirəm.

Səbrimdən dözümü sıxıb,
Şeirdən sözümü sıxıb,
Buluddan gözümü sıxıb,
Şimşəkdən çaxıb gedirəm.

NIYƏ

Bu ocağın odu sönmüşdü çoxdan,
Bu can bir cəsədə dönmüşdü çoxdan.
Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu uyğudan oyatdın niyə?

At üstündə çapan qara gün idi,
Vaxt sürüydü, çoban qaragün idi.
İtirən mən… Tapan qara gün idi,
Qara gün içindən boy atdım niyə?

Bir az sünbül idim taxıl baxtıma,
Dedilər, iməklə, yıxıl baxtına.
Allah, məni də yaz paxıl baxtına,
Ömrümə sığmasın həyatım niyə?

Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də – biz bazar; apar sat məni,
Mən kimi bir səhvə qayıtdım niyə?

Çökdü vicdanına nəfsim, ağrıdı,
Dilləşdim şerimlə, səsim ağrıdı.
Oldu bu taleyə təslim, ağrıdı,
Susdu qoşmam niyə, bayatım niyə?

***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində –
Dərələr düzə çəkilib.

Gənclik – anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.

Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.

Firuze Memmedli

“DƏLİDAĞ” Ədəbi Birliyi bildirir ki, şeirlər müzakirəyə açıqdır. Təhlil, tənqid, fikir və rəylər üçün söz sizindi.

İLKİN MƏNBƏ:

 

 

YAZARLAR.AZ

İldırım Əkbəroğlu Zaur Ustacın “DOSTUM” şeiri haqqında.

28577750_212270522847643_3044543277715058320_n

Mənəvi dünyamıza çağırış,saflığa, mənəvi təmizliyə çağırış… Nə gözəl olar insan bu çağrışa qoşulub yaşadığımız bu dünyada addımlarını həyat yolunda düz ata, ətrafına boylanıb yaxşını, pisi seçib, yaxşını qoruya, pisi təmizləyə, vətənini, elini , obasını ürəkdən sevə, vətəninə ürəkdən vətəndaşlıq edə… Zaur Ustacın bu şerində bütün bunlar ətrafına, dostuna, yaxın bildiyinə və canından çox sevdiyi vətəninin vətəndaşlarına töfsiyəsidir, məsləhətidir. Hər insanın əməlləri öz hərəkətinə uyğun, davranışına uyğun öz layiqli cavabını alacaq bir gün, çünki, hər insanın əməlləri görünür, bilinir, hiss olunur, pisin cəzası, yaxşının hədiyyəsi-Ulu Tanrının əlindədir. Bütün bu dediklərim Zaur müəllimin şerini oxuyub gəldiyim fikirdir və Zaur müəllim bu şeridə də öz poetik fikirləri ilə mənəvi aləmimizi oxucularına açır və öz müdrik tövsiyələri ilə, hər bir vətəndaşın, hər bir kəsin düz addımları ilə vətəninə, elinə-obasına gərəkli bir vətəndaş olmasına çağrış edir. Çox gözəl şerdir, Zaur, əzizim! Bu təbi, bu istedadı sizə verənə şükürlər olsun, Yazan əlləriniz var olsun!

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

Sekulyarizasiya nədir?

15027787_943084145824725_6516646943584642547_n

müəllif: s.f.d. Asəf Qənbərov

Sekulyarizasiya nədir?

Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir [1, s. 11; 2, s. 302]. Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar [3, s. 22-23].

Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” [4, m. 7.1., 18.1.; 5] və “təhsilin dünyəvi xarakter daşıması” [4, m. 18.3.; 5] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir edən deskriptiv (red.təsviredici anlayış) termindir.

Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir [6, s. 6-7].  Buissona görə din və dövlət işlərinin ayrılması mənasında işlədilən  dünyəvilik,  dünyəviləşmənin  nəticəsidir.  Onun  fikrincə,  fransız  cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur [6, s. 9]. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.

Dinin  ictimai  əhəmiyyətinin  azalması  modernləşmənin  üç  xüsusiyyəti  ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir [1, s. 9]. Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont (red.Auguste Comte) və Emil Durkheymin (red.Émile Durkheim) çalışmalarına, Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.

O.Kontun (1789-1857) üç mərhələ qanununa görə insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. O, teoloji dövrdə hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət olunur. Sonuncu pozitiv dövrdə isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları müəyyənləşdirərək onların izahına çalışır [7, s. 69]. Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçid əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.

