BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

1-d0bad0bed0bfd0b8d18f

BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

 

 

…..O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq  komandirlərinin sözü qulağında cingildədi:-  “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə,  nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq  göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü,  gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi,   bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl   bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.

   TAM TƏHLÜKƏSİZ  BU LİNGLƏRDƏN OXUMAQ OLAR:

https://oxuzal.wordpress.com/zaur-ustac-oriyentir-ulduzu/

http://www.kitabxana.net/files/books/file/1430716832.pdf

http://anl.az/el/Kitab/2016/uz_ou.pdf

http://www.ebooks.az/book_Q46EB1Uk.html

Advertisements

Zaur USTAC: – “DÜNYA  BİR  PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

aaaaaaaaaaaaaaaaaaffffffff

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

 

“Dünya bir pəncərədir”, pəncərən  ola, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək  gərəkdi,  baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı saymasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

21.01.2018. Bakı. (13:33-15’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Zaur USTAC : – İNCİ  QƏRƏNFİL şeiri.

azar

İNCİ  QƏRƏNFİL

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

 

20.01.2018.  Bakı. (15:00)

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

TƏQVİMDƏ BU GÜN : – 19- YANVAR ŞƏHİDİMİZ – AZƏRBAYCAN ORDUSUNUN GƏNC ZABİTİ FƏRİD ƏHMƏDOVUN DOĞUM GÜNÜDÜR….

aaaaaaaaaaaaaaaaaaffffffff

DÜNYA BİR PƏNCƏRƏDİR….

TƏQVİMDƏ BU GÜN – Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Prezidentin sərəncamı:
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb

Xatirəsi Əbədiləşdirilib:
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib.

ALLAH ŞƏHİDİMİZƏ  RƏHMƏT ELƏSİN…. DOĞMALARINA SƏBR VERSİN…. RUHUNU  ŞAD  EDƏ  BİLMƏMİŞİK  HƏLƏ   QARDAŞIM….  NUR İÇİNDƏ  YAT…….

YAZARLAR.AZ

#yazarlaraz#poet #pottery #writer #writers
#army #star #stars #azerbaycan #azerbaijan #baku #photography#photographer #bayraq #şəhid #political #cəlilabad #vatan

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR.

550094_476687989065693_572478975_n

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA  UĞURLAR ARZU EDİRİK… VAR OLUN…  UĞURLARINIZ BOL OLSUN….

QISA  ARAYIŞ:

17 Yanvar 1963 – də Ağdam rayonu,  Yusifcanlı kəndində anadan olub.   1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə    Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli  filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir.  Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı  imzası, məhz Səməd müəllimə məxsusdur.  Səməd  Hətəmov evlidir.  Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.

YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha  Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…

YAZARLAR.AZ

Zaur USTAC: “LAZIM” GƏLSİN şeiri.

lazim

“LAZIM”  GƏLSİN…

Ya ağ olub, ya da qara,

İstəyirəm, bozum gəlsin…

Dar quranlar, salıb tora,

İstəyirəm, çözüm gəlsin…

*        *        *

Cümlə-cahan batıb qara,

Təbiət də çəkib dara,

İnsan oğlu möhtac qora,

İstəyirəm, Yazım gəlsin…

*        *        *

Bixəbər, nanəcib gəlib,

Soylu gəlib, nəcib gəlib,

Haram gəlib, vacib gəlib,

İstəyirəm, “Lazım” gəlsin…

*        *        *

Gəl, daşı tök, ətəyindən,

Möhkəm yapış xötəyindən,

Can əta et, pətəyindən,

Şahə qalxan, sazım gəlsin…

*        *        *

Ustac Haqqdan görüb, deyər,

“Gündə bircə xurma yeyər”,

Sazı öyər, sözü öyər,

Doğru görən, gözüm gəlsin…

16.01.2018. (13:00 – 10’)  Bakı.

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

YAZARLAR.AZ TƏQDİM EDİR: – ELNUR QƏRARİ, GÖRDÜM ŞEİRİ.

25994586_1408267662615717_591867089574761058_n

 

GÖRDÜM

Yuxuda getmişdim doğma vətənə,
O gözəl yurdumu virana gördüm!
Gördüm ki, çiçəklər saralıb solub,
Çəmənlər düşübdür borana, gördüm!

ALLAH, bu nə gündü bu necə güzar?
Bülbüllər canından olubdur bezar,
Orda nə cənnət var, nə də laləzar,
Durnalar köçübdür arana, gördüm!

