“DÖRD SUAL” -ın Dekabr qonağı dəyərli dostumuz, tanınmış şair, çox hörmətli yazarımız İlham Qazaxlı oldu:
– Saalam, İlham müəllim!
– Salam!
-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək, əsasən də yeniyetmələrdə, gənclərdə, mütailə vərdişlərinin formalaşmasına məqsədyönlü şəkildə təsir göstərmək üçün aşağıdakı DÖRD sualı cavablandırmanızı xahiş edirik:
– Buyurun!
-İlk oxuduğunuz kitab hansıdır?
-Orta məktəbdə ilk oxuduğum bədii kitab Ömər Xəyyamın ” Rübailər” kitabı oldu. Bu kitabı mənə parta yoldaşım bir qız 23 fevralda hədiyyə etmişdi. .
– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?
– Oxuduğum ilk iri həcmli kitab İsa Hüseynovun(Muğanna)-nın “İDEAL” əsəri olmuşdur.
– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?
– S.Vurğunun 6 cildlik əsəri olmuşdur..
– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?
-Xarici ədəbiyyatdan isə Rəşad Nuri Güntəkinin ” Çalıquşu” əsəri olmuşdur. .
– Sualları cavablandırdığınız üçün təşəkkür edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun! Sağ olun!
– Sağ olun!
YAZARLAR.AZ