Maks Veber dinin tənəzzülünü “dünyanın sehrinin pozulması” şəklində ifadə edir, amma dünyəvi biliyin dinin yerini heç zaman doldura bilməyəcəyini də vurğulayır. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini ağıla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxması ilə və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir [8, s. 85-87]. Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir [9, s. 159].

Müasir  sosioloqlardan  Bryan  Vilson  (1926-2004)  sekulyarizasiyanı  “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. B.Vilson düşünür ki,, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir [2, s. 301].

Peter Bergerin(red.Peter Ludwig Berger) sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, “The Sacred Canopy: Elements of a Sociological Theory of Religion (1967)” adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir: “Əhdi-Ətiq, özü yaratdığı, amma heç bir şəkildə ona nüfuz etmədiyi kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür” [10, s. 211].Bergerin fikrincə, yəhudilərin tanrı anlayışını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan, yəni müqəddəslikdən uzaq hala gətirmişdir.Bergerin  çalışmalarının bir hissəsi isə bu tezisin tənqidinə həsr edilmişdir. O, “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrində bu tezisin dünyanın əksər yerində özünü doğrultmadığını, əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir [3, s. 11-32].

İLKİN MƏNBƏ:

https://rezonanss.com/arxivl%C9%99r/5243

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında

35082891_139802596890004_6003989324868091904_n

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında:

Təzə şer oxuyanda orada yeni poetik fikir olarsa, o şer oxucu tərəfindən çox sevilir. Sizin şerilərinizdə həmişə həm yeni poetik fikir olur, həm də, axıcılığı, lirik duyğuları ilə fərqlənir. Bu şerinizdə də olan poetik fikiriniz oxucunun qəlbindən xəbər verir. Belə ki,sevdiyin kəsin əli dəyən bardaqda sevdiyinin əl izinin qalması, sevən üçün nə qədər əziz olması fikri heç bir şerdə ifadə edilməyib və bu fikri oxuyanda , doğrudan da, oxucu şerə vurulur və bu şer oxucunun yaddaşında həkk olunur. Zaur, əzizim, şeriniz çox gözəl və mənalı şeridir. Mənə , doğrudan da, çox-çox bədii ləzzət verdi. Bunun üçün sizi təbrik edirəm və sizin gözəl şerilərinizi oxumaq üçün səbirsizliklə gözləyirəm! Allah köməyiniz olsun! Sağ olun, var olun!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Tamerlan Qarayev ləyaqətli adamdır. Onunla mübarizə apanlar haqda bunu demək çətindir…