Bağçalar quruyub, solubdu güllər,
Nə vaxtdır qəm çəkir sonalı göllər,
Qızılgül həsrəti çəkən bülbüllər,
Möhdac qalıb danaqırana, gördüm!

Bir şəhid məzarı gördüm o yerdə,
Sanki keşik çəkir hələ də yurda,
Geyinib qəm donu, bürünüb dərdə,
Övladın oxşayan bir ana gördüm!

Arzusu gözündə qalmış ananın,
Ümidi alışmış, sönmüş ananın,
Bir oğul dərdinə yanmış ananın,
Naləsi yayılmış hər yana, gördüm!

Nə qədər solsa da orda çiçəklər,
Dolanıb dönsə də fitnə kələklər,
Hələ ölməyibdir arzu diləklər,
Vətən gəl-gəl deyir insana, gördüm!

Müəllif:  Elnur Qərari

Adil CƏFAKEŞ: – ŞEİR YAZIRAM…

ad

GÖZLƏRİN

Sən o Allah mənə elə baxma sən,
Məni bihuş edir xumar gözlərin.
Başımdan ayağa məni süzəndə,
Çəkir bədənimə tumar gözlərin.

Bircə zərrə qədər günah yox səndə,
O gözlər bilir ki, vurğunam mən də.
Ay əzizim, gözlərini görəndə,
Dünya gözəlləri yumar gözlərin.

Tamaşa eyləyim doyunca gəl, gəl,
Söylə sənə qoşma yazım, ya qəzəl ?
Xumar baxmaq ilə bilirəm, gözəl,
Adildən bir tərif umar gözlərin.


 

İnsan sağikən ölüm, qalım bərabər,
Ölümdü hər gecə səhərə kimi.
Dünyaya gəldisə dadacaq hər kəs,
Şərbətindən tutmuş zəhərə kimi.

Qismət qayalarda çapıqdan çıxır,
Ayağın dərisi topuqdan çıxır.
Bağ salan ilantək qabıqdan çıxır,
İlk gündən ta bara, bəhərə kimi.

Bir tərəf uçrumdu, bir tərəf koldu,
Bir tərəf kasaddı, bir tərəf boldu,
Cəfakeş, igidə bir ömür yoldu,
Qalxmaq üzəngidən yəhərə kimi.


ŞEİR YAZIRAM

Tərənnüm şairi deyiləm qağa,
Mən qəmə, qəhərə şeir yazıram.
Bir əlimdə qələm, bir əlimdə saz,
Bu gündən səhərə şeir yazıram.

Qılıncı əlində köçüb dünyadan,
Yurd sözü dildində köçüb dünyadan,
Babam at belində köçüb dünyadan,
Mən həmin yəhərə şeir yazıram.

Vətəniylə, xalqı ilə öyünüb,
Səngərlərdə dəmir libas geyinib,
Qəlbi yurd eşqiylə daim döyünüb,
Hayqıran əsgərə şeir yazıram.

Gecə də, gündüz də fikrimdəı Vətən,
Dərdimi biləmməz hər yoldan ötən.
Adiləm,ağrıyan ürəyimdə mən,
Çəkdiyim kədərə şeir yazıram.

Müəllif:  Adil Cefakes

TƏQVİMDƏ BU GÜN: – XALQIN İGİD OĞLU DAHİ SƏRKƏRDƏ, ƏSL KOMANDİR CƏNAB ŞİRİN MİRZƏYEVİN DOĞUM GÜNÜDÜR….

10929129_881135718605914_7603111836736940563_n

Bu gün Qəhrəmanımızın doğum günüdür…. RUHU ŞAD OLSUN….
– Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün
çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi.

O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

ZAUR USTACDAN BAYRAM TEBRİKİ – YENİ İLİNİZ MÜBAREK!!! ПОЗДРАВЛЕНИЯ ОТ ЗАУР УСТАДЖА – С НОВЫМ ГОДОМ!!! CONGRATULATORY FROM ZAUR USTAC – HAPPY NEW YEAR!!!

meadnflag-11

ZAUR USTACDAN BAYRAM TEBRİKİ – YENİ İLİNİZ MÜBAREK!!! ПОЗДРАВЛЕНИЯ ОТ ЗАУР УСТАДЖА – С НОВЫМ ГОДОМ!!! CONGRATULATORY FROM ZAUR USTAC – HAPPY NEW YEAR!!!

 

29.12.2017 / BAKI /  Zaur  USTAC.