41210465_1890816334330874_7481906507932499968_n

Tamerlan Qarayev ləyaqətli adamdır. Onunla mübarizə apanlar haqda bunu demək çətindir…
Tamerlan 25 ilə yaxındır ki, Cənub Şərqi Asiyadadır. Və hər dəfə onun səfirlik müddəti bitməsi ərəfəsində ona qarşı “vertolyot qəzası” təbliğatı başlayır. Onun ölkəyə qayıtmasından çox narahatdırlar. İllər öncə, Cindəki səfirlik müddəti bitdikdən sonra o bir müddət ölkədə qaldı və “Qarabağ evi” adlı təşkilat yaratdı və dərhal da yenidən səfir göndərildi. Məsələ bu qədər bəsit.
“Vertolyot qəzası” ilə bağlı əvvəlcə bütün rəhmətə gedənlərin ailələrinə başsağlığı verirəm, allah rəhmət eləsin. Amma bu məsələdən də kimisə şərləmək üçün istifadə edilməsi ən azı rəhmətliklərə qarşı hörmətsizlikdir. İkincisi onu qeyd eləyim ki, vertolyotu bizim vurmağımızla bağlı uydurulan yalan birbaşa ermənilərə xidmətdir, ermənilikdir. Üçüncüsü ermənilərin nəzarət etdiyi ərazidə Tamerlan bəyin sözü ilə vertolyot vurmaq mümkün idisə, onda prezidentin sözü ilə Yerevanı 3-5 dəqiqəyə işğal edərdik ki? Bəs onda necə oldu ki, Qarabağ erməni işğalındadır. Dördüncüsü başqa bir əsas olmadan rəhmətə getmiş adamın dilindən kimisə şərləmək şərəfsiz bir işdir. Beşincisi bu məsələ zamanla qaldırılıb, əsassız, aşkar sifaişli bir məsələ olduğundan heç vaxt ciddi əhəmiyyət verilməyib, indi yenidən bu məsələni gündəmə gətirənlərin kimliyinə fikir versəniz hər şey aydın olar. Altıncısı Mütəllibovu müdafiə edən, H.Əliyevi xilaskar sayan, Ə.Əliyevin dostu olan, İ.Əliyevi dəstəkləyən, M.Əliyevanın təbliğatını aparan buqələmunların, onların təbliğatını aparanların şahidliyinə inanmaq olarmı? Və ….
T, Qarayev ləyaqətli adamdır …
1992-ci ildə T, Qarayev Ali Sovetin sədr müavini, AXC Ali Məclisinin sədri idi, hər iki düşərgədə qəbul olunurdu, çox böyük nüfuzu var idi … və AXC məclisində “bəlli bir qrupun”, “biz sənə inanmırıq” kim heç bir əsası olmayan hücumları başladı. Mən o vaxt orda idim. Amma oyun olduğunu bilmirdim, inanmadım, dinmədim, sonralar hər şeyi bildim və o susqunluğuma görə, Azərbaycanda proseslərin normal, sivil qaydada gedə biməsinə dəstək vermədiyiimə görə indi də peşmnam, özümü günahkar sayıram. Tamerlanı təklədilər və o xeyli zala nəzər saldı, və “siz bunları nəyin əsasında deyirsiniz ?” sual etdi. AXC-nin bütün rəhbərliyi zalda idi, onların hamısı başını aşağı salıb susurdu. Tamerlan bəy istefa verdiyini bildirdi…
1993-cü ilin iyun ayı idi, H.Əliyevi dəvət edənlər ortada yox idi. Milli Məclisdə Prezident səlahiyyətlərinin H. Əliyevə verilməsi, məşhur “dondurma bəyanatı” müzakirə edilirdi,
Iclası Milli Məclisin sədrinin birinci müavin Tamerlan bəy aparmalı idi, amma o bu oyunda iştirak etmədi, iclas zalını tərk etdi, nə H.Əliyevin nüfuzundan, nə də Surətin Məclisdə olan narkomanlarından çəkindi…
Gözünüzün qarşısında ləyaqətli bir adama ləyaqətli olduğuna, sınmadığına görə gien sürüsü hücum edir və hamınız susursunuz.
Ey Hacıbaba Əzimov milli məsələlərlə məşğul olmaq lazımdır, …
https://www.youtube.com/watch?v=g82qLC8GwxE

 

 

 

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA

28577750_212270522847643_3044543277715058320_n

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA:

Həmişəki kimi, öz gözəl, heyranedici, qəlbləri duyğulandıran şerinizlə oxucu qəlbini fəth etmisiniz, Zaur, əzizim! Bu şerinizin könülləri oxşamasının bir səbəbi , məhəbbətin tərənnümündə arxaik sözlərimizizdən istifadə etməyinizdir. Taxça, boxça, axça… və bu kimi sözlər oxucu qəlbində, zəngin olan dilimizin zəngin ifadələri ilə məhəbbəti, sevgini daha da ülviləşdirir, daha da müqəddəsləşdirir. Məhəbbət haqqında o qədər eyni ifadələrlə, eyni işlədilmiş sözlərlə şerlər oxuyuruq ki, nə sevgini sevgi kimi görə bilirik,görsək də, qəlbimizi onun misraları duyğulandıra bilmir. Siz isə, geniş yaradıcılıq sferasında, hər gələn şerinizdə bir yeni fikirlə, bir yeni qəlbi duyğulandıran mənalarla gəlirsiniz ki, bu da sizi oxucuya sevdirir. Zaur, əzizim, sizi bu gözəl məhəbbət şerinizə görə ürəkdən təbrik edirəm və həmişə olduğu kimi, yenə də sizin yeni-yeni, qəlbləri duyğulandıran şerilərinizi gözləyirəm. Azərbaycan poeziyası öz gözəl şeriləri ilə zəngindir və bu gözəl şerləri, gözəl təbi , gözəl istedadı olan şairlərimiz var ki, onların biri də sizsiniz. Azərbaycan şairləri içərisində , artıq, tanınmış, oxucu məhəbbəti qazanmış bir şairsiniz. Var olun, sağ olun!

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